Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                 

Banklardakı “qara siyahı”ya neçə adamın adı düşüb? - 1 manat ver, məlumat al...
Tarix: 7-05-2015, 09:19 | Çap et
Banklardakı “qara siyahı”ya neçə adamın adı düşüb?
“Biz sizin haqqınızda hər şeyi bilirik”.

Azərbaycan Mərkəzi Bankının tərkibində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin əməkdaşları istəsələr, bu sözləri indiyədək ölkə banklarından kredit almış 2,3 milyon nəfərə deyə bilərlər. Banklardan kredit alan bütün müştərilər, onların kreditləri necə qaytarması barədə məlumatlar məhz bu reyestrdə toplanır.
Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən 2014-cü ili əhatə edən son məlumatda göstərilir ki, ötən il kredit reyestrində bankdan kredit götürən 2,3 milyon fiziki və hüquqi şəxs barədə 9 milyona yaxın kredit tarixçəsi saxlanılır. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 1 milyon nəfəri ötüb.
Ölkə vətəndaşları öz kredit tarixçələrini elə indi də öyrənə bilərlər. Kredit tarixçəsinin necə olduğunu bilmək istəyənlər bunun üçün reyestrə müraciət etməlidirlər. Cavabını uzağı 3 günə biləcəklər. Öz kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Ötən il öz kredit hesabatını əldə etmək üçün MKR-ə 77,558 şəxs müraciət edib ki, bu, ötən illə müqayisədə təxminən 15 dəfə artıqdır. Belə ki, 2013-cü ildə müraciət edənlərin sayı 5355 nəfər olub. Reyestrdən məlumat almaq üçün cəmi 1 manat ödəmək kifayətdir. Bankların sənin haqqında nə fikirləşdiyini bilmək üçün bu, o qədər də böyük pul deyil.

Bank üzrə mütəxəssis Etibar Səmədov Analitik.az-a deyib ki, reyestrdə müştərilər haqqında olan məlumatlar, yəni kreditin müddəti, qalığı, gecikdirilməsi və ya vaxtında ödənməsi barədə məlumatlar yer alır: “Banklar kredit porfeli barəsində ay ərzində 2 dəfə Mərkəzləşdirilmiş Kredit Reyesteri Xidmətinə (MKRX) məlumat verirlər. Ayın əvvəlində və ortasında hesabatlar reyesterə təqdim olunur. Bankın nə qədər müştərisi varsa, bu haqda hesabatlar reyestrə ötürülür. Orada mərkəzləşmiş baza var. Bütün məlumatlar bu bazada toplanır. Bütün banklar, müştəri kredit istəyəndə həmin xidmətdə müştərinin kredit tarixçəsinə baxırlar. Banklarda MKR-nin saytı yerləşdirilib. Ora daxil olub müştərinin İD-ni, müştəri haqqında məlumatları və seriya nömrəsi qeyd olunr. Bundan sonra isə müştərinin indiyədək götürdüyü bütün kreditlər, məbləği, qalığı, krediti necə ödədiyi haqqında məlumatlar sistemdə çıxır. Həmçinin müştərinin adına olmuş və bağlanmış kreditləri də sistem göstərir. Müştərinin krediti hansı bankdadırsa, kredit mütəxəssisinə bu haqda da məlumat verilir. Bu da banklara müştərilər haqqında geniş məlumat verir ki, gələcəkdə problemli kreditlər yaranmasın.”

Mütəxəssis onu da qeyd etdi ki, müştəri haqqında məlumatların MKR-ə daxil edilməsi üçün müraciət edənin mütləq şəkildə rəyi olmalıdır.Yəni müştəri özü razılıq verməlidir ki, haqqında olan məlumatların yoxlanılmasına etiraz etmir: “Müştəri birinci dəfə banka müraciət edəndə ondan müraciət ərizəsi və kredit sifarişi götürülür. Kredit sifarişi doldurulur və sonda müştəri imza atır. İmza atmamışdan öncə həmin sifariş vərəqinin yuxarı hissəsində belə bir ifadə qeyd olunub: “Mənim haqqımda məlumatların, borcların, öhdəliklərin yoxlanılmasına etiraz etmirəm.” Bu sifariş doldurulduqan sonra onun əsasında sorğu aparıla bilər. Müştərinin razılığı olmadan o sorğunu aparmaq olmaz.”

Qeyd edək ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrinin xidmətlərindən 41 bank və 45 bank olmayan kredit təşkilatı istifadə edib. Başqa sözlə, ölkədəki bankların hamısı, bank olmayan kredit təşkilatlarının isə 90%-i müştərilərinə kredit vermək barədə qərar qəbul edəndə MKR-in məlumatlarına əsaslanırlar. Bu dövr ərzində reyestrdə 3,243,077, o cümlədən banklar və BOKT-lər tərəfindən 3,165,519 sorğu həyata keçirilib. Bu isə ötən illə müqayisədə MKR-ə edilən sorğuların sayından 1,4 dəfə çoxdur.

İqtisadçı-eskpert Rəşad Həsənov Analitik.az-a bildirdi ki, Mərkəzi Bank tərəfindən yaradılan Mərkəzləşdirilmiş Kredit Reyestr Xidməti bank sisteminin maraqlarına xidmət edir. Bu, xüsusilə onunla bağlıdır ki, vətəndaşın kredit tarixçəsi deyilən bir baza formalaşdırılır. Bu da bank sistemi üçün sərfəlidir ki, daha çox vaxt və əmək sərf etmək məcburiyyətində qalmırlar: “İkinci bir tərəfdən isə burada doğru məlumatlar yer alır. Bir çox hallarda əvvəlki dövrlərdə vətəndaşların banklara yanlış məlumat verməsi nəticəsində düzgün olmayan qərarlar qəbul edilirdi ki, bu da sonrakı dövrlərdə problemli kreditlərin yaranmasına və sayının artmasına gətirib çıxarırdı. Belə bir mexanizm dünyada olan bir təcrübədir. Bu əslində bank sistemi üçün problemli kreditlərin artmasının qarşısının alınması və informasiya təhlili xaraketeri daşıyır.”

R. Həsənovun sözlərinə görə, artıq MKR yaradılandan sonra müşahidə edilir ki, vətəndaşlar kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar. Çünki onlar üşün açılmış şəxsi hesabda nöqsanların olmamasına cəhd göstərirlər:“Ona görə ki, kredit insanların həyatına o qədər sirayət edib ki, vətəndaşlar düşünürlər ki, bundan sonrakı dövrlərdə də böyük ehtimalla kredit götürməyə məcbur olacaqlar. Bu səbəbdən də kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar.”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru