Sabirabadda sosial yardımın verilməsi sistemi iflic vəziyyətə düşüb - NARAZILIQ VAR
Tarix: 27-02-2015, 12:55 | Çap et
 Əhalinin maddi rifahının yüksəldilməsi, sosial müdafiənin daha təminatlı şəkildə təşkili istiqamətində həyata keçirilən islahatlar reallaşdıqca bu sahədə hələ də mövcud olan problemlər ketdikcə daha çox çox çılpaqlığı ilə diqqəti cəlb edir. Bu gün əksər rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Redaksiyamıza daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur.Məlum olduğu kimi bir müddət bundan əvvəl Sabirabad ƏSMM-nin keçmiş rəhbərliyi fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdu. Bundan sonra müvəqqəti olaraq mərkəzə rəhbərlik edən digər bir kadrın da bu postda “debütü” heç də uğurlu alınmadı. Nəhayət ki, Sabirabad ƏSMM-yə rəhbərlik Vüsal Talıbova həvalə olundu. Lakin yerli mənbələrin iddialarına görə, aradan ötən müddət ərzində mərkəzin fəaliyyəti əvvəl olduğundan da bərbad hala gətirilib. Məsələn, rayon sakinləri tərəfindən təqdim olunmuş məlumatlarda göstərilir ki, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Vüsal Talıbov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Sabirabad ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, hazırda Sabirabad rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Biz mövzuya dair ötən materiallarda da dəfələrlə vurğulamışıq ki, ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə olan güclü himayədarlarının nüfuzundan xəbər verir. Rayondakı mənbələrdən aldığımız məlumatlarda iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı Vüsal Talıbov tərəfindən saxlanılmış əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdir. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdır.Xatırlayırsınızsa, bir müddət əvvəl dərc etdiyimiz materiallardan birində biz qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Ən azından bu barədə redaksiyamıza bəzi bölgələrdən daxil olan məlumatlarda xəbərlər yer almağa başlayıb. Bu xüsusda yerlərdən aldığımız məlumatlarda bildirilir ki, nazir Səlim Müslümovun apardığı kadr islahatları nəticəsində əhaliyə ünvanlı sosial yardımların verilməsində indiyə qədər mövcud olan bir çox nöqsanların aradan qalırılacağına ümid yaranıb. Təbii ki, bu proseslər hələlik islahatların yalnız gözləntisində olan digər rayonların sakinlərini də ümidləndirib. Bu xüsusda Sabirabaddan daxil olan məlumatlarda da yerli ƏSMM-nin direktoru Vüsal Talıbovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan məlumatlar ətrafında müvafiq araşdırmalar aparılacaq və rayon sakinlərinin də böyük narazılıqlarına səbəb olmuş bütün bu məsələlərə tam aydınlıq gətiriləcək. \\ bizimdovr.az \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
|