"Hörmətli Prezident Cənab İlham Əliyev! Mən Rəhimov Elmin Uğurlu oğlu hazırda işsizlikdən əziyyət çəkirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlərin müəllifi olan narazı vətəndaş zamanında çalışdığı SOCAR "Azəriqaz" istehsalat birliyində hüquqlarının pozulmasını vurğulayaraq müraciətini belə davam etdirir:
"İşlədiyim Azəriqaz İB təmir tikinti idarəsi əmək haqlarımızı vaxtlı-vaxtında ödəmədiyi üçün ailədə etibarsızlıq yaradan hallar törətdilər. Mən və mənim kimi dörd yüzdən çox insanları hazırda işsizlik problemi yaradaraq qanun altında bizləri işdən uzaqlaşdırıblar. İndi isə "Kapital bank" işsizlikdən verilən sığorta xərcimin yüz faizini tutaraq Dövlət alimentin nəzərə almayaraq yaşayışım üçün bir qəpik belə g Maddi məvacib saxlamadan bütün karta köçən hesablatımın hamısını aksepsiz qaydada silərək məni və övladlarımı çıxılmaz vəziyyətə salıb.
Cənab Prezident, bu məsələlər barədə mən heç bir dövlət qurumuna artıq inanmıram, aidiyyatı üzrə baxan hüquqi şəxslərə güvənim qalmayıb, Sizdən xahiş edirəm, bu məsələ ilə bağlı bizə kömək edəsiniz.
Son ümidimiz, pənahımız göydə Allah, yerdə Sizsiniz..."























