Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

Deputat Naqif Həmzəyevin QHT-si: AĞINA-BOZUNA baxmadan pul qazanmaq hərisliyi... - Gözləri DÖVLƏT maraqlarını da görmür...
Tarix: 5-03-2026, 07:37 | Çap et

2021-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında post-müharibə dövrünün ideoloji çərçivəsini açıq şəkildə müəyyənləşdirdi. O, birmənalı olaraq bildirdi ki, “biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.

Bu, təsadüfi deyil, siyasi mesaj idi. Bu bəyanat terminoloji korrektə yox, yeni reallığın rəsmi ifadəsi idi. Dövlət başçısı bununla həm beynəlxalq auditoriyaya, həm də daxili ictimai-siyasi mühitə aydın xətt göstərirdi: artıq köhnə münaqişə leksikonuna qayıdış yoxdur.

Prezidentin köməkçisi Hikmət Hacıyev də bu mövqeni təsdiqləyərək “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmadığını, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini vurğuladı. Yəni siyasi xətt iki ayrı səviyyədə – həm dövlət başçısı, həm də onun rəsmi nümayəndəsi tərəfindən ifadə edildi. Bundan sonra hansısa dövlət qurumunun bu mövqeni görməməzliyə vurması üçün heç bir əsas qalmırdı.

Deputat Naqif Həmzəyev "gül vurub"

Lakin paradoks ondadır ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələrdən biri açıq şəkildə “Dağlıq Qarabağ” ifadəsini daşıyırdı. Deputat Naqif Həmzəyevə məxsus Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyinin “Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində maarifləndirmə işi aparmaq üçün təlimçilərin yetişdirilməsi” adlı layihəsi dövlət vəsaiti hesabına icra olunub, tədbirlərdə bu ifadə bannerlərdə açıq şəkildə yer alıb və mediada da geniş tirajlanıb. Ən təəccüblüsü isə budur ki, bu açıq ziddiyyət ictimai müzakirə mövzusuna çevrilməyib.

 Naqif Həmzəyev

Burada məsələ hansısa bir QHT-nin ad seçimi deyil. Məsələ dövlətin ali siyasi iradəsi ilə dövlət qurumunun əməli fəaliyyəti arasında yaranmış uyğunsuzluqdur. Əgər Prezident açıq şəkildə müəyyən ifadənin işlədilməməsini bildirirsə, ideoloji və ictimai sektorla işləyən bir qurumun həmin ifadəni daşıyan layihəni maliyyələşdirməsi nə ilə izah oluna bilər? Bu, diqqətsizlikdir? Səhlənkarlıqdır? Yoxsa siyasi mesajların ciddiyə alınmamasıdır?

Daha ciddi sual isə budur: Prezidentin səsləndirdiyi mövqe yalnız mediaya ünvanlanmış bəyanatdır, yoxsa dövlət idarəçiliyində rəhbər tutulmalı olan prinsip? Əgər rəhbər prinsipdirsə, onda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu addımı açıq şəkildə siyasi xəttə uyğun gəlmir. Əgər rəhbər prinsip deyilsə, bu zaman dövlət idarəçiliyində vahid ideoloji koordinasiyadan danışmaq çətinləşir.

Məsələnin davamlı xarakter alması da diqqətdən yayınmamalıdır. Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarda daha maraqlı faktlar yer alr: Həmin təşkilata 2024-cü ildə 7 950 manat, 2025-ci ildə isə 18 000 manat qrant ayrılması göstərir ki, bu, təsadüfi texniki səhv kimi təqdim edilə bilməz. Layihələrin adlarına, məzmununa və dövlət siyasətinə uyğunluğuna real nəzarət mexanizmi varsa, belə bir ziddiyyətin baş verməsi mümkünsüz olmalı idi. Əgər yoxdursa, bu, sistemli boşluq deməkdir.

Ən narahatedici məqam isə seçmə yanaşma ehtimalıdır. Layihələrin məzmunu deyil, QHT təsisçisinin statusu əsas götürülürsə, bu artıq idarəçilik problemdir. Dövlət vəsaiti siyasi nüfuz əsasında bölüşdürülürsə, ideoloji xətt ikinci plana keçir. Bu isə post-müharibə dövründə xüsusilə təhlükəlidir. Çünki terminologiya indi sadəcə söz oyunu deyil, suverenliyin və siyasi iradənin ifadəsidir.

Əgər ideoloji istiqamətdə fəaliyyət göstərən bir qurum ölkə başçısının açıq mövqeyini praktik fəaliyyətində nəzərə almırsa, bu, sıradan uyğunsuzluq deyil. Bu, siyasi məsuliyyət məsələsidir. Dövlət başçısının mesajını düzgün oxumayan və ya oxumaq istəməyən qurum ictimai rəyə hansı siqnalı verir? Vahid siyasi xətt varmı, yoxsa hər kəs öz bildiyi kimi hərəkət edir?

Belə hallara susmaq problemi dərinləşdirir. Çünki səssizlik yanlış presedent yaradır. Dövlət siyasətində ardıcıllıq pozularsa, bu, ilk növbədə ideoloji müstəvidə boşluq yaradar və ideoloji boşluq həmişə ən təhlükəli zəiflikdir.

Yenixeber.org












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru