Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

“Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib - OBA FMCG sektorunda ilkə imza atıb
Tarix: 13-02-2026, 14:12 | Çap et

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.
Fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda, “OBA”nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olub. Marafonun ilk mövzusu Müştəri Məmnuniyyəti olaraq müəyyən edilib.
Marafonun hazırlıq mərhələsində ölkənin aparıcı 6 universitetində infosessiyalar keçirilib, 185 müraciət qəbul edilib, 6 həftəlik inkişaf yolu təşkil olunub və bu görüşlərdə 500-dən çox tələbə iştirak edib. Paralel olaraq OBA-nın müxtəlif struktur bölmələrindən olan 14 əməkdaş mentor kimi prosesə cəlb olunub. Marafona ümumilikdə 185 müraciət daxil olub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım “founder”lərdən ibarət olub.
Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, “pitchdeck” hazırlanması və MVP-nin (Minimum İşlək Məhsul) təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.
Natəvan İbrahimova: “Bu, sadəcə müsabiqə deyil”
Bağlanış tədbirində çıxış edən “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, OBA “İnnovativ Həllər Marafonu” ilə pərakəndə sektorda startap yönümlü ilk açıq innovasiya platformasını yaradıb.
O deyib: “Bu layihə bizim üçün sadəcə müsabiqə deyil. Məqsədimiz yalnız ideyaları dinləmək deyil, onları real biznes proseslərinə inteqrasiya etməkdir. Biz həm öz biznesimizi, həm ölkəmizi, həm də gələcək tərəfdaş və istehsalçıları yeni bizneslərin yaradılmasına təşviq etmək istəyirik”.
Marafonun gənc startapçıların ideyalarını praktik dəyərə çevirməyə və tətbiq mərhələsinə keçidini təmin etməyə xidmət etdiyini deyən N.İbrahimova vurğulayıb: “İnanırıq ki, bu kimi təşəbbüslər ölkədə istedad axınının yerli iqtisadiyyata yönəlməsinə, yeni bizneslərin və iş yerlərinin yaranmasına töhfə verəcək. Ölkəmizin iqtisadiyyatının gələcəyi böyük bizneslərlə bərabər böyük xəyalları, ideyaları olan gənclərdədir”.
Aydın Talıbov: “Azərbaycanlı mütəxəssislərin potensialı düşündüyümüzdən böyükdür”
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov pərakəndə sektorun sürətlə dəyişdiyini və bu dəyişimi yalnız izləməyin kifayət etmədiyini vurğulayaraq deyib:
“Dünya sürətlə dəyişir. Texnologiyalar, xüsusilə süni intellekt yeni mərhələ yaradır. Bu gün artıq yalnız bir ideya ilə irəliləmək kifayət deyil. Dünyanın getdiyi istiqaməti düzgün oxumalı və həmin istiqamətdə hərəkət etməliyik. Bu gün azərbaycanlı mütəxəssislərin və texnologiyaların beynəlxalq müstəvidə tətbiq olunduğunu görürük. Burada təqdim olunan ideyalar göstərir ki, potensialımız düşündüyümüzdən də böyükdür. Əsas məsələ bu potensialı tətbiq mərhələsinə daşımaqdır”.
O qeyd edib ki, “OBA SİD” təşəbbüsünün əsas məqsədi innovasiyanı açıq platformaya çıxarmaq və gənc ideyaları real bizneslə birləşdirməkdir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, seçimlərdə münsiflər heyətində təmsil olunan sahə mütəxəssisləri - İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov, müstəqil ekspert Mübariz Şahbazlı “OBA”ya bu təşəbbüsdən dolayı təşəkkür edib, FMCG-də ilkə imza atmaq münasibəti ilə təbrik ediblər.
Final mərhələsində komandalar “Qonşu market” konsepsiyasının inkişafı, CRM və fərdiləşdirilmiş müştəri məlumatları, smart əməliyyatlar və sərbəst mövzular üzrə hazırladıqları həlləri təqdim ediblər.
Təlim və inkişaf şöbəsinin rəhbəri Cəlalə Mustafayeva komandalara iştirakçı sertifikatını təqdim edib. İştirakçı komandalar arasından 9 komandaya İnsan Resursları və Dəstək Xidmətləri Direktoru Maqsud Orucov tərəfindən startap-vendor sertifikatı təqdim olunub. Bu komandalar artıq OBA Marketlər Şəbəkəsinin təchizatçı vendorları siyahısında yer alır və hər bir layihənin OBA-nın biznes proseslərinə inteqrasiyası nəzərdə tutulub. Münsiflər heyətinin qərarına əsasən, qaliblər müəyyən olunub və 10 min AZN mükafat fondu ilə yanaşı, əlavə inkişaf imkanları təqdim edilib.
Müsabiqədə 1-ci yerə “Epsilon” (6000 AZN) , 2-ci yerə “Birlab” (3000 AZN), 3-cü yerə isə “PATCO” (1000 AZN) komandaları layiq görülüblər.
Bağlanış mərasimində 3-cü yerin mükafatını “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, 2-ci yerin mükafatını Natəvan İbrahimova və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov, 1-ci yerin mükafatını isə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təqdim edib.
Qeyd edək ki, layihənin əsas hədəfi seçilmiş həllərin OBA-nın biznes proseslərinə inteqrasiyası və startapların məhsullarının bazara çıxarılmasıdır. “OBA” marketlər şəbəkəsi gələcəkdə də startaplar və innovativ ideyalarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru