Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                 

“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 28-10-2025, 06:29 | Çap et

“Məlum olduğu kimi, ötən həftə işğalçı Rusiya diktatoru Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib.
Bir sıra siyasi şərhçilər iddia edir ki, Azərbaycanla Rusiya arasında quru sərhədləri tam müəyyənləşdiyindən və 2018-ci ildə Aktau şəhərində keçirilən Zirvə görüşündə Xəzərlə bağlı iki ölkə arasındakı mümkün mübahisələr, demək olar ki, həllini tapdığından Kremldən gələn bu yeni qərarın Azərbaycana hər hansı bir formada təsiri ola bilməz. Amma o da var ki, Xəzərin yekun statusu hələ qəbul olunmayıb. Siz necə düşünürsüz?”
Bu sualla müraciət etdiyimiz siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri dilə gətirib:
“Putinin indiki mərhələdə MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı həyata keçirdiyi addımlar yalnız Azərbaycanla bağlı deyil. Burada ən azı iki ölkə var: Azərbaycan və Qazaxıstan. Həmçinin burada, əlbəttə, Xəzər məsələsi də gündəmdədir. Biz görürük ki, Cənubi Qafqaz uğrunda gedən geo-siyasi mübarizə kontekstində Xəzərin adı hallandırılır. Bu da təsadüfi deyil...
Bəli, 2018-ci ildə Aktauda Xəzər dənizinin beynəlxalq statusuna dair sənəd imzalanıb. Və həmin sənədə əsasən Xəzərin bölgüsü öz əksini tapıb. Bilirsiz ki, orada sahildən 20 milədək olan ərazi dövlətlərin ərazi suları sayılır. Ardınca, səhv etmirəmsə, 10 mil əlavə ərazidə balıqçılıq və digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb. Xəzərin yerdə qalan ərazisi isə neytral sular elan olunub. Yəni Xəzər daxili dəniz olsa da, onunla bağlı sənədə beynəlxalq dəniz qanunvericiliyinin müəyyən elementləri daxil edilib. Xatırladım ki, bundan əvvəlki mərhələdə Xəzər dənizi sahilyanı ölkələr arasında bərabər səviyyədə bölünmüşdü. Və indiki sənəd əsasən Rusiyanın və İranın maraqlarına cavab verir. Ona görə ki, neytral sularda bu və ya digər əməliyyatların, tədbirlərin həyata keçirilməsi yalnız bütün Xəzəryanı ölkələrin razılığıyla olmalıdır. Və bu da Aktau memorandumunda öz əksini tapıb...
Məsələ ondadır ki, hələlik formal baxımdan bu sənəd həyata keçirilməyib. Çünki Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan həmin sənədi ratifikasiya etsələr də, İran bunu etməyib. Ona görə də Xəzərin yekun statusu mübahisəli olaraq qalır. Və burada Rusiyanın da özəl marağı vardır. Özəl maraq əsasən Xəzər üzərindən inkişaf etdirmək istədiyi və üç qolu olacaq Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi ilə bağlıdır. Bu qollardan biri Xəzərin qərb sahili üzrə, yəni Azərbaycan üzərindən, ikincisi şimaldan cənuba Xəzər üzərindən, digəri isə Xəzərin şərq sahili boyu- Qazaxıstan və Türkmənistandan İrana keçməlidir. Digər tərəfdən, Azərbaycanın da iştirak etməli olduğu Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin Orta Dəhliz adlanan hissəsi yenə də Xəzər dənizi üzərindən, Qazaxıstan- Xəzər- Azərbaycan-Gürcüstan(və yaxud Ermənistan)-Türkiyə marşrutu üzrə keçməlidir. Odur ki, bu hissədə də Azərbaycanın Xəzər üzərində marağı var. Və gördüyümüz kimi, hər iki böyük Dəhliz Azərbaycan üzərində kəsişir. Bu mənada Putinin sözügedən qərarı Azərbaycana təsirsiz ötüşə bilməz. Ona görə ki, Azərbaycan adı çəkilən Dəhlizlərin kəşişməsində yerləşən ölkədir. Və şübhəsiz ki, Rusiyanın əsas diqqət mərkəzi də Xəzər dənizi və Qazaxıstanla yanaşı, həm də Azərbaycandır. Odur ki, Putinin bəhs edilən qərarının Azərbaycanla əlaqəsi olmaması və yaxud sərhədlərlə bağlı iki ölkə arasında bütün məsələlərin həll olunması haqda verilən siyasi şərhləri yanlış hesab edirəm. Ona görə ki, nə qədər, Xəzərin statusu bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya olunmayıb, deməli, Aktau memorandumunun özü də mübahisəlidir və Xəzərin hüquqi statusu məsələsi tam olaraq həllini tapmayıb. Bu mənada da Azərbaycanla Rusiya arasında Xəzərlə bağlı sərhəd məsələləri hələ də qalmaqdadır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru