"Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                 

40 ilə yaxın davam edən qalmaqal niyə səngimir? - Elçibəy ətrafında mübahisə alovlandı
Tarix: 27-01-2026, 06:32 | Çap et

Yerli KİV-də Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə siyasətçi Nemət Pənahlı arasında baş tutan debat Əbülfəz Elçibəy ətrafında illərdir davam edən mübahisələri yenidən alovlandırıb. Belə ki, Nemət Pənahlı bir daha meydanlarda xalq tərəfindən toplanan vəsaiti – təxminən 10 milyon manatı – Əbülfəz Elçibəyin mənimsədiyini iddia edib. Pənah Hüseyn isə ümumiyyətlə bu qədər vəsaitin yığılmasına inanmadığını bildirib. O, səslənən ittihamları əsassız sayaraq Nemət Pənahlının Elçibəyin ruhundan və Azərbaycan xalqından üzr istəməli olduğunu deyib.

Qarşılıqlı ittihamlar fonunda 40 ilə yaxındır davam edən bu mübahisənin niyə səngimədiyi və nə üçün hər il daha da sərtləşdiyi sualları yenidən gündəmə gəlib.

Maraqlıdır, bu yöndəki ittihamlar hər ötən il niyə artmaqda davam edir?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu məsələnin əsas səbəblərindən biri Azərbaycan xalq hərəkatının bu günədək obyektiv və elmi şəkildə yetərincə araşdırılmamasıdır:

“Mövcud yanaşmalarda, xüsusilə siyasi kontekstdə, müstəqillik hərəkatına birmənalı münasibət sərgilənməyib. Zaman-zaman Rusiya ilə münasibətlər fonunda Azərbaycan müstəqillik hərəkatı və həmin prosesdə iştirak etmiş şəxslər barədə ziddiyyətli mövqelər ortaya qoyulub. Milli azadlıq hərəkatında iştirak etmiş bir sıra şəxslər müxtəlif ittihamlarla ləkələnib, onların siyasi proseslərdə iştirakına maneələr yaradılıb. Nemət Pənahlının Azərbaycan xalq hərəkatındakı rolu ilə bağlı irəli sürülən iddialar bu kontekstdə ayrıca müzakirə mövzusudur. Tarixi faktlara əsasən, o, Azərbaycan xalq hərəkatının lideri olmayıb. Onun əsas fəaliyyəti Meydan hərəkatı dövründə mitinqlərin aparıcısı funksiyasını yerinə yetirməklə məhdudlaşıb. Nemət Pənahlının ölkə miqyasında təşkilatlanma fəaliyyəti, bölgələrdə struktur qurması və ya kütlələri siyasi baxımdan yönləndirməsi ilə bağlı ciddi faktlar mövcud deyil. Onun fəaliyyəti əsasən çalışdığı müəssisə çərçivəsində formalaşmış kiçik qrupla məhdudlaşıb. Həmin dövrdə mitinqlərdə çıxış edən şəxslərin seçimi daha çox kütləyə emosional təsir göstərmək məqsədi daşıyırdı. Şeir deyə bilən, yüksək səslə danışan və auditoriyanı coşdura bilən şəxslər mitinqlərin aparıcısı kimi önə çəkilirdi. Bu baxımdan Nemət Pənahlının da müəyyən natiqlik bacarığının olduğu qəbul edilə bilər. Lakin bu amil onun xalq hərəkatının ideoloji və siyasi lideri olması anlamına gəlmir.

Ümumilikdə, həkim kimi deyə bilərəm ki, bu şəxsin özünü ön plana çıxarmaq meyli, psixi problemləri var və o, həqiqətən də özünü Azərbaycan Xalq Hərəkatının lideri olduğuna inandıra bilib. O, Azərbaycanın Müstəqillik Hərəkatını öz adı ilə bağlamağa çalışır. Halbuki, əgər həqiqətən hərəkatın lideri olsaydı, bu gün cəmiyyətdə ona ciddi hörmət göstərilərdi. Əbülfəz Elçibəy vəfat edərkən demək olar ki, bütün Azərbaycan onun dəfn mərasimində iştirak edirdi. İnanmıram ki, Nemət Pənahlı dünyasını dəyişəcəyi təqdirdə yaxın qohumlarından başqa geniş ictimaiyyət orada iştirak etsin”.

ADP sədri bildirib ki, Azərbaycan milli azadlıq hərəkatının ideoloji əsaslarını formalaşdıran və ona siyasi rəhbərlik edən şəxs Əbülfəz Elçibəy olub:

“O, hələ 1960-cı illərdən başlayaraq Azərbaycanın milli azadlığı və birləşməsi ideyalarını təbliğ edən, bu istiqamətdə ardıcıl fəaliyyət göstərən yeganə disidentlərdən biri idi. SSRİ dövründə Azərbaycanda birbaşa siyasi motivlərlə təqib və həbs olunan nadir şəxslərdən biri məhz Elçibəy olub. Digər siyasi fiqurlar müxtəlif ittihamlarla həbs edilsə də, o, məhz siyasi baxışlarına görə cəzalandırılıb. Sovet İttifaqının zəifləməsi ilə milli azadlıq hərəkatının rəhbərliyini üzərinə götürən Əbülfəz Elçibəy bu prosesdə həlledici rol oynayıb. Xalq hərəkatında bu və ya digər səviyyədə iştirak edən insanların böyük əksəriyyəti məhz onun ideyalarının təsiri altında bu mübarizəyə qoşulub. Zamanla fərqli siyasi mövqelər formalaşsa da, Elçibəyin milli hərəkat üçün ideoloji mayak olduğu faktı danılmazdır. O, sovet hakimiyyətinin ən güclü dövrlərində bu rejimə qarşı mübarizə aparıb, sonrakı mərhələdə isə həmin mübarizə kütləvi xarakter alıb. Bir şəxsin həm hərəkatın, həm də millətin lideri sayılması üçün cəmiyyət tərəfindən qəbul olunması vacibdir. Bu gün isə Nemət Pənahlı nə lider, nə də nüfuzlu ictimai-siyasi fiqur kimi qəbul edilir. Digər tərəfdən, o, Əbülfəz Elçibəy haqqında əsassız iddialar səsləndirməklə hökumətə yaxın görünməyə çalışır. Hamını agent adlandırsa da, özü Rusiyanın Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişində (1993-cü ilin 4 iyun tarixindəki hərbi qiyamı nəzərdə tutur-red.) fəal iştirak etmiş şəxslərdən biri olub. Bu baxımdan, seçilən yolun hansı xətt üzrə formalaşdığı aydın görünür.

Tarixi təcrübə göstərir ki, heç bir xalq hərəkatı ayrı-ayrı şəxslərin fəaliyyəti nəticəsində yaranmır. Hərəkatlar kütlələrin sosial-siyasi fəallığı, ictimai narazılıq və ümumi tarixi zərurət nəticəsində formalaşır. Mitinq aparmaq, çıxış etmək və kütləni emosional baxımdan istiqamətləndirmək hərəkatın təşkil olunması, ona rəhbərlik etmək anlamına gəlmir. Minlərlə insanın, ziyalıların, fəhlələrin və digər sosial təbəqələrin gecə-gündüz apardığı fəaliyyət xalq hərəkatının əsas dayağını təşkil edib”.

Sərdar Cəlaloğlu qeyd edib ki, son dövrlərdə bu mövzunun yenidən və intensiv şəkildə gündəmə gətirilməsi təsadüfi görünmür:

“Bir neçə həftədir ki, ictimai müzakirələr əsasən Elçibəy və Azərbaycan xalq hərəkatı ətrafında cəmləşib. Halbuki ölkədə sosial-iqtisadi problemlər, qiymət artımı, regionda təhlükəsizlik riskləri, İran ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Rusiya münasibətləri kimi daha aktual mövzular mövcuddur. Bu kontekstdə 40 il əvvəl baş vermiş hadisələrin davamlı şəkildə gündəmə daşınması ictimai diqqətin real problemlərdən yayındırılması cəhdi kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, bu mövzu ətrafında müzakirələrin böyüməsinə səbəb Nemət Pənahlının səsləndirdiyi iddialarla bağlıdır. O, Meydan hərəkatı dövründə toplanan 10 milyon vəsaitin AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini iddia edib. Lakin Elçibəyin silahdaşı olmuş şəxslər bunu qəti şəkildə təkzib edirlər.

Ə.Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov bu iddiaları böhtan xarakterli açıqlamaların davamı kimi qiymətləndirib.

Meydan hərəkatının fəal iştirakçısı, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər.

Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə qeyd edib ki, Əbülfəz Elçibəy pul yığımının əleyhinə olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru