Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Tarix: 20-04-2026, 09:11 | Çap et

"Əvvəla, ondan başlayım ki, Naxçıvana dərəbəylik deyəndə bir çox həmyerlilərimin acığına gəlir. Onların fikrincə, mən bu terminlərlə Naxçıvanı aşağılamağa çalışıram. Halbuki, heç bir ağlı başına olan adam öz ölkəsini, diyarını aşağılamaz və mənim də məqsədim bu deyil. Mən sadəcə Naxçıvanın siyasi xarakterinə ən layiqli adlandırmanın “dərəbəylik” olduğuna inanıram..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İstərsəniz, gəlin, Naxçıvanın indiki adı ilə əsl mahiyyəti arasındakı fərqi gözdən keçirək və onun daha çox hansı siyasi inzibati ada uyğun olduğuna bir yerdə qərar verək.
İlk növbədə onu nəzərinizə çatdırım ki, Naxçıvanın siyasi kimliyini müəyyənləşdirən beynəlxalq sənəd Qars müqaviləsidir. Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya tərəfindən imzalanan bu müqavilədə Naxçıvana muxtariyyət statusu verilib, amma respublika səviyyəsində deyil. Müqavilədə açıq şəkildə göstərilib ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazi olmalıdır. Ərazi ilə respublika arasında, təbii ki, böyük fərq var və bu fərq Naxçıvanın idarə olunmasında da özünü göstərir.
Məlum olduğu kimi, respublika latınca “res publica” (“xalq işi", "ictimai iş") sözündən yaranıb və dövlət hakimiyyəti orqanlarının xalq tərəfindən seçilməsini nəzərdə tutur. Naxçıvanın ali hakimiyyət orqanının rəhbəri isə xalq tərəfindən seçilmir, ölkə rəhbəri tərəfindən təyin olunur. Deməli, məntiqlə, ona respublika demək doğru deyil.
Məlumdur ki, dünyada yalnız 3 cür respublika idarəetmə forması var: a) Prezidentli respublika: Prezident həm dövlət, həm də hökumət başçısıdır (məsələn, ABŞ, Azərbaycan) və mütləq xalq tərəfindən seçilməlidir.
Parlamentli respublika: Xalq tərəfindən seçilən parlament hökuməti formalaşdırır (məsələn, Almaniya, İtaliya). Naxçıvanın da guya Ali Məclis adlanan parlamenti var. Amma onun deputatlarının hansı səlahiyyətə sahib olduqları oturduqları məktəb partalarından bəllidir.
Qarışıq (yarımprezidentli) respublika: Prezident və parlamentin səlahiyyətləri nisbi balansdadır. Naxçıvanda isə nə prezident, nə də xalq tərəfindən seçilən parlament olmadığından onu bu kateqoriyaya aid etmək mümkün deyil.
4-cü respublika növü bəşəriyyət tarixinə bəlli olmadığından cəsarətlə demək olar ki, Naxçıvan MR adlanan qurum respublika deyil.
Bəs, mənim adlandırdığım dərəbəylik nədir?
Dərəbəylik sistemi yalnız bizə və digər Şərq ölkələrinə aid olduğundan onun xüsusiyyətləri indiyədək alimlər tərəfindən ciddi araşdırılmayıb. Yalnız ədəbi əsərlərimizdə bu sözə rast gəlirik ki, bununla onun xüsusiyyətlərini elmi şəkildə izah etmək mümkün deyil. Məsələn, Mirzə Ələkbər Sabir əsərlərindən birində yazır:
“Ölkə dərəbəylik, – deyə xan-xanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan”.
Sabirin bu sözlərindən belə anlaşılır ki, dərəbəyliklər yalnız xırda xanların hökm sürdüyü sistemlərin adıdır. Naxçıvan isə yüzillər boyu xanlar tərəfindən idarə olunub və müasir çağımızda belə onun rəhbərlərini “xan” və ya “canişin” adlandırırlar. Məsələn, “Vasif xan”, “pendirsatan canişin” Fuad Nəcəfli, “tendersatan feodal” Ceyhun Cəlilov.
Dərəbəyliyin ən gözəçarpan xüsusiyyəti onun ərazisində hərc-mərcliyin, qanunsuzluqların baş alıb getməsidir. Bu sistemin idarəetmədə əsaslandığı ən mühüm ideoloji əsas isə “ya xanın əmrinə tabe ol, ya da rədd olub bu diyardan köç”dür. Vasif “xan”ın dövründə də naxçıvanlılara “bura Naxçıvandır” deyə xatırladılır və məmləkəti tərk etmək üçün qapı göstərilirdi. Yəni Naxçıvanda “açıq qapı” siyasəti həyata keçirilirdi.
“Açıq qapı” siyasəti bugünkü Naxçıvanın da ən ümdə siyasətlərindən biridir. Üstəlik, bu siyasət indi heç gizlədilmir, Muxtar Dərəbəyliyin bütün rəhbər işçiləri tərəfindən açıq şəkildə ifadə olunur. İnanmırsınız? Onda gəlin, Naxçıvanın rəsmi TV kanalı sayılan NTV-nın Aynur Seyid adlı əməkdaşının bizə ünvanladığı məktuba nəzər salaq:
Aynur Seyid yazır:
“Qorxu ilə əməkdaş işlətmək mümkün deyil. Bu, nə motivasiya yaradır, nə də nəticə. Üstəlik, onsuz da aşağı olan əmək haqları vəziyyəti daha da ağırlaşdırır.
Bu gün bir çox əməkdaş aldığı təxminən 500 manat maaşı elə iş yerinin yanındakı marketlərə olan borclarını ödəməyə verir və evinə demək olar ki, əliboş gedir. Bu, sadəcə maliyyə problemi deyil — bu, dəyər verilməməsinin göstəricisidir. Əmək haqqına ödənilən əlavə isə sanki alman əsirliyində olan əsirlərə çörək necə verilirdisə elə bölünür. Düşünürəm ki, nə demək istədiyimi anladınız. Allah kömək olsun.
Heydər bəy televiziyada çalışan əməkdaşlar dəfələrlə ədalət tələb etdilər. Bəxtiyar müəllimin qəbulunda olan əməkdaşlarımızda oldu. Səslərini çatdırmağa çalışdılar. Amma bu səslər ya eşidilmədi, ya da eşidilmək istənmədi.
Və bütün bunların fonunda səslənən bir fikir xüsusilə düşündürücüdür: İlhamə Novruzova bildirir ki, “kimin xoşu gəlmirsə, qapı açıqdır, gedə bilər.”
Bu yanaşma problemin həllinə yox, problemdən qaçmağa bənzəyir. Çünki məsələ insanların getməsi deyil — məsələ onların niyə getmək məcburiyyətində qalmasıdır.
Nəticə isə artıq ortadadır: bu günlərdə təcrübəli, peşəkar bir operator işindən ayrıldı. Araşdırılsln ki, bir çağırsınlar ki, niyə ayrıldı işindən.
O, heç nə itirmədi. Çünki peşəkarlıq, zəhmət və təcrübə insanın özü ilə gedir. İtki isə qurumun payına düşdü. Çünki bir media qurumunun gücü texnikada yox, insanındadır.
Ədalət olmayan yerdə motivasiya olmaz. Motivasiya olmayan yerdə isə inkişaf dayanır.
Əgər çıxış yolu “qapı açıqdır” deməkdirsə, o qapıdan çıxanların sayı artacaq. Amma bir sual açıq qalacaq: bəs o qapının arxasında kim qalacaq? Niyə 30 ildən çox blokadada mübarizə aparan insanlar bu gün Naxçlvandan getməlidir”..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru