"Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                 

"Rza Pəhləvi xalqına yad adamdır" - Zərdüşt Əlizadə
Tarix: 25-01-2026, 06:27 | Çap et

2025-ci il dekabrın 28-də İranda milli valyutanın dollar qarşısında dəyər itirməsi ilə baş qaldıran etiraz dalğası 2 həftə ölkəni qana boyadı. Yüzlərlə etirazçı və polis əməkdaşları aksiyaların qurbanına çevrildi. ABŞ və İsrail törədilən zorakılığa görə İran rəhbərliyini günahlandırsa da, rəsmi Tehran problemin səbəbini xarici qüvvələrin müdaxiləsində görürdü. Etirazların qızğın dövründə, 1979-cu ildə devrilmiş, şahın oğlu Rza Pəhləvi, İran xalqını küçələrə çıxmağa təşfiq edən açıqlamalar verirdi. İranda bəzi vətəndaşlar onun çıxışlarını dəstəkləsə də, digər bir qisim xarici güclərin maraqlarına xidmət edən siyasi fiqur kimi görürdü.

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a İrandakı son prosesləri Rza Pəhləvi və xarici müdaxilə kontekstində şərh edib.

-İranda baş verən etiraz aksiyaları zamanı ABŞ-də sürgündə yaşayan şahın oğlu Rza Pəhləvi nə üçün İran cəmiyyətindən geniş dəstək qazana bilmədi?

- Rza Pəhləvi heç vaxt İranın legitim rəhbəri ola bilməz. Çünki Pəhləvi sülaləsinin hakimiyyəti dövründə baş verən korrupsiya, rüşvətxorluq kütləvi repressiyalar, İran xalqının yaddaşında dərin izlər buraxıb. Hazırda özünü “şah” adlandıran Rza Pəhləvi uzun illər Amerikada yaşayaraq, orada təhsil alıb. O, İran xalqının problemləri ilə maraqlanmır. Hakimiyyətə gəlsə belə, dövlətin problemlərini necə həll edəcəyi ilə bağlı açıqlamalar vermir. Rza siyasi nitqlərində milli azlıqların və insan haqlarının müdafiəsindən danışmır. Onun əsas hədəfi yalnız “şah” kimi hakimiyyətə qayıdışdır. Bu məqsədə çatmaq üçün o, İran xalqına düşmən olan İsrailə gedərək, din xadimlərinin qarşısında baş əyir, xarici güclərdən yardım dilənir. Rza Pəhləvi xalqına yad adamdır. O, İranı əsarətdə saxlamaq istəyən Amerika və İsrailə nökərçilik eləyir. Əgər ABŞ və İsrail Rza Pəhləvini öz maraqlarına xidmət edən nökər kimi İrana rəhbər gətirməyə çalışsalar, xalq onu qəbul etməyəcək.

-İranda etirazların əsas səbəbi daxili narazılıqdır, yoxsa xarici müdaxilə də rol oynayır?

- Ümumiyyətlə, ABŞ, İsrail və Qərbin məqsədi ərəb dövlətlərini zəiflədib, İsrailin işğalçı siyasətini qəbul etməyə məcbur buraxmaqdır. Regionda yalnız İran, müsəlman xalqlarının hüquqlarını müdafiə etməyə çalışır. Elə buna görə də, ABŞ və İsrail geniş media resurslarından istifadə edərək, İranı “təhlükəli dövlət” kimi təqdim etməyə çalışırlar. Halbuki İranda islam qanunları çərçivəsində müəyyən demokratik seçkilər və qadın hüquqları mövcuddur. Yalan iddialarla Tehranın üzərinə böhtan atırlar ki, guya terrorçu təşkilatları maliyyələşdirir. Halbuki terrorçuların çoxu dini etiqad cəhətdən sünnidir. Şiə məzhəbli, İran rəhbərliyi isə terror qruplarına qarşı mübarizə aparır. Yaxın Şərqdə Əl-Qaidə və İŞİD kimi qrupların belini qıran, hərbi qüvvə məhz İrana məxsusdur. Hətta Rəsmi Tehran İsrailin işğal siyasətini qəbul etmədiyi üçün beynəlxalq qanunlara zidd şəkildə bombalanıb. Hazırkı proseslərdə də gördük ki, iki həftə davam edən etiraz dalğası zamanı xaricdən göndərilmiş təxribatçılar ölkəyə sızaraq, 300 polis əməkdaşının ölümünə səbəb oldular.

-Yəni deyirsiz ki, İrandakı etirazlarda zorakılıq törədən yerli polis orqanları yox, içəriyə sızmış xarici qüvvələrdir?

- Bəli, bu iddianı faktlarla sübut edə bilərəm. Aksiyanın ilk iki günü yerli polislər, etirazçılara müdaxilə etmədilər. Çünki İranda mitinq hüquqi və legitimdir. İki gün ərzində aksiyalar nisbətən sakit keçdi. Lakin üçüncü gün, dinc etirazçılar arasında mütəşəkkil cinayətkar qruplar peyda oldu. Qruplaşmalar polislərə, etirazçılara hücum edərək, yanğınlar törətdilər. İran hakimiyyəti belə bir vəziyyətlə qarşılaşanda çaşqınlıq yaşadı. Bu zaman Qərb və İsrail açıq-aşkar qürrələnməyə başladılar. Etirazların qızğın dönəmində, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeo x sosial hesabında, “Mossadın Tehran daxilində sərbəst fəaliyyət göstərdiyini” iddia edərək bunu, təqdir etdi. İsrail mətbuatında yayımlanan açıqlamalarda isə “Tehranda istədiyimizi edə bildiyimizi bir daha sübut etdik” kimi ifadələrin yer alması, baş verən proseslərin xarici müdaxilə kontekstində dəyərləndirilməsinə əsas verir.

-Əgər insanları qətlə yetirən, yerli polis əməkdaşları yox, xarici qüvvələr idisə, İran rəhbərliyi interneti niyə məhdudlaşdırdı?

- ABŞ-li milyarder İlon Mask tərəfindən İrana gətirilən cihazların, etirazçıların içərisinə sızan xarici qüvvələr tərəfindən istifadə olunma ehtimalı, Tehranı ehtiyatlı olmağa məcbur elədi. Bu səbəbdən İran hökuməti interneti kəsmək qərarına gəldi. İnternetin dayandırılması ilə cihazlar və xarici kəşfiyyat orqanları arasındakı əlaqə kəsildi. Daha sonra İran kəşfiyyatı fəaliyyətə başlayaraq, İsrailin “Mossad” şəbəkəsinin üzvlərini aşkarlayıb, həbs etdilər. İranın ali dini lideri Əli Xamneyi isə xalqı xarici qüvvələrin rejimi devirmə cəhdlərinə qarşı, ayağa qalxmağa çağırdı. On minlərlə iranlı başda, Prezident Məsud Pezeşkian olmaqla mitinqlərə qatıldılar. Mitinqlərdən sonra gördük ki, artıq etiraz dalğası da səngiməyə başlayır.

-İranın bu vəziyyətə gəlib çıxmasında, rəhbərliyin heç bir günahı yoxdurmu?

- Təbii ki, İran iqtisadiyyatının mövcud vəziyyətində ölkə rəhbərliyinin də müəyyən məsuliyyəti və qüsurları var. Lakin xarici qüvvələrin müdaxiləsini nəzərə alan İran rəhbərliyi, valyuta ehtiyatlarının bir hissəsini digər ərəb ölkələrinin milli banklarında saxlayır. Eyni zamanda, ABŞ-nin İrana 43 il ərzində tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatında ciddi problemlər yaradıb. İran illərdir ki, ABŞ kimi güclü dövlətin təzyiqinə davam gətirir. Belə bir vəziyyətdə rejimin fəaliyyətini davam etdirməsi böyük bir göstəricidir. Unutmaq olmaz ki, İran islami qanunlar çərçivəsində idarə olunan teokratik dövlətdir. Rejim sistemli şəkildə 46 ildir ki, mövcudluğunu qoruyub saxlayır. Bu qədər möhkəm qurulmuş bir sistemi xarici müdaxilə ilə çökdürmək çətindir. Hansısa bir ölkənin milli valyutasını devirmək isə Qərb üçün adi bir maliyyə əməliyyatıdır. Xarici ölkələrin fırıldağı ilə İran milli valyutası, bir gündə 30 faiz düşərək, ciddi dəyər itirdi. Məhz bu səbəbdən İranda kiçik sahibkarlar ziyana düşdüklərini görüb, etiraz aksiyaları keçirdilər. Xarici qüvvələr də etiraz dalğasını həmişə olduğu kimi, fürsətə çevirdilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Dünən, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru