Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                 

Köhnələrdən kimlər qalır, kimlər gedir, yeni simalar kimlər olacaq? - VII çağırş Azərbaycan Milli Məclisi…
Tarix: 13-05-2024, 10:06 | Çap et
 Köhnələrdən kimlər qalır, kimlər gedir, yeni simalar kimlər olacaq?
Azərbaycanda növbəti parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi artıq məlumdur. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da mətbuata son açıqlamasında buna eyham vurub.

Onun konkret danışmaması seçkilərin tarixi ilə bağlı yekun siyasi qərarın verilməməsi ilə bağlıdır.

Seçkilərin önə çəkilməsi noyabrın 11-25-də Azərbaycanda keçiriləcək, ümumilikdə 160-dan artıq ölkədən 90 minə qədər iştirakçının qatılacağı COP-29 beynəlxalq iqlim konfransı ilə bağlıdır.

Konstitusiyaya görə, noyabrın birinci bazar günü parlament seçkiləri keçirilməlidir ki, bu tarix də beynəlxalq tədbirə hazırlığın qızğın mərhələsinə təsadüf edir.

Hökumətdəki mənbələrdən Gununsesi.info-nə daxil olan məlumatda bildirilir ki, Milli Məclisin yaz sessiyasının sonunda (31 mayda) bu barədə qərar verilə bilər.

Seçki Məcəlləsinə görə, seçkilər təyin olunduğu tarixdən 2 ay sonra keçirilməlidir. Beləliklə, avqust ayının birinci həftəsi Azərbaycanda növbədəkənar parlament seçkiləri baş tuta bilər. Bu istiqamətdə MSK ötən ilin dekbar ayından etibarən müəyyən hazırlıq işləri aparıb.

Qeyd edək ki, adıçəkilən qurumun qərarı ilə ölkədə bəzi seçki dairələrinin dislokasiyası və adları dəyişdirilib, Naxçıvan MR-da bir dairə ləğv olunaraq onların sayı 7-dən 6-ya salınıb, Sumqayıt şəhərində isə bir seçki dairəsi artırılaraq ümumi say 5-ə çatdırılıb. Habelə başqa dairələrin də adları və əhatə etdiyi inzibati ərazi vahidlərində dədyişikliklər aparılıb.

Bundan başqa seçki komissiyalarının tərkibinə də “əl gəzdirilib” üzvlərin, texniki heyətinin tərkibi müəyyən qədər dəyişdirilib. Aparıcı üzvlərin məzuniyyətləri də ertlənib ki, bu da “məzuniyyət ayı” hesab olunan avqsutda seçkilərin keçiriləcəyi ehtimalını artırır.

Seçkilərin tarixinin elan olunmaması həm də Milli Məclisin səlahiyyətinə vaxtından əvvəl necə xitam veriləcəyi ilə bağlı gedən müzakirələrin bitməməsi ilə əlaqəlidir.

Əldə etdiyimiz məlumata görə, hökumət 2019-cu il 7 fevralında Milli Məclisin özünü buraxması barədə qərarı təkrar etmək istəmir. Çünki bu, Konstitusiyaya zidd addım olub, Əsas Qanunda qanunverici orqanın özü-özünü buraxmaq səlahiyyəti yoxdur.

Maddə 98.1 Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Beləliklə, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Mənbələrimiz bildirir ki, mayın sonuna qədər parlamentin Prezident tərəfindən buraxılması üçün bu konstitusion əsaslar təmin olunacaq.

4 il əvvəl Milli Məclisin özünü buraxması zamanı Konstitusiyada müəyyən edilmiş əsasların heç biri mövcud olmayıb. Sadəcə qanunverici orqan bu qənaətə gəlmişdi ki, fəaliyyətini yeni dövrün şərtlərinə uyğunlaşdırmaq üçün özünü buraxmalıdır.

VII çağırş Milli Məclisin tərkibinin necə formalaşdırılacağı da maraq doğrurur. Hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısna kimləri daxil edəcək, ötən dövr ərzində iqtidardan vurulmuş yüksək çinli məmurların yaxınları deputat ola biləcəklərmi?

Həmçinin, yaşı 70-dən artıq olan millət vəkillərinin bir çoxunun Milli Məclisə vidalaşacağını barədə mediada yazılanlar özünü doğruldacaqmı? Müxalifət camiyyəsindən parlamnetə kimlər düşəcək, indiki tərkibdən hansı siyasi təşkilatların nümayəndələri kənarda qalacaq? Deputat olmağa can atan tanınmış media və ictimaiyyət nümayəndələrindən bu dəfə kimlərin “bəxti açılacaq”? Seçkiləri boyot edən müxalifət qüvvələri bu dəfə necə, prosesdə aktiv iştirak edəcəklərmi?

Seçkilər yaxınlaşdıqca media bu suallara aydınlıq gətirməyə çalışır. Hadisələrin gedişatı artıq bəzi sualların cavablarını aydınlaşdırmağa imkan verir. Ehtimal etmək olar ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun özü və yaxın ətrafı nə Milli Məclisdə də, nə də yerli Ali Məclisdə təmisl olunacaq. Bu baxımdan, Muxtar Respublikadan seçilən 5 deputat azı dördü fərqli isimlər olacaq.

Hakim partiyanın da deputat korpusunda ciddi dəyişikliklər edəcəyi qaçılmazdır. Xatırtladaq ki, 2 il əvvəl YAP-ın çoxillik rayon, şəhər şöbələrinin rəhbərləri dəyişirilib, onların fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunmuşdu. Onların yerinə partiyanın inzibati aparatında və rayon şöbələrində “kölgədə qalmış” kadrlar irəli çəkilib. YAP rəhbərliyinin yenilənmə prosesini Milli Məclisə göndərəcəyi deputat siyahısına da şamil edəcəyi gözlənilir. Belə ki, 3 dəfədən artıq millət vəkili seçilmiş şəxslərin əksəriyyəti, habelə yaşlı deputatların heç biri bu dəfə namizəd ola bilməyəcək. Onları yeni kadrlar əvəzləyəcək.

Qeyd edək ki, IV çağırış Milli Məclisdə yüksək çinli məmurların yaxın qohumları, habelə onların səyi ilə parlamentə düşmüş, amma fəaliyyəti ilə deputat mandatını doğrulda bilməyən şəxslər var. Ötən 4 il ərzində onlar Milli Məclisdə, eləcə də hər hansı ictimai-siyasi fəaliyyətlə yadda qalmayıb, hətta təmisl etdikləri rayonlarda belə görünməyiblər. Bu kateqoriyadan olan 10-a yaxın deputatın mandatla vidalaşacağı realdır.

Müxalifətə gəldikdə, hazırki parlament müxalifətinin tərkibi xeyli dəyişiləcəyi gözlənilir. Məsələn hazırda “ana müxalifət” partiyası hesab olunan VHP-nin 77 yaşlı sədri sədri Sabir Rüstəmxanlının seçkilərdə iştirak etməyəcəyi gözlənilir. Partiyanın iki deputatı, hazırki vitse-spiker Fəzail İbrahimli və Rəfael Hüseynovun isə mandatlarını qoruyacağı gözlənilir. ƏHD Partiyasının sədri Qüdrət Hüseynquliyev, Böyük Quruluş partiyasın sədri Fazil Mustafa parlament fəaliyyətini davam etdirəcəyi şübhə doğurmur, amma Ana Vətən Partiyasının sədri, 77 yaşlı Fəzail Ağamalının 30 ilə yaxın deputatlıq karyerasının sonu gələcək.

Konstruktiv müxalifət partiyaları arasında isə Milli Məclisə düşmək uğrunda ciddi rəqabət var. Hakimiyyət bu dəfə onların bir neçəsinə “yaşıl işıq” yandırması realdır.

Bu sırda prezident seçkilərində iştirak etməyən və Prezident İlham Əliyevi dəstəkləyən Ümid Partiyasının sədri İqbal Ağazadənin, Xalq Partiyasının sədri Pənah Hüseynin, Ağ Partiyanın sədri Tural Abbaslının, habelə prezident seçkilərində iştirak etmiş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Haqq Ədalət Partiyasın sədri Əli İnsanovun adlarını çəkmək olar.

Yayda keçiriləcək seçkilərdə AXCP və Milli Şuranın, Müsavat Partiyasının da seçkiləri qatılacağı gözləniləndir. Bir çox mənbələr hakimiyyətin yenidən başqan seçilən İsa Qəmbərin deputat mandatı almasına mane olmayacağını, habelə, bəzi müxalifətçilərin də parlamentə keçmək şansının olduğunu qeyd edirlər.

Ötən seçkilərdə dairələrinin nəticələri ləğv olunmuş şəxslərdən “Yeni Müsavat” media Qrupunun rəhbəri Rauf Arifoğlunun bu dəfə mərhum deputat Qənirə Paşayevanın 3 dəfə seçildiyi 105 saylı Tovuz Seçki Dairəsindən namizəd olacağı gözənilir. Hüquq müdafiəçisi Çingiz Qənizadə isə mətbuata 80 saylı İmişli-Beyləqan Seçki Sairəsindən namizəd olmaq üçün üzv olduğu YAP-ın qərarını gözlədiyini deyib.

Yeni seçkilərdə parlamentdə hazırki vitse-spikerlərən birinin deputat seçilməyəcəyini, hazırda yüksək post tutan bəzi məmurların isə yenidən millət vəkili kimi görmək mümkün olacaq…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru