Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                 

Heydər Əsədov KTN sistemini necə çökdürür... - İTTİHAM
Tarix: 2-04-2018, 08:22 | Çap et
Heydər Əsədov KTN sistemini necə çökdürür...
DİA.AZ: - Dünya bazarında enerji daşıyıcılarının bahalaşması, aparıcı ölkələrin maliyyə problemləri ilə üzləşməsi, habelə əhali sayının çoxalması və s. kimi səbəblər əsas ərzaq məhsullarının qıtlığı və dünya bazarında qiymət artmı ilə müşahidə olunur. Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə çatmışdır. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindəndir.

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. 2001-ci ildə təsdiq edilmiş В«Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Dövlət ProqramıВ»nda və Ölkə Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə В«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət ProqramıВ»nda əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının artırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmalı idi.

Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi göstərilir. В«Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqındaВ» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 %-nin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılmasında və damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasında başlıca hədəf ölkə əhalisini yerli istehsal hesabına zəruri ərzaq məhsulları ilə təmin etməkdir.

Bu günə qədər bu məqsədlə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda istehlak tələbatımız həcmində keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Təəssüf ki, ölkəmiz özünü taxılla tam təmin edə bilmir, ölkədə istehlak olunan taxılın təxminən 60 -70 faizi xaricdən gətirilir. Bu göstərici özü də Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektora olan cavabdehliyinə məsuliyyətsiz yanaşmasının göstəricisidi.

Kənd təsərrüfatı bitkilərindən intensiv metodlarla yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil. Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə elmi cəhətdən əsaslandırılmış gübrələmə sisteminin tədbiqində mövcud olan problemləri həll etmək əvəzinə, əslində məsuliyyətsiz və qeyri-peşəkar yanaşması ilə əlavə problem yaradır. Qabaqcıl ölkələrdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə və dünya təcrübələrinin təhlilinə əsasən belə qənaətə gəlmək olur ki, məhsul gübrənin törəməsidir. Becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə torpaqdan kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30 sentner dən və ona müvafiq küləş məhsulu ilə torpqdan 110 kq azot, 40 kq fosfor və 70 kq kalium aparır. . Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən deqradasiyaya uğrayır və münbitliyi azalır. Məlum həqiqətdir ki, azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır. Bu baxımdan taxıl səpini ilə birlikdə kompleks gübrə olan Amofos gübrəsinin sahəyə verilməsi bitkilərdə güclü kök sisteminin formalaşmasına, keyfiyyət göstəricilərinin yaxşılaşmasına, biotik və abiotik amillərə qaşı müqavimətinin güclənməsinə, məhsuldarlığın artmasına və torpağın fiziki, mexaniki və kimyəvi göstəricilərinin yaxşılaşmasına səbəb olur. Sevindirici haldır ki, nəhayət əkinçilərimiz bu həqiqətləri dərk etməyə başlayıblar. Lakin Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyətsizliyi ucbatından zamanında tələata uyğun Amofos gübrəsinin tədarük olunmaması son nəticədə istəkli olmalarına baxmayaraq torpaq adamlarını gübrəsiz səpin aparmağa vadar etdi.

Eyni aqibət bu gündə taxıl sahələrinə azotlu gübrələrin yemləmə şəklində verilməsində də yaşanır. Müəyyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur. Çox təəssüf ki, ölkədə azotlu gübrələrin çatışmamazlığı erkən yaz yemləməsi kimi olduqca vacib aqrotexniki tədbirin aparılmasında ciddi problemlər yaşadır. Vəziyyət elə bir gərgin xarekter alıb ki, “Aqrolizinq”ASC-nin yerli təşkilatlarını azotlu gübrə almaq istəyən sadə əkinçilərdən mühafizə etmək üçün polis koridoru təşkil olunub. Aqrar sektorda uğura imza atmış ölkələrdə taxılçılıqda məhsuldarlığın daha da artırılması üçün mikro elementlərin, fermentativ və hormonoloji pereparatların tədbiq edildiyi bir dönəmdə azotlu gübrə istəyən azərbaycanlı əkinçilərin qarşısında polisdən “canlı çəpər” çəkilməsi insanda dərin təəccüb hissi doğurmaya bilmir! Budurmu Kənd Təsərrüfatı Nazirliyinin ölkənin ərzaq təhlükəsizliyinə verdiyi “töhfə”, yaxud, Ölkə Prezidentinin siyasətinə verdiyi “dəstək”!

Maraqlıdır ki, gübrə almaq istəyən fermerlərə Nazirliyin söz sahibləri “gübrə gələcək” kimi şablon cavab verirlər. Bu qeyri-peşəkar insanlar başa düşmürlər ki, azotlu gübrələrin effektivliyi onun tələb olunan miqdarda və vaxtında verilməsindən aslıdır və bu fikrin elmi əsası var. Taxılçılıqda azotlu gübrələri dörd optimal vaxtda verilməlidir. Ümumi normanın 20% -i səpinlə birlikdə verilməlidir ki, alınan cücərtilər güclü kök sistemi formalaşdırsın, 20%-i kollanma fazasında ( təxminən fevral ayı) kollanma əmsalı çox olsun, 30%-i boruyaçıxma fazasında (mart ayı) verilməlidir ki, məhsuldar gövdələrin sayı çox olsun, 30%-i isə sünbülləmə fazasında verilməlidir ki, dənin keyfiyyət göstəriciləri yüksək olsun. Məhz Nazirliyin məsuliyyətsizliyi ucbatında əkinçi tələb olunan müddətdə gübrə verə bilmir, nəticədə torpaq öz potensialı hesabına bir dominat məhsuldar gövdə formalaşdırır , ondan sonra hər hektara lap 300 kq azotlu gübrə versən də o, ikinci məhsuldar gövdə formalaşdıra bilməyəcək. Bu real elmi həqiqətdir, bunu anlamağınız gərəkdir məsuliyyətsizliklərinə “gübrə gələcək” kimi şablon fikirlə haqq qazandırmaq istəyən cənablar!

Acınacaqlı haldır ki, “Aqrolizinq” ASC-də azotlu gübrə qıtlığı yaşandığı bir zamanda “qara bazar”da tonu 250 manatdan kütlı şəkildə gübrə satılır. Bu hala şərh verərkən Nazirliyin sözçüləri bildirirlər ki, satılan gübrələrin “Aqrolizinq” ASC-yə heç bir aidiyyatı yoxdur, iş adamları idxal yolu ilə gətirib satırlar. Bəs reallıq necədir? Dövlətin tədbiq etdiyi 70% güzəşt çərçivəsində “Aqrolizinq”ASC amonium- nitrart gübrəsinin tonunu rəsmi sənədlə 180 manata (qeyri-rəmi sənədlə 190 manata) satır, onda, heç bir imtiyaza tədbiq edilmədiyi “qara bzar”da amonium- nitrart gübrəsinin hər tonu ya 540 manata satılmalı idi, ya da, “Aqrolizinq”ASC amonium- nitrart gübrəsinin hər tonunu 75 manata satmalı idi. Bu məntiqlə məsələyə yanaşsaq məlum olur ki, “qara bazar”a gübrə dövlətin imtiyaz tədbiq etdiyi subyektlər tərəfindən ötürülür.

Ölkə əhalisinin keyfiyyətli ərzaq buğdası ilə təminatında idxaldan asılılığın çox saylı problemlərində biri də dilə gətirdiyimiz bu problemdir. Bu problemlər aradan qaldirilmazsa biz idxaldan asılılığa son qoya bilməyəcəyik. Bir sözlə, “ halva-halva deməklə ağız şirin olmaz”, cənab nazir!

Əli Həsənov
Alim -aqranom


DİA.AZ-dan: Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru