Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                     Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... .....                     " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" .....                     Türkiyə parlamenti hansı addımı atacaq?.. .....                     Məsələ miqrantların çoxluğunda deyil... .....                     "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                 

"Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar"
Tarix: 16-11-2020, 16:07 | Çap et
"Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar"
Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurun oğlu Rövşən Nurzadə Vətən Müharibəsində şəhid olub. Baş leytenant Rövşən Nurzadə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdırdı.

Xalq artisti Əli Nur Modern.az saytına müsahibəsində oğlundan danışıb.

Əli Nur bütün şəhid atalarının düşüncələrini, vətən sevgisini ifadə edib. Onunla söhbəti təqdim edirik.

- Əli müəllim, oğlunuz, şəhidimiz Rövşən Nurzadə haqqında bir az geniş məlumat istərdik...

- Rövşən şəhid olanda 45 yaşı var idi. O, uşaqlıqdan Vətənə məhəbbət ruhunda tərbiyə almış, ölkəsini sevən insan idi.

1991-ci ildə Qarabağ savaşı başlayanda Sumqayıtda 31 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Bunu eşidən uşaqlar ona deyiblər ki, silahın olmadığı halda necə döyüşəcəksən?

Onlara Ağdama gedib silah tapacağını bildirib. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, “Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur”. Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, “mən Ağdama xalamgilə gedirəm”. Şagird olmadığını, kollecdə oxuduğunu bildirib. Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib, direktora təhvil vermişdi.

Rövşəm orta məktəbi bitirdikdən sonra hərbçi olmaq istədiyini bildirdi. Onun hərbiyə marağı bəlkə də oxuduğu kitablardan idi. Mənim kitabxanam var idi. Tez-tez kirayə ev dəyişdiyimizə görə kitablar azalırdı. Kitabxanamda hərbi memuarlar vardı, dünyanın böyük sərkərdələri haqqında kitabları Rövşən saxlayır, oxuyurdu.

- Və sonra hərbçi oldu...

- Hərbi məktəbi oxuduqdan sonra Rövşən Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Mənə deyirdi ki, “əyil, ermənilər səni snayperlə vurarlar”. Ondan soruşurdum ki, “sən niyə əyilmirsən?”. Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar”.

Sonra hərbidən ayrıldı və ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə oxudu, bank sahəsində işini davam etdirdi. Bir neçə bankın direktoru oldu. Bir müddətdən sonra restoran işlətdi.

- İkinci Qarabağ Müharibəsində könüllü iştirak edirdi?

- Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi.

Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, “mən cəbhəyə gedirəm”. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.

- Neçə övladı var?

- İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 6-cı sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi.

- Hansı istiqamətdə döyüşürdü?

- İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz?

Dedi ki, “ata bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər”.Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi.

- Yəqin ki, oğlunuzun şəhid olmağı sizi çox yandırb-yaxır...

- Rövşən və onun kimi mərd oğullar şəhid olmasaydı, alçaqların işğal etdiyi o müqəddəs torpaqlarımızı kim xilas edəcəkdi? Ölümsüz, itkisiz, şəhidsiz torpaq almaq olmur. Şərəfsiz ermənilər deyirdilər ki, “Qarabağa görə ayağa qalxsanız, gəlib Bakını alacağıq”. Onlarının alçaq hərəkətlərini bütün dünya görürdü.

Bizim igidlərimiz onlara yerini göstərdi, onlar oğlanlarımızınm qarşısında bir heç oldular...

Cənab Ali Baş Komandanımızın rəhbərliyilə Ordumuz da ermənilərin acizliyini sübut etdi. 40 günə biz bütün İrəvanı götürərdik. Azərbaycan və Türk dünyasının ən böyük düşməni rus şovinizmidir. Rusiya erməniləri müdafiə etdi. Əgər Rusiya axırıncı dəfə erməniləri qorumasaydı, bizim Ordumuz Xankəndinə girəcəkdi. Yeri gəlsəydi, Zəngəzuru, Göyçəni, hətta İrəvanı da geri ala bilərdi.

Müharibənin qanunları var. Müharibədə ordu və əsgərlər həmişə hərbi marş oxuya-oxuya irəli gedir. Bizim Ordumuz da qələbə marşı oxuyurdu. Əsgərlərimiz böyük güc və qüvvətlə mübarizə apardı. Ali Baş Komandanın özünün də güclü mövqeyi var idi. Bütün dünya Azərbaycan xalqının gücünü gördü. Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru