Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

İdarə rəisi işçiləri ADAM YERİNƏ QOYMUR... - abunəçilər də narazılıq edir...
Tarix: 24-01-2026, 07:55 | Çap et

Bakunews.az-a Zaqatala Qaz İstismar İdarəsinin əməkdaşları və abonentləri tərəfindən daxil olan müraciətlərdə idarənin rəisi Azər Musayevin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir. Anonim qalmasını istəyən idarə əməkdaşı bildirir ki, Azər Musayev rəhbərlik etdiyi müddətdə iclaslarda qeyri-etik ifadələr işlədir, işə aid olmayan mövzularda danışır, əməkdaşları açıq şəkildə təhqir edir və onları psixoloji təzyiq altında saxlayır. Onun sözlərinə görə, idarədə qorxu mühiti formalaşıb və işçilər işlərini itirməmək üçün susmağa məcbur qalırlar.

Müraciətdə qeyd olunur ki, Azər Musayev daha əvvəl Salyan regionunda və Balakən rayonunda da rəhbər vəzifələrdə çalışıb, lakin işçilərlə davranışına görə həmin ərazilərdən uzaqlaşdırılıb. İddia edilir ki, Zaqatalada da eyni idarəçilik üslubu davam etdirilir və şikayət edən əməkdaşlar əsassız töhmətlərə, saxta ittihamlara və işdən çıxarılma hədələrinə məruz qalırlar.

Əməkdaşın bildirdiyinə görə, hazırda qanunsuz qaz xətlərinin yeri dəyişdirilir, sayğaclar qəsdən passiv vəziyyətə salınaraq sonradan 1500–2000 manat qarşılığında pay torpaqlarında tikilmiş evlərə satılır. Qanunla mümkün olmadığı halda ölü adına olan qaz xətləri saxlanılır, ad dəyişikliyi üçün vətəndaşlardan 150–200 manat tələb edilir. Yeni qaz çəkilən evlərdə isə podratçı üzərindən 50 manat ödəniş verilmədikdə qazın qoşulmasına icazə verilmir. Bayram və istirahət günlərində işçilərin əlavə ödəniş olmadan işə cəlb edildiyi, etiraz edənlərə isə “istəmirsənsə, ərizəni yaz” deyildiyi də iddialar sırasındadır.

Müraciətdə həmçinin bildirilir ki, rəhbərlik işçiləri məqsədli şəkildə vətəndaşlarla qarşıdurmaya sövq edir, qazın kəsilməsi zamanı qəsdən gərginlik yaradılmasını tapşırır, yaranan insidentlərdə isə məsuliyyət sıravi əməkdaşların üzərinə atılır. İddialara görə, şəhid ailələri ilə bağlı səsləndirilən “dövlət pul verir, ondan ödəsin” kimi ifadələr də ciddi narazılıq doğurur.

Şikayətdə vurğulanır ki, idarə rəhbərinin aylıq 13 500 manat maaş və 3 500 manat bonus əldə etməsi fonunda, maaşı 500–600 manat civarında olan sıravi əməkdaşlara təzyiq göstərilir və onların qanunsuz göstərişləri yerinə yetirməyə məcbur edildiyi iddia olunur. Bildirilir ki, artıq bu cür vəziyyətə dözə bilməyən bəzi işçilər könüllü şəkildə işdən ayrılmağa məcbur qalıb.
Şikayətlər təkcə idarə əməkdaşları ilə məhdudlaşmır. Zaqatala rayon Əliabad kənd sakini, abonent Məmmədova Nailə Heydər qızı bildirir ki, heç bir əsaslı səbəb göstərilmədən onun qaz təchizatı üç ay müddətinə dayandırılıb. Yalnız baş idarəyə müraciət etdikdən və oradan qazın bərpası ilə bağlı rəsmi cavab aldıqdan sonra qaz verilişi təmin edilib. Abonent iddia edir ki, bir müddət sonra yenidən qaz təchizatı dayandırılıb və bu dəfə səbəb kimi “hörmət etməməsi” və birbaşa baş idarəyə şikayət etməsi göstərilib. Onun sözlərinə görə, bu hal açıq-aşkar təzyiq və cəza xarakteri daşıyır və vətəndaşın qanuni şikayət hüququnun pozulmasıdır.

Şikayətçilər aidiyyəti qurumları səsləndirilən iddiaları araşdırmağa və məsələyə hüquqi qiymət verməyə çağırırlar.

Qeyd edək ki, yazıda yer alan iddialar müraciət edən şəxslərin bildirdikləridir. Şikayətçilərin sayının çox olması səbəbindən digər müraciətlər növbəti yazılarda dərc ediləcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Dünən, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Dünən, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Dünən, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Dünən, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru