Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                 

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib? – Aslanov haqda SENSASİON İDDİALAR
Tarix: 19-12-2022, 12:42 | Çap et
Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov haqda iddialar səngimək bilmir. Dövlət Agentliyinə rəhbərlik etdiyi illərdə onun vəzifəsindən sui-istifadə hallarına yol verdiyi, əməkdaşlar arasında ayrı-seçkilik hallarına şərait yaratdığı haqda kifayət qədər faktlar mövcuddur. Bu dəfə KONKRET.az-ın redaksiyasına anonim mənbədən daxil olan faktlar isə Aslan Aslanovun qanunsuz əməllərini ifşa etmək baxımından çox qiymətli material sayıla bilər.

Qeyd edək ki, Aslan Aslanov haqqında hələ onun vəzifədə olduğu vaxtlardan saytımızda dəfələrlə tənqidi məqalələr dərc etsək də, AZƏRTAC-ın direktoru bunlardan heç bir nəticə çıxarmayıb. Görünür, elə ona görədir ki, tutduğu vəzifədən azad edilib. Lakin hesab edirik ki, onun idarəçiliyi zamanı yol verdiyi ciddi nöqsanlar araşdırılmalı, maxinasiyalar varsa, bu zaman mənimsənilən pullar dövlət büdcəsinə qaytarılmalıdır. Biz sadəcə əlimizdə olan faktları dərc edirik, gerisi müvafiq dövlət strukturlarının işidir.

Beləliklə, anonim mənbədən daxil olan məlumata görə, Aslan Aslanovun rəhbərliyi dövründə adı işdə olan, lakin özü Dövlət Agentliyinin dəhlizlərində belə görünməyən, buna rəğmən hər ay hesabına pul yazılan şəxslərin sayı kifayət qədərdir. Məsələn, AZƏRTAC-ın keçmiş Həmkarlar Təşkilatının rəhbəri Azər Əliyevin xeyli boş çekə imza atdırması ilə bağlı tutarlı faktlar mövcuddur.

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Azər Əliyev

KONKRET.az-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Azər Əliyev öz oğlu Həsən Əliyevə ildə 500 manat yardım ayırıb. Ancaq AZƏRTAC-ın kollektivi Həsən Əliyevi heç vaxt işdə görməyib. Bundan başqa, Aslan Aslanovun rəhbərliyi dövründə özünə yaxın işçilərə əlavə saatlar yazılıb. Həmin işçilərlə sövdələşmə nəticəsində isə küllü miqdarda vəsait mənimsənilib. Mənbənin verdiyi məlumata görə, Azər Əliyev və Anar Cəlilov həftədə bir dəfə Aslan Aslanovun Şabranda yerləşən villasında təsərrüfat işləri görmək üçün rayona ezam edilib. Anar Cəlilov Aslanovun villasında aparılan təsərrüfat işlərinə rəhbərlik edib.

Digər iddialara görə, Aslanovun evində işləyən xadimələrin pulu da AZƏRTAC-ın hesabına ödənilib. Bununla bağlı ad və soyadlar, eləcə də tutarlı sənədlər mövcuddur. Anonim mənbənin redaksiyamıza göndərdiyi məlumatlara görə, Aslan Aslanovla yanaşı onun həyat yoldaşının yaxın qohumları da AZƏRTAC-da sözün əsl mənasında “at oynadıblar”. Belə ki, yaxın qohumlardan İradə Tağıyeva mühəndis, İlhamə Yusifova isə aparıcı mütəxəssis kimi idarədə ştata salınıblar. İlhamə Yusifova aparıcı mütəxəssis olsa da, nədənsə Aslanov tərəfindən ona xidməti maşın ayrılıb. Məhz Aslan Aslanovun himayəsi ilə jurnalistlər binasında həyat yoldaşının qohumuna ev verilib.

Digər texniki işçi Nərgiz Həsənovanın isə adına kart açılıb. Bu, həmin Həsənovadır ki, Aslanovun evindəki işlərinə də cəlb edilib. İddiaya görə Nərgiz Həsənova ilin bütün bazar günlərini işə çıxarılıb və ona əlavə pul yazılıb. Digər iddiaya görə, Aslan Aslanovun dövründə heç bir dili səlis bilməyən yaxınları tərcüməçi ştatında işə cəlb olunub. Sadəcə olaraq 44 günlük müharibədə qazi olan qardaşını işə götürdüyünə görə həmin faktın üzərinə çox getməyi məqbul saymırıq.

Bundan başqa AZƏRTAC-da adı işdə gedən, lakin üzü görünməyən əməkdaşlardan biri də Aqil Mirzəyev adlı sürücü olub. O, idarə etdiyi “Kia Karnival” markalı avtomobillə yalnız Aslan Aslanovun nəvələrini çox bahalı məktəb sayılan “Landau”ya aparıb. Ümumiyyətlə, idarəyə alınan xidməti maşınlar yalnız Aslanovun ailəsinə və yaxınlarına xidmət edib.

Apardığımız bəzi araşdırmalara görə, Aslan Aslanovun səhhətində yaranan problemlərə görə təyin edilən dərmənlar da AZƏRTAC-ın hesabına ödənilib. Yəqin ki, ölkənin hüquq-mühafizə orqanları bu faktları ciddi araşdıracaq. Ən gülməli və bəlkə də acınacaqlı məqam ondan ibarətdir ki, ildə bir dəfə müalicə masajistinə verilən pul da AZƏRTAC-ın hesabına ödənilib. Apardığımız araşdırmalar zamanı təxmini rəqəmlər də üzə çıxıb. Belə ki, AZƏRTAC-da işə götürülən əməkdaşların 50 faizi Aslanovun öz qohumları, digər yerdə qalan faiz göstəriciləri isə həyat yoldaşının və oğlunun yaxın adamları olub.

Mətbuatda gedən məlumatlardan da məlum olduğu kimi, AZƏRTACA-a məxsus pay torpaqları öz işçilərinə 2000 manata satılıb. Aslanovun qohumlarına bu torpaqlar pay verilsə də, işçilərin pulunu Azər Əliyev yığıb. 40 sot torpaq isə Aslan Aslanovun oğlunun adına rəsmiləşdirilib.

Digər əldə etdiyimiz məlumatlara görə, yeni rəhbərlik AZƏRTAC-ın xarici bürolarında çalışan müxbirləri rotasiya edəcək. Qeyd edək ki, London müxbiri Ramiz Mehdiyevin yaxını Aynurə Tağıyeva, İstanbul müxbiri isə sabiq baş nazir Novruz Məmmədovun baldızı qızı Günel Məlikovadır. Ümumiyyətlə, Aslan Aslanovun Günel Məlikovanı təyin etməsi ilə bağlı təfərrüatlar məmur özbaşınalığının ən bariz nümunəsi kimi dəyərləndirilə bilər.

İddialara görə, Novruz Məmmədovun ciddi tapşırıqlarından sonra təcili olaraq baldızının qızı İstanbula müxbir təyin edilib. Amma əlavə ştat vahidi açılmadığından Günel Məlikovanın pulu idarə daxilində yığılaraq ödənilib. Mənbənin iddiasına görə, işçilərə ayrılan əlavə saatlardan və digər mənbələrdən əldə edilən pulların hesabına Günel Məlikovaya maaş təyin edilib. Sonradan Novruz Məmmədov öz baldızı qızının xatirinə Türkiyə üzrə yeni ştat vahidinin açılmasını məsləhət bilib.

Ümumiyyətlə, son dövrlər AZƏRTAC-da intriqalar son həddə çatıbmış. İddialara görə, həmin intriqaları Aslanovun həyat yoldaşının yaxın qohumları yaradırmış. Yeri gəlmişkən, dövlət başçısı tərəfindən yeni təyin olunan sədr haqqında hələ ki, müsbət fikirlər formalaşıb. Onun bir neçə dildə səlis danışdığı, vicdanlı və əxlaqlı şəxs olduğu haqda kollektivdə çox müsbət rəy mövcuddur.

HAZIRLADI: KONKRET.az-ın Araşdırma Qrupu

P.S. Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru