“O zaman əllərimi göyə qaldırıb dedim ki, “İlahi, nə yaxşı ki, mənə övlad verməmisən, yoxsa..."
Tarix: 26-07-2022, 09:08 | Çap et
 “Valideyn ola bilməsəm də hazırda özümü bacılarımın, qardaşımın, onların övladlarının valideyni kimi hiss edirəm. Bioloji valideyn olmaq şərt deyil. Valideynlik hissi bir məsuliyyətlə, sevgi ilə, qayğı ilə də bilinir. Bacımın uşaqları elə bilirəm öz övladlarımdır. Bu həyatı ailəmə görə, yaxınlarıma görə yaşamışam. Bunu onlar da çox yaxşı bilirlər. Ana ola bilməsəm də bütün uşaqları çox istəmişəm. Uşaqların qəlbinə dəyməyi xoşlamıram, Allahdan yaşamaq üçün hər gecə möhlət istəyirəm. Bacım və qardaşımın uşaqları üçün nəsə bir şey etmək istəyirəm. O vaxt zəlzələ olanda əllərimi göyə qaldırıb dedim ki, “İlahi, nə yaxşı ki, mənə övlad verməmisən, yoxsa indi ürəyim partlayıb ölərdim” Mənim ailəm bilir ki, çox narahat insanam, fobiyalarım var. Heç bilmədim ki, həyatım necə gəldi, necə getdi?” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra illər öncə ağır beyin əməliyyatı keçirdiyi illəri xatırlayıb.
“Əməliyyata gedəndə mənə demişdilər ki, tam yaddaşını itirə, oturacağa məhkum olub, tam hərəkətsiz qala bilərsən. Mən ağır riskə gedib, ağır bir əməliyyata getdim. Beyin əməliyyatı olunmalı idim, amma aparat yox idi, çarəsiz qalmışdıq. Əməliyyat olunmalı yer beyin sinirinin üstündə idi. Sənət dostlarım Yaşar Nuri, Telman Adıgözəlov ard-arda bizi tərk etdi, qardaşım ürək əməliyyatı keçirdi, elə bil ki, bu stresslər məni yıxdı. Həkim dedi ki, yaşaya da bilərsən, yaşamaya da. Düşündüm ki, “Qanlı Nigar” tamaşası ilə səhnəyə sonuncu çıxışımdır. Mənə o qədər gözəl güllər gətirmişdilər ki. Səhnəyə çönüb elə baxdım ki.. Fikirləşdim ki, görəsən mən bir də Azərbaycana qayıda biləcəyəm?! Nəinki teatra, səhnəyə.. Allah yol açdı, əməliyyat olundum. Hətta həkim əməliyat pulunu, zəhmət haqqını belə məndən almadı” deyə sənətkar bildirib. Firəngiz Mütəllimova bildirib ki, əməliyyatdan sonra özünə bir çox şeylərdə qadağalar qoyub.
“Mən 2013-cü ildən indiyə qədər hündürdaban ayaqqabı geyinə bilmirəm. Rahat ayaqqabılar geyinirəm. Əslində aktrisa səhnədə hündürdaban geyinməlidir. Mən rəqsi çox sevirdim, amma indi ondan məhrumam, ancaq yerimdə oynayıram. Çox suallar verilir ki, “niyə saç formanızı dəyişmirsiniz?”. Mən nə qaynaq edə bilərəm, nə də ki, yeni saç forması kəsdirə bilərəm. Çünki mənim başımda böyük bir yarıq var, onun üstünü örtməliyəm. Yayın qızmar günəşində başıma kepka qoyuram, çoxu buna görə məni qınayır, amma mən günəşli havada gəzə bilmərəm” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25 |
|
|
|
|