“ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                 

İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq! - "Toxunulmazlar kastası"nı nə gözləyir?...
Tarix: 25-12-2019, 09:27 | Çap et
İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq!
Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”...

Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər. Lakin son hadisələrə, struktur islahatlarına qədər hansısa icra başçısının birbaşa vəzifə başında həbs və ifşa edilməsinə rast gəlinməmişdi...

Ümumiyyətlə, hakimiyyət ierarxiyasında bir “toxunulmazlar kastası” yaranmışdı və bu “kastada” icra başçıları özünəməxsus yerə malik idilər. Lakin yerlərdəki bəzən hətta əhalinin kütləvi narazılıqlarına, ciddi qarşıdurmalara səbəb olan hadisələrdə əsas qıcıq və qəzab mənbəyi, eləcə də etirazların hədəfləri məhz həmin rayonların icra başçıları olub. Bunu Quba, İsmayıllı və digər rayonlarda baş verən bir neçə aksiyalara aid etmək olar. Doğrudur, belə aksiyaların sayı çox olmayıb və ölkə rəhbərliyi zamanında müdaxilə edərək, problemin mənbəyinə yönələn addımlar atmaqla, vəziyyəti stabilləşdirib. Bir çox vəzifəli şəxslər cəzalandırılsa da, başçıların həbsi praktikası olmayıb. Lakin belə başçıların idarəetmə fəlsəfəsi, daşıdığı mənəvi keyfiyyətlər və s. istər əhali, istərsə də siyasi hakimiyyət üçün problem və təhlükə mənbəyi olaraq qalırdı və təəssüf ki, bəzi rayonlarda hələ indi də qalmaqdadır. Deməli, böyük ehtimalla kasıb əhalinin maaş kartına göz dikən icra başçısı da təkcə Nizaməddin Quliyev deyil...

Son həbslər ölkə rəhbərliyinin artıq bütün əndazələri aşan belə korrupsiya hallarına göz yummayacağından xəbər verir. Lakin bu həbslərin və ölkə başçısı tərəfindən verilən bəyanatların zamanlaması da diqqət cəlb edir. Belə ki, bu hadisələr “köhnə qvardiyanın” yola salınmasından çox qısa müddət sonra, struktur və kadr islahatları olaraq başladılan proseslərlə paralel həyata keçirilir. Bu da təsadüfi sayıla bilməz. Çünki böyük ehtimalla indiyə qədər parlamentə hakimiyyətdəki ayrı-ayrı qruplaşmaların təmsilçiləri olaraq tanınan şəxslər düşdüyü kimi, icra hakimiyyətlərində də belələri var. Lakin onların namizədliyini irəli sürüb, təsdiq olunmasına çalışan və bəzən də buna nail olanların hakimiyyətin üst eşalonlarından uzaqlaşdırılması həmin başçıların “qoruyucu jiletdən” məhrum olması ilə nəticələnib.

İcra başçılarını “rayonun Allahı” edən ən başlıca məqamlardan biri isə bu struktura nəzarət etmək, onlardan hesabat tələb etmək, onları yoxlamaq və gərəkərsə qanunda nəzərdə tutulan formada məsuliyyətə cəlb etmək səlahiyyəti olan qurumların fəaliyyəti, yaxud fəaliyyətsizliyidir. Axı icra hakimiyyətlərini mütəmadi olaraq müxtəlif qurumlar yoxlaya bilir və yoxlayır da.

Azərbaycanda hamı bilir ki, icra hakimiyyətlərinin bir çoxunun keçirdikləri tenderlərin qalibləri icra başçıları ilə hansı qaydada “pay bölgüsü” aparırlar və ümumiyyətlə, bu tenderlər hansı “rəqabət mühitində” keçirilir. İnhisarçılıqla mübarizə aparmalı olan İqtisadiyyat Nazirliyinin bütün bunlardan xəbəri olmayıbmı? Hesablama Palatası da həmçinin - uzağı ortaya bir neçə “dişsiz” rəqəm qoymaqla, öz işini bitmiş hesab edib və məsələ qısa müddət sonra “bağlanıb”.

Bununla yanaşı, hüquq-mühafizə, prokurorluq orqanlarına, məhkəmələrə icra başçılarının və bu strukturda çalışan digər iri məmurların neqativ fəaliyyətilə bağlı materiallar, iddialar daxil olur. Hanı nəticəsi? Cəsarətləri çatıbmı tədbir görməyə? Xeyr, əksinə, çalışırlar ki, başçılarla konfliktə girməsinlər və mehriban, “qarşılıqlı anlaşma” şəraitində işləsinlər.

Nəhayət, bu ölkənin uzun illərdir əhalinin göndərdiyi qalaq-qalaq şikayət məktublarını elə həmin şikayət olunan icra başçılarına yönləndirən Prezident Administrasiyası var. İcra başçıları uzun illərdir əsas etibarilə həmin qurumdan başqa heç kimi tanımaq istəməyiblər. Digər səlahiyyətli qurumlar isə öz işinin öhdəsindən gəlməyə nə cəsarət, nə də həvəs göstəriblər. Əgər həmin oqranlar vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, bu gün kifayət qədər böyük bir rayona Nizaməddin Quliyev kimi bu cür keyfiyyətlərə malik birisi başçılıq etməzdi, onun ifşası və həbsi isə, məsələn, prokurorluq yox, məhz DTX tərəfindən həyata keçirilməzdi...

Hazırda görünən reallıq budur ki, artıq əsas etibarilə toxunulmaz sayılan kasta tam sıradan çıxarılmaq üzrədir və ölkə rəhbərliyi tərəfindən ortaya yerlərdəki korrupsiyayla bağlı qəti iradə qoyulub. Ancaq hələ də nə baş verdiyini anlamayan, tamahı, nəfsi hər şeyə güc gələnlər var. Ümid edək ki, belələri bundan sonra rusların məşhur “Jadnost frayera qubit” (xəsislik frayeri məhv edir-red.) ifadəsini qulaqlarına sırğa edəcək, ölkə başçısının dediyi kimi, özlərini bədbəxt etməyəcəklər... (azpolitika)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru