"Dedi “burada sığorta kağızı keçmir”..." - NARAZILIQ VAR...
Tarix: 2-03-2024, 09:00 | Çap et
 Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır. Elə xəstəliyinə də imkansızlığın səbəb olduğunu deyir:
“Ağır kisələr qaldırmaq, dəmir-dümür daşımaq, kürəyimdə odun daşımaq… Hamısı ağır yüklərdən oldu, hamısını onlar etdi. İmkansızlıq. Nə qədər qadın xeylağı ağır kisələri daşıyar, kürəyində odun-ocaq daşıyar? Yenə əvvəl dəmir-dümür çox olanda yığırdıq. İndi olmur. Zülmlə gəzirsən, gərək nə qədər yer gəzəsən ki, bir kisə yığasan. Bir kisə də heç 10 manat edir-eləmir. Axşam düyü var idi, gətirdim düyünü süzdüm. Çörəyimiz yox idi, nə də pul var idi almağa. Düyünü süzdüm, yedilər, yatdılar”.
Elza xəstəliyini müalicə etdirməyə gücünün çatmadığını deyir. Milli Onkologiya Mərkəzində müalicənin bahalığı və sığortanın keçməməsi vəziyyətini daha da çətinləşdirir.
“Oraya mən sığorta kağızı da apardım. Keçmədi, dedi “burada sığorta kağızı keçmir”. İki-üç gün olar sümük analizindən keçmişəm. 185 manat sümük analizinə istədilər. Getdim, yalvardım, düşmürdülər. Dedim, onda keçə bilmirəm də. Həqiqətən də yox idi, tapa bilmirdim pulu. İnanırsan, mənim onlara verdiyim pul hamısı 1 manat, xırda pul idi, elə yığmışdıq. Dedim, onda çıxım baş həkimin yanına. Qoymadılar, dedilər, onda 100 manat ödə, sonra keç. Axır 100 manat ödədim, sümük analizindən keçdim. İndi də şüa almalıyam, pul yoxdur. Orada neçə adamdan soruşdum, 2600 manat dedilər. Həkim hələ özü demədi 2600 gətir. Orada şüadan çıxanlar var idi, soruşurdum, dedilər, burada şüa 2600-dür. Şüa eyni şüadır, fərqi yoxdur”.
Elza xəstəliyi üçün pensiya da almır. Deyir ki, pensiya alsaydı, heç olmasa iynə-dərmanını almağa pul tapılardı.
“Mənim pensiyamı iki dəfə yazdıq, imtina gəldi. Dünən getdim, dedim, mən pensiya üçün yazmışam, niyə imtina gəlib? Komissiya çağırdılar, getdim. Dedi gərək əməliyyat olunduğun gündən 6 ay keçsin ki, sonra sənə pensiya düşsün. Əslində dərmanlarım poliklinikada, kimyadan gəlirəm, ağrıkəsicini poliklinika pulsuz verməlidir. Verilmir heç biri. Pensiyam düzəlsə, onlar hamısı mənə oradan pulsuz verilər. Baxma, pensiya düzələr, iynəmə, dərmanıma, az pul deyil də, uşağımın yeməyinə çatdıraram”.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli yerli mediaya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində də hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımının dövlət büdcəsi hesabına həyata keçirildiyi qeyd edilib.
diaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
| • Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42 |
|
|
|
| • "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38 |
|
|
|
| • Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33 |
|
|
|
| • "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25 |
|
|
|
| • Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04 |
|
|
|
| • Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56 |
|
|
|
| • Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51 |
|
|
|
| • Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46 |
|
|
|
| • Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41 |
|
|
|
| • “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01 |
|
|
|
| • Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59 |
|
|
|
| • LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33 |
|
|
|
| • Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31 |
|
|
|
| • “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24 |
|
|
|
| • Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16 |
|
|
|
| • Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14 |
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00 |
|
|
|
| • Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54 |
|
|
|
| • Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51 |
|
|
|
| • “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48 |
|
|
|
| • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44 |
|
|
|
| • Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38 |
|
|
|
| • Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35 |
|
|
|
| • Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28 |
|
|
|
| • Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26 |
|
|
|
| • Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22 |
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08 |
|
|
|
|