Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                 

"Bu yerdə heç it də yaşamaz" - Məmurların vətəndaşlara rəva bildiyi YAŞAYIŞ
Tarix: 30-10-2021, 09:42 | Çap et
"Bu yerdə heç it də yaşamaz"
Bəzən pis gündə yaşayışı itlərlə müqayisə edirik. Pis evə “it damı”, pis evdə yaşayana “it də burada yaşamaz” deyirik.

Əslində söhbət açacağım yerə, evə, yaşayışa məmurlar da “itli” müqayisə aparıblar. Söhbətin tən ortasından başlayaq. Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi Göz xəstəxanası kimi tikilib, daha sonra yarımçıq qalan, qaçqın və məcburi köçkünlərin yaşadığı yerdə söhbət açacağıq. Daha dəqiq ordakı bir ailədən, onların yaşayışından…

İki il öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sözü gedən və aşağıda sözü gedəcək ailənin yaşadığı yerə gəlib, baxışdan sonra belə bir ifadə işlədib: “Burada it də yaşamaz”. Məsələ ondadır ki, bu söhbətin üstündən iki il keçib və ailə hələ də orada yaşayıb. Ailə böyüklərindən biri Tağıyeva Sevda Heydər qızının dili ilə desək, “Biz itdən də betərik”.

İnsan hər yerə, hər şəraitə uyğunlaşan, adaptasiya olan bir varlıqdır. Qarabağda imarəti olub çadırda yaşayanları gördük, dəmir vaqonlarda məskunlaşanları gördük. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı nələri görmədik ki?!

Sözdə Göz xəstəxanası olan yerdəyik. Girişdə divarda bizi belə bir yazı qarşılayır – “QARABAĞ BİZİMDİR”.

Həmin küçə Bakının ən görməli yerlərindən biridir. Göz xəstəxanası ilə üzbəüz yeni bir park da salınır. Ətrafda çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalarla bu binanı sonradan çəkilən bir hasar ayırır.

Bəzi müqayisəli fotolar olur: ağ-qara, gözəl – çirkin. Bax burada elədir. Divarın solu təmiz, səliqəli, bahalı maşınlar, deyib-gülən uşaqlar, çilçıraq. Sağı isə üfunət, çirkab, mənən qocalmış uşaqlar, ağcaqanad, milçək, siçovul, daşan kanalizasiya. Qısası təsəvvürünüzdə nə qədər pis şeylər varsa hamısı…

Divarın üzərindən baxıram, bir addımla həyat, yaşayış necə dəyişərmişвЂ¦ Görürəm, hiss edirəm…

Tağıyevlər ailəsi 2004-2005-ci ildən burda yaşayırlar. Yaşayış yerləri 3 kiçik otaqdan ibarətdir. Otaqlar türməni xatırladır. Əslində türmə də belə deyil. Çünki türmələrin ən azı havalandırması olur, kiçik olsa da dəmir barmaqlıqlardan günəş içəri düşə bilir. Bu otaqların isə heç birinin havaya çıxışı yoxdur. Otaqların yalnız kanalizasiya trubalarına çıxışı var. Otaqlar tikiləndən bu günə qədər bir dəfə də hava görməyib. Günəş işığına həsrətdir. Otaqlardan gələn iyi bir anlıq düşünün. İnsan hara düşdüyünü anlaya bilmir. Burada insan necə yaşaya bilər deyə çoxlu sayda suallar verir. O an anladım ki, Rövşən Rzayev niyə, “Burada it də yaşamaz”, – deyib.

Tağıyev Ramin Kərim oğlu orada yaşayan ailələrdən birinin başçısıdır. Raminin uşaqlığı, gəncliyi burada keçib. İndi də həmin bu otaqda uşaqları böyüyür. Təbii ki, uşaqlar hamısı xəstədir. Ramin Tağıyevin sözlərinə görə, həkimlər uşaqların xəstəliyinin havasızlıq və oksigensizlikdən qaynaqlandığını deyib. Üç balaca otaqda uşaqlı-böyüklü 12 nəfər yaşayır.

Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə “Qaçqınkom”a müraciət edib. Məsələ ondadır ki, hər dəfə onlar sözün əsl mənasında və qısası yola veriliblər.

İki il öncə Rövşən Rzayev ərazidə olanda ailəyə söz verib ki, onları nəzarətə götürüb və qısa zamanda yeni evlə təmin edəcəklər. O sözdən sonra bir neçə şəhərciyə qaçqın və məcburi köçkünlər yerləşdirilib, ancaq hələ söz söz olaraq qalır.

Ramin Tağıyev bildirir ki, uşaqları dərs oxuya bilmirlər:

“Otaqlar kiçikdir, ancaq yatmaq olur. Bundan əlavə səs-küy uşaqların oxuması mane olur. Uşaqların oxuya bilməməsini çox yaxşı anlayıram. İmkan da yoxdur ki, kirayə ev tutub çıxaq”.

Maddi gücü, işi olan biri düşünürəm ki, heç vaxt nə özü burada yaşamaz, nə də uşaqlarının burada yaşamasına razı olar.

Ailə Laçın rayonundan məcburi köçkün düşüb. Dağdan, təmiz havadan gəlib düşüb yarımtikili olan bir binanın zirzəmisinə.

Sevda Tağıyeva Laçın rayonundan çıxdıqları anı xatırlayır:

“Ermənilərin kəndə girməsinə az qalmışdı. Qaçdıq. Qaçan zaman yıxıldım, başım əzildi. Bura gələnə qədər bir neçə yer dəyişdik. Axırda gəlib çıxdıq bura. Bax bu gördüyün yerdən bir qız köçürüb, iki gəlin gətirmişəm. Nəvələrimin gününü görürsən, hamısı xəstədir. Hamısının da səbəbi bu havasızlıqdır. Laçında bulaq suyu içirdik, burada isə su gələndə sevinirik. Laçında dağ havası udurduq, burada evə hava girmir. Üç otaq var, üçü də pəncərəsiz. Hamımız burada xəstəlik tapdıq. Həkimə getmədən də bilirik ki, oksigen çatışmazlığı səbəbindən xəstəlik tapmışıq”.

Ailə daimi yaşamaq üçün ev deyil, müvəqqəti, Laçına qayıdacaqları günə qədər yaşamaq üçün ev istəyir. Ancaq “Qaçqınkom” ailəni nədənsə nəzərə almır.

Ailə böyükləri ilə otaqların önündə söhbət edərkən uşaqlardan biri böyrümdən dürtüb dedi, əmi o səsi eşitdin? Dedim, eşitdim. Bax o kanalizasiyanın səsidir. Bax, bax bura ilə gedir. Uşaq xəritədə qitələri, materikləri, dənizləri, boğazları, körfəzləri göstərən yaşında kanalizasiya xəritəsi çəkir…

Ailənin hətta dövlətə belə bir təklifi də var: İcazə versinlər gedək Laçına, borc-xərc edib modul tipli ev alıb, orada yaşayaq. Sevda Tağıyeva deyir ki, onsuz da burada yaşamırlar. Heç olmasa, Laçında qalan ömürlərini təmiz hava alar, gün işığ düşən evləri olar. İl olub 2021-ci il, Qarabağ işğaldan azad edilib, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərciklər salınıb.

Azərbaycan insanının arzusuna baxın.

Binanın ətrafını gəzirəm. Bina 3 tərəfdən kanalizasiya suları ilə mühasirəyə alınıb. Ramin Tağıyev deyir ki, bu hələ suyun çəkilmiş vaxtıdır. Qışda bura gələ bilməzsiniz, çünki binanın bir tərəfi kanalizasiya gölü olur.

Ərazidən çıxdıqda yenə eyni divardakı eyni yazı ilə qarşılaşıram: QARABAĞ BİZİMDİR. Qarabağı almağa gücü çatan dövlət, məmurunun dili ilə desək, “it yaşamaz” yerdə vətəndaş yaşadır…











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru