"Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi üçün ilk öncə:
Səhiyyə qanunvericiliyinin mükəmməl olması üçün yeni qanunlar, o cümlədən "Pasiyentlərin hüquqları haqqında", həkimlərin vəzifə borcları, hüquqları və məsuliyyətini özündə əks etdirən yeni qanun qəbul edilməli, bir sıra tibbi xidmət sahələrində,ö cümlədən TTY -da hüquqi normativ baza yaradılmalı və ya dəyişdirilməlidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Dövlət büdcəsinin səhiyyə xərcləri, ÜDM -dən səhiyyəyə ayrılan vəsaitin miqdarı,İTS fonduna yenidən baxılmalı və bunlara uyğun səhiyyənin rasional inkişafının əsas göstəriciləri adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri və İTS fondunun əhatə dairəsinin genişləndirilməsi və yetərincə artırılmasıdır.Bütün tibbi xidmət qiymətləri minimum əmək haqqı nəzərə alınaraq Dövlət tərəfindən tənzimlənməlidir
Fizioloji doğuşa 3-4min manat ödəniş ə,yol verilməməlidir, demoqrafik vəziyyət görə mülkiyyət formasından asılı olmayaraq hamiləlik və doğuş zamanı hər cür xidmət pulsuz olmalıdır.
-Bu iki istiqamətdə yenilik və islahatlar aparıldıqdan sonra kadrlar elə seçilməlidir ki, onlar hüquqi və rasional idarəetmə sistemini bacara bilsinlər.
-Səhiyyədə Regional Uyğunsuzluq Sindromuna son qoyulmalıdır, ölkəmizdə hər 10 min nəfərə 34, Türkiyədə isə 29 həkim düşür @Bu həkimlərin 63 faizi, bütün əhalinin cəmi 30 faiz yaşadığı Bakıda fəaliyyət göstərir, TTY briqadalarının sayı normadan 2 dəfə aşağı ginekoloqların sayı isə normadan 2, 2 dəfə çoxdur, stomatoloqların sayı normadan 10-15 dəfə aşağıdır.Həkimlərin ölkə üzrə proporsional şəkildə yayılmasını təmin etmək üçün ƏMƏK Məcəlləsinin 70 e maddəsinə, yenidən baxılmalı və "65 -dən 70-ə qaldırılmalıdır
Bu maddə hazırda əksər rəhbərlik üçün korrupsiya və rüşvət çarxını fırlatmağa"lazımdır "
Bununla yanaşı təxminən keçən ilin axırlarında Maliyyə nazirliyi və Hesablama palatası səhiyyə sahəsində xeyli maliyyə pozuntuları aşkar etdi,burada israf etmə, mənimsəmə, çatışmazlıq,tender nöqsanları, şübhəli ödəmələr, dövlət satınalmalarında şişirdilmiş qiymətlərə alınan mallar və xidmətlər, hətta təkər, akkumulyator, benzin mertvıy duş,mətbəə və camaşırxana xərcləri üzrə ciddi maliyyə pozuntuları və s
Bu məsələni ona görə yazdım ki,baxın görün bəzi rəhbər işçilər nəyi"yeyiblər ", diğər tərəfdən onların çoxusu bu il işdən azad edilsələr də, sonradan onlar heç bir cəza almayıblar, əksinə hərəsinin bir də"Özəl Klinikası "var
Səhiyyə nazirliyinin yeni rəhbərliyi bu məsələyə diqqət yetirməlidir, necə ola bilər ki, kasıb səhiyyə büdcəsi, çox zəngin "Cocuklar"yetişdirə bilir!!???
-Ən vacib məsələlərdən biri tibb işçilərinin əməkhaqqının fiksə edilmiş Vahid Tarif Cədvəlinə görə verilməsidir.İTS fonduna görə ödəniş sui istifadə hallarına yol açır, xidmətin keyfiyyətini aşağı salır
-Nəhayət, dövlət büdcəsinin səhiyyə xərcləri və İTS fondu yetərincə olmalıdır ki, hər kəsin sığorta ödəniş kartı ---"Yaşıl Kartı olsun.,bu həm də özəl klinikalarda da keçərli olsun
Məhz bu zaman qanunda nəzərdə tutulmuş hər kəsin öz həkimini və müəssisəsini seçmək hüququ təmin edilmiş olar.
İndiki rəhbər kadrların fəaliyyəti yarıtmaz edilməklə, əksəriyyəti ilə vidalaşmaq vacibdir.
Bu məsələlərə fikir verilsə növbələr də yox olacaq, xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu, əlçatanlıq təmin olunacaq, əhalinin ailə büdcəsinə O qədər də zərər dəyməyəcək..."























