
Ermənistan Rusiyaya şokolad ixracını artıraraq bu ölkənin ən böyük şokolad tədarükçüləri sırasında ilk onluğa daxil olub.
Musavat.com xəbər verir ki, Ermənistanın Rusiyaya şokolad ixracının dəyəri 7,1 milyon dollara çatıb.
Bu barədə BMT-nin Comtrade platformasının və milli statistika qurumlarının məlumatlarında bildirilir.
2026-cı ilin ilk yeddi ayının nəticələrinə əsasən, Ermənistan Rusiyaya şokolad tədarük edən ölkələr arasında onuncu yeri tutub.
Rusiya bazarına ən çox şokolad ixrac edən ölkələr isə Almaniya, Belçika, İtaliya, Polşa və Türkiyə olub.
Hesabat dövründə Rusiyanın ümumi şokolad idxalının dəyəri 333 milyon dolları ötüb.
























