Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                 

Azərbaycanda hüquq adına BÖYÜK AYIB: Məhkəmələr başçıya xidmət edir... - BU NƏDİ BELƏ?..
Tarix: 1-05-2025, 08:42 | Çap et
Azərbaycanda hüquq adına BÖYÜK AYIB: Məhkəmələr başçıya xidmət edir...
Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İsmayıllı rayonunun İcra başçısı Nahid Bağırovun 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu almasına haqq qazandırmaqdadır. Çox maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə) В«TəzadlarВ» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunu cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Aydın olsun deyə qısaca qeyd edim ki, rəhbəri olduğum qəzetin redaksiyası adından Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermişdik.

Hakim Orxan Həsənov 14 fevral 2025- ci il tarixdə şikayətə baxılmasının mümkünsüzlüyü barədə qanunsuz qərardad qəbul etdi. Niyə? Axı Azərbaycan Dövlətinin adından qərar verən hakim Orxan Həsənov 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu alan, sonradan İsmayıllı kimi bir rayona İcra Başçısı göndərilən, bu təyinatından 1 ay sonra Prezident Sərəncamı ilə töhmət alan(!) Nahid Bağırovun müdafiəsinə niyə qalxırdı? Mən məhkəmədə həmin hakimə sənəd və sübutlar təqdim etmişdim ki, DİM indiyədək vətəndaşlardan daxil olmuş şikayət məktublarına istinadla göndərilmiş çoxsaylı media sorğumuzu dərhal cavablandırıb. Bəs indi nə baş verib???

İnanılmazdır: Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olunub…

Bəs indi nə oldu??? Nə baş verib ki, Dövlət İmtahan Mərkəzi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olublar? Hə, deməli, Nahid Bağırovu icra başçısı təyin etdirənlər böyük adamlardır, ona görəmi?! Axı indi məhkəmələrdə Nahid Bağırovun müdafiəsinə səfərbər olan həmin şəxslər bilmirlərmi ki, indiyədək məhz Prezident İlham Əliyevin başçı təyin etdiyi 10-a yaxın icra başçısı və müavinləri qanunsuz əməllərinə görə DTX tərəfindən həbs edilib mühakimə ediliblər. Bəziləri həbsxanada dünyasını dəyişib. Onları da təyin etdirənlər var idi, bəs onlar bu həbslərə mane ola bildilərmi? Yox!

Bəs indi bu boyda qanunsuzluq baş verir, yenə də bəziləri ortadakı qanunsuzluğu ört-basdır etmək istəyirlər. Niyə???

Diplomu şübhəli şəxs sabah başqa vəzifəyə necə gedə biləcək???

Maraqlıdır, məsələni bu qədər şişirdib ictimailəşdirməyə bais olanlar başa düşmək istəmirlər ki, Nahid Bağırovun diplom səhvini düzəltmək lazımdır ki, bu məsələ ictimailəşdirilib onun dosyesini zədələməsin. Məntiq isə belədir ki, əgər Nahid Bağırovun ali təhsil diplomunda şübhəli bir məqam olmasaydı, DİM bir cümləlik cavabı ilə hər şeyə nöqtə qoya bilərdi, qanunsuz əməldə suçlu bilinməzdi. Deməli, N.Bağırovun özü tərəfindən ictimailəşdirilmiş məlumatı təsdiq etmək əvəzinə bu sorğunun cavablandırılmaması o deməkdir ki, ortada ciddi şübhələr var. Biz В«saxtakarlıq varВ» demirik, çünki məsələ hələki məhkəmə müstəvisindədir.

Redaksiya bu qənaətdədir ki, bəzi məmurlar bu dolaşıq işdə günahkardırlar deyə, susur və maksimum dərəcədə Nahid Bağırovun müdafiəsindədirlər. Guya susmaq qızıldır! Amma bu məsələdə yox. Bunu bilmək üçün orta məktəb təhsilli olmaq bəs edər!

***

Biz məcburuq ki, məsələnin ciddiliyini nəzərə alaraq bu dəfə Prezidentə müraciət edək, PA rəhbəri Samir Nuriyevə yazaq, DTX rəhbəri Əli Nağıyevə, Baş prokuror K.Əliyevə şikayət edək ki, Nahid Bağırovun başçı təqdimatını hazırlayanlar niyə bu ciddi məsələdən yan keçiblər, göz yumublar??? Çünki kimin üçünsə susmaq qızıldırsa, media üçün belə məsələdə susmaq presedent yaradandır. Belə çıxır ki, eyni qaydada ali təhsil almışlar sabah deputat da ola bilər, nazir də, şirkət rəhbəri də və s.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun В«xususi araşdırmasıВ» nədən ibarət idi???

Sual yəqinki çətin deyil… İndi isə Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət edirəm:

Hörmətli sədr! Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası -hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə, aprelin 24-də Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 14 fevral 2025-ci il tarixli qanunsuz qərardadının ləğv edilərək iş materiallarının ilkin baxış mərhələsinə qaytarılmasına dair şikayətimizi təmin etmədi. Niyə? Məsələ ondadır ki, qəzetin nümayəndəsi olaraq mən 24 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının üzvlərinə bir daha rəsmi sənədləri və mötəbər sübutları təqdim edərək bildirdim ki, bu sənədlər İsmayıllının icra başçısı Nahid Bağırovun özü tərəfindən RİH-nin rəsmi saytında yayımladığı məlumatlardan ibarətdir. Biz bu məlumatların DİM-də təsdiqini xahiş edirik, başqa heç nə! Hakim Rəşid Səmədov sənədlərə baxıb təəccübləndi. Görünür iş materiallarını oxumamışdı, xəbərsiz idi. Yerində müşavirə edərək (bunlar iclas otağının kameralarında qeydə alınmışdır) elan etdi: В«Məhkəmə işin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan edir!В».

Beləliklə, hakimlər 10-15 dəqiqə fasilə edərək kimlərləsə məsləhətləşmələrə yollandılar… Və nəhayət, fasilə bitdi, hakimlər kollegiyası qəzetin rəsmi nümayəndəsi olaraq üzümə baxdılar, susdular. Sonra yerində müşavirə edərək qərarı elan etdilər: В«Məhkəmə heçab edir ki, bu məsələ mürəkkəb xarakterlidir, ona görə də xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınır!В».

Hörmətli İman müəllim! Nəhayət, 29 aprel 2025-ci il tarixdə saat 10:40 radələrində məhkəmə iclası açıq elan edildi, kollegiya üzvləri üzünü mənə çevirdi, kollegiyanın sədri məndən soruşdu ki, başqa bir vəsatətiniz, sübutunuz yoxdur? Dedim ki, yoxdur, ötən iclasda Sizə təqdim etmişəm. Sonra məhkəmə müşavirəyə getdi. Təxminən 5 dəqiqədən sonra kollegiya üzvləri gülümsəyərək zala daxil oldu və qərar elan edildi: В«Apellyasiya şikayəti təmin edilməsin, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılsın!В».

İndi sual verirəm: hakim (kollegiyanın sədri) Rəşid Səmədov bundan əvvəlki iclasda qərarını elan edərək demişdi: В«Məhkəmə hesab edir ki, bu iş mürəkkəb xarakterli olduğuna görə xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınsın!В».

Hakim 29 aprel tarixli yekun iclasında bu xüsusi araşdırmanın nəticəsini elan etməli deyildimi? Bəs niyə susdu və bu araşdırmanın nəticəsini niyə elan etmədi?

Çox istərdim ki, bu suala mütləq cavab verilsin. Çünki mən 32 ildir rəhbəri olduğum və hüquqlarını qanuni şəkildə həmişə uca tutduğum bir mətbuat orqanının mənafeyini sonadək müdafiə etməyə borcluyam. Bunu qəzetin В«ƏsasnaməsiВ» məndən tələb edir. Belə çıxır ki, mən xərc çəkərək vəkil tutmalıyam, hakimin bu qanunsuz və gülməli qərardadından Ali Məhkəməyə 10 gün ərzində şikayət verməliyəm… Və Nahid Bağırovun müdafiə kampaniyası davam edərsə, Ali Məhkəmənin qərarından da Avropa Məhkəməsinə şikayət verməliyəm. Niyə??? Niyə bir nəfərin müdafiəsi naminə Azərbaycan dövlətinin mənafeyi Avropa Məhəkəməsində müzakirə mövzusu olmalıdır???

Hörmətlə, Asif Mərzili,
В«TəzadlarВ» qəzetinin və eyni adlı saytın baş redaktoru

P.S.Hakimin məlum qərardadının elan edilməsindən dərhal sonra Nahid Bağırovun buna çox sevindiyi barədə redaksiyaya maraqlı məlumat daxil olub…

/TEZADLAR.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru