
Şəmkir Kommunal Müəssisəsi Kombinatı tərəfindən nəqliyyat vasitələrinin cari təmiri və sürtkü materiallarının satın alınması həyata keçirilib.
32gun.az-ın verdiyi məlumata görə, tenderin qalibi "Avera Company" Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 49.524,5 AZN məbləğində müqavilə bağlanıb.
Birbaşa Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Rəşad Tağıyevin və icra hakimiyyəti rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusifovdur.
Xatırladaq ki, vaxtı ilə Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusifovun birbaşa vəzifə borcu rayonun təmizliyinə nəzarət etmək olduğu halda, videoda kriminal aləmlə bağlı sualları şərh etməsi diqqət çəkmişdi. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu görüntülər sakinlər tərəfindən rayonun mövcud kommunal problemləri fonunda ironiya ilə qarşılanmışdı.























