Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Tarix: 21-04-2026, 06:14 | Çap et

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda milli ad və soyad məsələsi illərdir müzakirə olunsa da, nəticə hələ arzuolunan səviyyədə deyil. Onun sözlərinə görə, övladlara ad seçimində fərdi hüquqlara hörmət edilməli, eyni zamanda milli adların təbliği gücləndirilməlidir. Millət vəkili qeyd edib ki, ərəb, fars, rus və digər xarici mənşəli adların nəsildən-nəslə ötürülməsi ənənəsindən uzaqlaşmaq lazımdır. O əlavə edib ki, soyadlarda dəyişiklik etmək çətin olsa da, gələcək nəsillərin adlarının milli saflığını qorumağa çalışmaq vacibdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan akademik Nizami Cəfərov bildirdi ki, Fazil Mustafa düz deyir:

"Hər iki cəhətə çox fikir vermək lazımdır, bizim buna ehtiyacımız var. Prezidentimiz də dilimizin saflığı barədə danışanda, əlbəttə, adlarımızın və soyadlarımızın da getdikcə milliləşməsini nəzərdə tuturdu. Birinci növbədə addan başlayaq. Bizim yaxşı adlarımız var, əslində. Zaman-zaman bu ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır. Təbii ki, hamısını yox. Hansı bir qədər mürəkkəbdirsə, çətindirsə, səslənməsi o qədər də uğurlu deyilsə, o adları daha sadələri ilə və daha milli olanlarla əvəz etmək lazımdır. Qədim dövrlərdə folklor abidələrimizdə, yazılı ədəbiyyatda da, ümumtürk bazasında da bizim külli miqdarda ortaq adlarımız var ki, bu adları qoymaq lazımdır. İndi mən demirəm uşaqlarımıza "Bozqurd" adı qoyaq, amma hər halda təbiətdən gələn, folklordan gələn, kifayət qədər ictimai və kifayət qədər milli adlarımız var. Onların bir hissəsi qoyulur, məsələn, Toğrul kimi, Eldar kimi. Yəni bu tipli çoxlu adlar var, o adlar qoyulmalıdır. Başqa bir tərəfdən də yeni adlar yaratmağa həmişə cəhd olub. Məsələn, bizim böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığını xatırlasaq görərik ki, o da yaxşı adlar qoyub. Türk mənşəli adlar: deyək Oqtay, Sevil, Balaş. Belə çoxlu adlar var və o adlardan da qoymaq olar. Yeni adlar da yaratmaq olar. Sonrakı yazıçılarımız da buna töhfə verib. Məsələn, bizim böyük yazıçımız Anar da xeyli ad yaradıb".

Akedemik vurğuladı ki, soyadlar bizdə sanki tilsimə düşüb.

"Hətta dövlət səviyyəsində də vaxtilə müəyyən müzakirələr aparıldı, adlar və soyadlar haqqında ayrıca komissiya yaradıldı. Orada nəzərdə tutuldu ki, bizim soyadlarımızda bir şəkilçisiz forma olsun, məsələn, Səməd Vurğun kimi. Bir "-lı, -li, -lu, -lü" ilə olan forma olsun. Sonra "-oğlu" forması olsun. Deyək ki, filankəs filankəs oğlu, yaxud qızı. Bu, birbaşa atanı bildirmək mənasında qalmasın, tədricən soyada çevrilsin. Məsələn, Türkiyə türklərində bu çox geniş yayılıb. Vaxtilə görünür tatarlarda da bu olub ki, tatarlar indi "-ulı", "-ullin" deyirlər, yəni artıq soyada çevrilib. Başqa bir "-zadə" formasını da hətta təklif etdilər ki, saxlanılsın. Eləcə də "-gil" forması da şəkilçi kimi ola bilər. İndi məsələn, mənim yaşımda olan adamlar, ya məndən bir qədər cavan olan adamlar üçün soyadı dəyişməyi mən məqbul hesab etmirəm. Çünki artıq sənədlərimizdə bu forma geniş yayılıb, yazılarımızda da var. İndi təzədən mən nə "-li" ilə, nə "Cəfərli" olmağı, nə "Cəfərzadə" olmağı, nə də "Cəfər" olmağı fikirləşirəm. Amma yeni doğulan nəsil üçün elə bilirəm ki, dövlət səviyyəsində hər halda bir göstəriş verilməlidir. Düzdür, insan hüquqları var, ona da hörmət var, bu da xırda məsələ deyil. Amma bununla yanaşı, mən heç vaxt düşünə bilmərəm ki, bu "-ov", "-yev" soyadının saxlanılması hər yerdə və həmişə buna məhəbbətlə, xüsusi ehtiramla bağlıdır. Kütləvi şəkildə belə bir məhəbbətdən, hörmətdən söhbət gedə bilməz. Sadəcə olaraq görünür müəyyən təbliğat-təşviqat işləri də görmək lazımdır. Bu formanı bizə necə tətbiq ediblərsə, hansı inzibati formada Azərbaycanda yayılıbdırsa, elə ona uyğun şəkildə də aradan qaldırılmalıdır.

Yəni bu 4-5 variant ki, təklif olunur, onlardan birinin, yaxud bir-ikisinin üzərində xüsusi dayanmaq lazımdır. Yerli qeydiyyat orqanlarına da tapşırmaq lazımdır ki, uşaqlarına ad qoyan, uşaqlarına soyad yazdıran şəxslərlə məsləhətləşsinlər. Axı soyad da hər dəfə, hər uşaq üçün yenidən yazılır. Orada onlar da desinlər ki, soyad formasını dəyişmək lazımdır və bir qədər təşviq də olsun. Çox yox, bir qədər təşviq olsun, məsləhətləşmə olsun. İndi Fazil Mustafa da tanınmış və sözü keçən bir ziyalı kimi bu işə yeni bir təkan vermək, öz töhfəsini vermək istəyir. Mən əlbəttə fikirləşirəm ki, o düz deyir və onun sözünə də qulaq asmaq lazımdır", - deyə N.Cəfərov yekunlaşdırdı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru