“TV rəhbərləri müğənnilərə qonorar verməyərək onları istismar edir”
Tarix: 22-02-2021, 11:15 | Çap et
 Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət Xatirə İslamın efirə çıxmaq qarşılığında TV rəhbərlərindən qonorar tələb etməsini dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı “YouTube” platformasında yaydığı açıqlamada X. İslama etiraz edən aparıcıların haqsız olduğunu bildirib:
“Azərbaycanın bir çox tanınmış aparıcıları müğənni Xatirə İslamın efirə çıxmaq müqabilində qonorar istəməsi barədə açıqlamasına rəy veriblər. “Bizdən nə üçün pul istəyir? Əgər belə olarsa, biz onu efirə dəvət etməyəcəyik, Xatirə unudulub gedəcək. Xatirə hansı performansına görə bizdən pul istəyir? Axı o, dünya ulduzu deyil”, - deyə bildiriblər. Bu sözləri deyənlərin özləri və proqramları dünya səviyyəli deyil. Belə qüsurlu müqayisəni anlaya bilmirəm. Xatirənin sənətinin keyfiyyəti, performansı sizi qane etmirdirsə, bəs nə üçün verilişə dəvət edirdiz? Demək ki, insan pulsuz gələndə sənəti sizi qane edir, lakin haqqını tələb edib qonorar istəyirsə, sənətinin keyfiyyəti sizi qane etmir! Bunun adı yumşaq desək, ikiüzlülükdür.
Hələ bir aparıcı (Afaq Gəncəli- red.) deyib ki, Xatirə İslam toylara gedir, o, niyə efirlərdən qonorar almalıdır? Aparıcıların bəziləri toylara gedir, qonorar alırlar. Lakin bunun onların kanalda aparıcılıq müqabilində aldıqları maaşa aidiyyatı olmur. Bilirsiz ki, bir çox dünyaca populyar ulduzlar Rusiyada yaşayan varlı həmyerlilərimizin məclislərində çıxış ediblər. Amma bu, nədənsə öz və başqa ölkələrində efirə çıxmaq üçün tələb etdikləri qonorara mane olmayıb.
Əziz teleaparıcılar, siz də bir incəsənət üzvüsüz. Siz Xatirəni tənqid etməli yox, dəstək olmalı idiz. Əgər bir müğənniyə qonorar veriləcəksə, bunu təyin edən siz yox, sizin işçisi olduğunuz telekanal rəhbərlikləridir.
“Əgər müğənnini efirə çağırmasaq, unudularlar” kimi düşüncədə olan aparıcılara demək istəyirəm ki, 21-ci əsrdə müğənniləri belə təhdid etmək mümkün deyil. “YouTube” kimi bir platforma var, müğənni istədiyi mahnını paylaşaraq özünü təbliğ edə bilər. Nəzərə alsaq ki, Azərbaycan tamaşaçısı aparılan sorğulara cavab olaraq bildirib ki, yerlidən çox, xarici kanallara baxırlar. Bu zaman sizin dediyiniz sözlərin aktualllığı ölür”.
Q. Məmmədzadə qeyd edib ki, kanal rəhbərləri incəsənət üzvlərini istismar edir: “Bir prodakşın rəhbəri (Oqtay Əliyev – red.) deyib ki, əgər mən Xatirəyə pul ödəyəcəmsə, o zaman tələblərim başqadır. Belə ki, fərqli geyinməli, şou göstərməli, ətrafında rəqqaslar olmalıdır. Burada iki məsələ var. Birincisi bu, Azərbaycan kanallarında olan proqramların nə vəziyyətdə olduğunu göstərir. Əgər mən müğənniyə pul vermirəmsə, demək, ondan heç bir keyfiyyət tələb etməyəcəm. Ki, hazırda vəziyyət belədir. Prodakşın rəhbəri bilməlidir ki, müğənniyə pul verilsə və verilməsə də, onların borcu efirə dəvət edən müğənnidən keyfiyyət tələb etməkdir. Əks halda, indi olduğu kimi verilişlərdə qeyri-peşəkarlar dəvət olunur. Belə baxan halda, demək ki, Xatirə İslam həqiqətən də haqlıdır.
Müğənninin şou göstərməsinə gəldikdə isə bilməlidir ki, Sovet dövründə ifaçılar efirə çıxıb, heç bir şou göstərmədən kənarda dayanıb mahnı oxuyurdular. Buna baxmayaraq onlara ifalarından sonra qonorar ödənilirdi. Müğənni efirə gəlirsə, ona qonorar ödənilməlidir. Bunun qarşılığı olmalıdır, əks halda bunun adı istismardır. Siz də incəsənət insanlarını efirə çağırıb qonorar vermirsizsə, demək ki, onları istismar edirsiz”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11 |
|
|
|
| • Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44 |
|
|
|
| • Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43 |
|
|
|
| • Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40 |
|
|
|
| • HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31 |
|
|
|
| • Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
Bu gün, 06:25 |
|
|
|
| • "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22 |
|
|
|
| • "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16 |
|
|
|
| • Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53 |
|
|
|
| • Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33 |
|
|
|
| • Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25 |
|
|
|
| • Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20 |
|
|
|
| • “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12 |
|
|
|
| • İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05 |
|
|
|
| • Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01 |
|
|
|
| • Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58 |
|
|
|
| • ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55 |
|
|
|
| • Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50 |
|
|
|
| • Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48 |
|
|
|
| • Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22 |
|
|
|
| • Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19 |
|
|
|
| • Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17 |
|
|
|
| • İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16 |
|
|
|
| • "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14 |
|
|
|
| • Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12 |
|
|
|
| • Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45 |
|
|
|
| • Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40 |
|
|
|
| • Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36 |
|
|
|
| • "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34 |
|
|
|
| • Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
| • Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59 |
|
|
|
| • Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40 |
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45 |
|
|
|
|