Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                 

“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Tarix: 2-07-2025, 09:15 | Çap et

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının bazar ertəsi Qırğızıstanda keçirilən iclasında iştirak etməyib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistan ərazisinə silahlı hücumları ilə bağlı təşkilatın üzvləri, o cümlədən Rusiya tərəfindən siyasi bəyanat verilməsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı ilə bağlı "yekun qərar" verməyə hazırdır". Bu əcaib fikirləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ötən həftənin sonu hökumətin iclasından sonra jurnalistlərin suallarına cavab olaraq deyib. “Biz artıq KTMT-dən eyhamlarla deyil, açıq mətnlə danışırıq: bu, uzun müddət davam edə bilməz. Əgər bizim tərəfdaşlarımız, o cümlədən Rusiya Federasiyası Ermənistanın suveren ərazisinə hücumlarla bağlı öz mövqelərini bildirməsələr, biz yekun qərarları qəbul edəcəyik”, - diplomat vurğulayıb.

O qeyd edib ki, İrəvan “eyham vurmur, birbaşa danışır”. Kostanyan əlavə edib ki, Ermənistan suveren dövlət olduğu üçün “bu və ya digər addımı” özü müəyyən edəcək.

Yada salaq ki, ötən il fevralın 22-də Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirmişdi. 2024-cü ilin mayında isə Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan etmişdi. Ardından həmin ayın sonunda Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməmişdi. Nəhayət, baş nazir Paşinyan ötən il noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına getməkdən imtina etmişdi.

Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən də imtina etdiyini rəsmən elan edib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.

Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil. Pankinin timsalında rəsmi Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edib və ən əsası, ilin sonuna qədər vaxt verilib. Dekabrdan sonra Ermənistan KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməli, seçim etməlidir - ya de-yure blokdan çıxır, ya da “dondurma”nı uzun müddət davam etdirə bilməyəcək. İndi belə görünür ki, Ermənistan özü üçün daha bir çıxış yolu tapıb: KTMT-ni Azərbaycana qarşı qaldırmağa cəhd etməklə...

“Ermənistan Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən sui-istifadə edərək KTMT-dən əleyhimizə nəsə qoparmaq istəyir. İrəvan ümid edir ki, Bakının Moskvaya qarşı sərt cavabları və ittihamları fonunda KTMT-də söz sahibi olan Rusiya bəyanatla çıxış edə bilər. Ancaq bunun baş verəcəyini gözləmirəm. Hər nə qədər Moskva ilə aramızda yaşananlar gərgin olsa da, KTMT Azərbaycanın Ermənistana "hücum" etdiyi barədə bəyanat səsləndirməz". Bu fikirləri “Yeni Müsavat”a hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əvvəla, heç bir əsası yoxdur. Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibə Qarabağ ərazisində olub. Bunu müharibənin getdiyi dövrdə Rusiya prezidenti də təsdiqləyib. Ona görə də KTMT müdaxilə edə bilməzdi. Hətta 44 gün ərzində Ermənistanın heç bir şəhərinə raket düşməyib. Sadəcə, şərti sərhəddə bəzi yüksəkliklər nəzarətimizdədir, Qaragöl istiqamətində nəzarətimiz var, Ermənistan bunun hay-küyünü salır. İkinci səbəb isə KTMT-yə üzv ölkələrin nəzəri bəynata qoşulmayacağıdır. Belarus, Qırğızıstan, Qazaxıstan Azərbaycana dost ölkələrdir, hətta Rusiyanın belə bir niyyəti olsa belə, onlar bu bəyanata imza atmazlar”.

Hərbi analitik erməni diplomatın məlum açıqlamasını bir bəhanə hesab edir: “Rəsmi İrəvan yaxşı bilir ki, KTMT onun arzuladığı şəkildə bəyanatla çıxış etməyəcək. O səbəbdən indidən şərt və bəhanə qoyur. Yəni KTMT Azərbaycanı ittiham edən mövqe bildirməyəcək, Ermənistan da bunu bəhanə edərək təşkilatla bağlı dekabrda yekun qərarını verəcək. Təbii ki, Paşinyan administrasiyası KTMT-ni de-yure tərk etmək istəyindədir. Sadəcə, ona yeni təhlükəsizlik qarantiyası lazımdır. Bunu baş nazir daha əvvəl də elan edib. Hazırda Ermənistan hakimiyyəti Qərbi özü üçün tam təhlükəsizlik qarantiyası kimi görmür. Çünki geosiyasi reallıqlar dəyişib”.

Hərbi ekspertə görə, Ermənistan Türkiyə və Azərbaycanla yaxınlaşmanı əsl təhlükəsizlik qarantiyası kimi görməkdədir: “İrəvan da bu təşkilatı o zaman de-yure tərk edəcək ki, həm təhlükəsizlik təminatını tam həll etsin, həm də verdiyi qərara görə Rusiyadan ağır basqılar olmasın. Hazırda Moskva Cənubi Qafqazda mövqeyini gücləndirmək səylərini artırıb. Ermənistan Rusiya ilə münasibətlərini korlamamağa çalışır. Əksinə, Bakı ilə Moskva arasındakı gərginlikdən yararlanmaq niyyətində görünür. Lakin KTMT tam fərqli mövzudur və Ermənistanın hansı hallarda təşkilatı de-yure tərk edə biləcəyini vurğuladım. Fikrimcə, dekabrdan sonra biz İrəvanı bu blokda görməyə bilərik. Ancaq hər şey qarşıdakı aylarda hadisələrin gedişindən asılı olacaq”.

Bununla belə, R.Məmmədli KTMT-nin bir blok olaraq əhəmiyyətini də itirdiyi qənaətindədir: “Geosiyasi gərginliklər və dünya nizamında dəyişikliklər, həmçinin üzv ölkələrin Türk Dövlətləri Təşkilatına meylliyi KTMT-nin rolunu azaldıb. Onun təsir imkanları da əvvəlki deyil. Rusiyanın Ukrayna üzləşdiyi vəziyyət təbii ki, bu təşkilatın da fəaliyyətinə təsir edir”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. Üç digər postsovet ölkəsi olan Azərbaycan isə 1994-cü ildə bu müqaviləni imzalayıb. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəlib. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru