Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                 

"Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər..." - Nəzakət Teymurova
Tarix: 18-12-2025, 12:23 | Çap et

Xalq artisti Nəzakət Teymurova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəzakət xanlım, ilin sonuna az qalır. Ötüşməkdə olan ili yaradıcılıq baxımından necə dəyərləndirirsiniz? 2026-cı il üçün sənət fəaliyyətinizlə bağlı hansı plan və hədəfləriniz var?

- Bu il mənim üçün çox səmərəli keçdi. “Leyli və Məcnun” operasında oynadım, Heydər Əliyev Sarayında solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxdım. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak etdim, xarici ölkələrə qastrol səfərlərimiz oldu. Həmişə düşünmüşəm ki, işləməyəndə sanki nəyinsə çatışmazlığını hiss edirəm.

Bununla yanaşı, Dubayda Beynəlxalq Mehr Festivalında münsif kimi iştirak etdim, Karsın Qurtuluş Gününə həsr olunmuş solo konsertim baş tutdu. İşlərimiz çox oldu, hesab edirəm ki, bu il mənim üçün həqiqətən məhsuldar keçdi. Allah hər birimizə sağlamlıq və güc versin.

Sənətdə olan ifaçı kimi illərimin boş keçməsini sevmirəm. İstəyirəm ki, gördüyüm işlər sənət tariximizdə iz buraxsın, bu sənətə mənim də töhfəm olsun. Arzularım çoxdur. İnsan son nəfəsinə qədər arzularla yaşayır. Əlbəttə, hər şeydən əvvəl özüm də daxil hər kəsə sağlamlıq və firavanlıq arzulayıram. Dünyamız gözəl olsun, müharibələrə son qoyulsun.

Sənətlə bağlı isə arzularım daha çoxdur. Muğamla bağlı müəyyən hədəflərimiz var və bu istiqamətdə irəliləyirik. Özünü muğam sənətinə həsr edənlər çox əziyyətli mərhələlərdən keçiblər. Bu sənətdə heç nə asan başa gəlmir. Bəzi bayağı ifaçılar fonoqramla oxuyurlar və başqa ölkələrdə də fonoqrama ifa edirlər. Bəlkə bizdən dəfələrlə artıq qonorar qazanırlar.

Amma bizlər - istər oxuyanlar, istər instrumental ifaçılar çox əziyyət çəkirik. Səslə və nəfəslə işlədiyimiz üçün bizim işimiz daha çətindir. Əhvalımız yaxşı olmayanda ifa edə, tamaşaçıya lazımi töhfəni verə bilmirik. Beynimiz, ruhumuz, əhvalımız yerində olmalıdır ki, muğam sənətində yaxşı nəticələr ortaya qoya bilək.

Onu da əlavə edim ki, Heydər Əliyev Sarayında baş tutan konsertin montajı həyata keçirilir. Konsert yaxın günlərdə tamaşaçılarımıza təqdim olunacaq.

- Hazırda gənc ifaçıların yetişdirilməsi ilə məşğulsunuz, müsabiqə də keçirilir. Bu proseslər fonunda muğam sənətinin bugünkü vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Artıq 20 ilə yaxındır, Heydər Əliyev Fondunun təşəbbüsü və Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə muğam sənəti həm Azərbaycanda, həm də xarici ölkələrdə ardıcıl şəkildə təbliğ olunur və daha da inkişaf etdirilir. Muğam müsabiqəsi keçirilir. Müsabiqələrdən çox peşəkar ifaçılar yetişir və səhnəyə gəlir.

Mənim arzum budur ki, muğam sənətinə gələnlər bu sənətin ağır və məsuliyyətli olduğunu başa düşsünlər. Dövlət bu sahəyə ciddi dəstək göstərir. Lakin bəzən bəzi ifaçıların sonradan tamam fərqli janrlara üz tutduğunu görürük. Açığı, mənim üçün bunu qəbul etmək çətindir. Qazanc arxasınca gedirlər.

Bizim dövrümüzdə də çətin zamanlar olub. Sənətə köçkünlük dövründə gəldik, amma qazancı sənətlə eyni tərəziyə qoymadıq. Mənim və ətrafımdakı bir neçə insanın sənəti seçməsi də bu ruhda baş verib, əvvəl sənəti öyrəndik, qazanc isə sonradan gəldi.

İndiki bəzi gənclər isə istəyir ki, qazanc olsun, sonra sonra sənət haqqında düşünərlər. Müşahidə edirik ki, gənclərin bir qismi muğam sənətinin dərinliyinə getməkdə çətinlik çəkirlər. Bu, həm musiqi savadı, həm də muğamın fəlsəfəsini mənimsəmək baxımından ağır bir yoldur. İfaçıların bir çoxu muğamla məşğul olduqlarını desələr də, onu mahnı ifaçısı üslubunda təqdim edirlər.

Bir çoxları tez tanınmaq, populyar olmaq istəyirlər və sənətdən çəkilirlər. Müəllimlərimiz həmin tələbələr üzərində əziyyət çəkirlər. İfaçıların özləri də ciddi əziyyətlə çalışırlar. Hər gün yeni qəzəllər, yeni muğamlar öyrənmək asan deyil. Bununla belə, danılmaz bir həqiqət var ki, muğam ifaçılarını hər zaman xalq yaşadıb.

Sevindirici haldır ki, bu gün dövlətimiz muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bunun bariz nümunəsidir. Gənc ifaçılar gələcəkdə bu sənəti layiqincə təbliğ etməlidirlər. Necə ki, ustadlarımız bizi yetişdirdi və bu dünyadan köçdülər, biz də əbədi deyilik. Bu sənəti yaşatmaq, gələcək nəsillərə ötürmək artıq gənc ifaçıların üzərinə düşür.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, bəzi ifaçıların fəxri adlarla bağlı ünvanınıza xoşagəlməz fikirlər səsləndirir. Uğursuzluqlarını sizdə axtaranlar da olur. Bu yanaşmalar sizi necə təsir edib?

- Mən kiməm ki? Mən də onlar kimi ifaçıyam. Bu, daha çox zəif insanların davranışıdır, öz uğursuzluqlarını başqalarının üzərinə atırlar. “O olmasaydı, mən olardım” kimi düşüncələr doğru deyil. Məsələn, mən altı il Akademik Opera və Balet Teatrında fəaliyyət göstərmədim. Sonradan dedi-qoduya başlamaq düzgün deyil. Bəzən görürük ki, müəyyən məsələlər ətrafında gizli yazılar yazdırılır, süni təbliğatlar aparılır.

Mən hər zaman sənətimlə məşğul olmuşam. İstər opera sahəsində fəaliyyətimdə, istərsə də müəllim kimi çalışdığım dövrdə daim işimə fokuslanmışam. İşləmək lazımdır ki, xalq sənin nə etdiyini görsün. Sadəcə gözləməklə, kənardan baxmaqla heç nə əldə etmək mümkün deyil. Mən nə fəxri ad verənəm, nə də hansısa teatrın rəhbəriyəm. Hamı yaxşı bilir ki, bu məsələlər uzun və mərhələli proseslərdən keçir, işlədiyin qurum tərəfindən təqdimat verilir, daha sonra müvafiq qurumlara göndərilir. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil.

Buna görə də öz uğursuzluqlarını məndə axtaran ifaçıları aciz hesab edirəm. Onlara deyirəm ki, Allah sizə şəfa versin!


- Yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlamısınız. Teatrda yaxın günlərdə sizi hansı yaradıcılıq işləri gözləyir?

- 2018-ci ildə Opera və Balet Teatrından ayrılmışdım. Bəzi məqamlar məni qane etmədiyi üçün öz ərizəmlə işdən çıxmışdım. Yenidən Yusif Eyvazovun rəhbərliyi ilə teatra qayıtmışam və hazırda fəaliyyətimi davam etdirirəm. Yanvarın 12-də tamaşamız olacaq. “Leyli və Məcnun” operası yenidən səhnələşdiriləcək və tamaşaçılar qarşısında təqdim olunacaq.

- “Leyli və Məcnun”u hər dəfə səhnədə canlandırmaq eyni hissləri yaradırmı?

- Xeyr. İlk rollarımda rejissor Hafiz Quliyevin verdiyi mizanları ifa edirdik. Amma insan getdikcə eyni düşüncədə qalmır, hissləri dərinləşir. Füzulinin nə dediyini, Üzeyir Hacıbəyovun musuqisinin nə demək istədiyini başa düşürsən. Özünü bir dünya kimi görürsən və sənət yolunda öz cığırını açırsan.

- Leyli obrazı sizin üçün hansı mənanı verir?

- Leyli mənim dünyamdır, öz sevgimdir. Bu obraz mənim köçkünlük dövründə yaşadığım duyğuları əks etdirir və onu sadəcə sözlə ifadə etmək mümkün deyil. Bəzən ifaçılar robotlaşır, amma mən inanıram ki, səhnədə hər dəfə eyni duyğunu vermək mümkün deyil. Bizim rahat olmağımız ifa tərzimizə də keçir. Mən Leylinin hansı mərhələsindəyəm? Sevgiyə doğru gedən yoldayam... Bizim səhnədəki hər ifamız bir növ Allaha doğru gedən sonsuz sevgi yolumuzdur. Bu sevgi ilə Leylinin ruhunu hiss edir və onu tamaşaçıya çatdırıram.

Gənc olanda o hissi başa düşə bilmirsən. Xanəndəlik sənətində müəyyən vaxt öyrənirsən, sonra isə ifanı yaşayırsan. Muğam sənəti elədir - onun gözəlliyi zaman keçdikcə daha da dərinləşir.

Muğamın incəliklərini başa düşmək uzun bir prosesdir. Bir obrazı qara karandaşla çəkməyə bənzədə bilərsən, sonra isə rənglər əlavə edərək daha zənginləşdirirsən. Muğamın gözəlliyi zamanla tamaşaçı tərəfindən qiymətləndirilir və dərk edilir.

- Sizcə, "Leyli və Məcnun" operasında yaş məhdudiyyəti qoyulmaldırmı?

- Hər dəfə haqqımızda eyni sözləri eşidirik. Xarici ölkələrdə müəyyən yaşdan sonra əsas diqqət səsin keyfiyyətinə yönəlir, yaşa yox. Yaş məhdudiyyəti Azərbaycandadır, necə ifa etdiyin müzakirə edilmir.

Məsələn, sonuncu dəfə mən Leylini ifa edəndə obrazın gözəlliyi barədə danışmadılar, əksinə botoksum, saç düzümüm kimi şeyləri müzakirə etdilər. Amma sənətimə heç kim əl ata bilmədi. Çünki mənim potensialım və ifam var, əgər bu gün səsim və sənətimlə tamaşaçıya özümü çatdıra bilirəmsə, bu, mənim uğurumdur, sənətə vurğunluğumdur.

Gənc ifaçılarımız hər ay repertuar əsərlərini ifa edirlər, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s. Bu, onların inkişafı üçün vacibdir. Hər bir insan özünü sənətdə təsdiq etməlidir. Opera ifaçısının səsi zalın sonuncu stuluna qədər eşidilməlidir.

Hazırda Akademik Opera və Balet Teatrı təmirdədir. Opera sənəti səs potensialı zəif olan ifaçıları qəbul etmir. Yamsılama isə bəzi ifaçıları yarı yolda qoyur. Hər ifaçının öz yolu və öz ifası olmalıdır. Məndən əvvəl çox gözəl sənətkarlarımız yetişib, mən onların ifalarına qulaq asmışam, amma öz iç dünyamı da tamaşaçıya çatdırmışam.

Heç kim deyə bilməz ki, mən kiminsə ifasını yamsılamışam. Yeddi-səkkiz saat bir obraz və ya muğam üzərində işləyirəm. Əsas şərt zəhmət çəkməkdir. Sonra isə o zəhmətin bəhrəsini görürsən. İndiki gənclərin beyni “ağ kağız” kimidir, nəyi öyrədirsənsə, yaddaşlarına yazılmalıdır. Bu, gələcəkdə onlara çox lazım olacaq.

- Sizin ifa üslubunuzu və sənət yolunuzu örnək alan və onu təqlid etməyə çalışan ifaçılar çoxdurmu? Yamsılama məsələsinə münasibətinizi necə ifadə edərdiniz?

- Sənət mənim üçün iç dünyamın, təlaşlı və sevgi dolu hisslərimin ifadəsidir, köçkünlük dövründə də bu hissləri ifa vasitəsilə göstərmişəm. Amma bəzən görürsən ki, ifaçılar "kopya" oxuyurlar. Bu, müəyyən yaşa qədər ola bilər, amma sonrakı mərhələdə hər kəsin öz yolunu və üslubunu yaratması lazımdır.

Bəzi ifaçılar isə başqasının ifasını öz adı ilə təqdim edirlər. Mən buna baxanda düşünürəm ki, utanmasan, oynamağa nə var ki… Sənətdə belə hallar da olur.

- Gözəlliyinizi və səhnə görünüşünüzü qorumaq üçün hansı üsullardan istifadə edirsiniz?

- Gözəllik zamanla gedir, gənclik özü bir gözəllikdir. Kaş hər zaman gənclərimiz bunu başa düşsünlər. Mən professional opera səhnəsində artıq 30 ildir fəaliyyət göstərirəm. Musiqi ilə məşğul olduğum dövrdən, 1991-ci ildən Asəf Zeynallı adına kollecə gələndən indiyə qədər bir şeyi başa düşmüşəm, gözəllik keçicidir, insanın qəlbi gözəl olmalıdır, yaxşılıq etməyi bacarmalıdır.
Tələbələrimi danlasam da onları çox sevirəm. Professional ifaçı kimi tələbələri yalnız tənqid etməklə irəliləmək mümkün deyil.

Hər kəs xanəndə ola bilməz, hər ifaçı bu peşədən keçə bilər, amma hər kəsə xanəndə olmaq qismət olmur. Bu, Allahın bir lütfüdür. Xanəndə olmaq üçün səsin gücü, hissiyyatın, ritm və musiqi duyumu, qəzəl öyrənmə bacarığı olmalıdır. İstər Azərbaycan klassik muğamlarını, istərsə də dünyəvi musiqi biliklərini bilməlisən. Sənətə yalnız bir tərəfdən yanaşmaq mümkün deyil, xanəndəlik sənəti bu müxtəlif bacarıqları tələb edir.

Əlbəttə, kasad ifaçılar da var. Amma biz çalışmışıq ki, Xarıbülbül Muğam Qrupu ilə birlikdə klassik muğamlarımızı qoruyub saxlayaq. Bunun üçün saatlarla məşqlər etmişik və böyük layihələrdə, o cümlədən kamera orkestri ilə işləmişik. Artıq 30-40 mahnını ifa etmişəm və gələcəkdə bu əsərləri həm mənim, həm də Xarıbülbül Muğam Qrupunun, həm də
Bəstəkar Ceyhun Allahverdiyevin adıyla təqdim ediləcək.

Tamaşaçılar təsniflərimizi, muğamlarımızı bu tərzdə də görsünlər. Təbii ki, burada sənət dostum Əliağa Sədiyevin böyük əziyyəti də var.

- 30 illik sənət yolunuz ərzində qoyduğunuz bütün hədəflərə çatdığınızı düşünürsünüz, yoxsa hələ reallaşdırmaq istədiyiniz layihələr və arzularınız var?

- Şükür Allaha, yenə deyirəm, arzular çoxdur. Amma hədəflərim yavaş-yavaş reallaşır və bunu tamaşaçılar qiymətləndirə bilər. Bəzən elə ifaçılar var ki, təvazökarlıq göstərməyib ağzına gələn hər şeyi danışır və tamaşaçı da bunu izləyir. Özünü tərifləmək düzgün deyil. Bu gün çatışmayan tərəflərdən biri də odur ki, lazımsız ifaçılara meydan verilib. Özlərini hər yerdə tərifləyirlər, amma bu, Azərbaycan musiqisi üçün heç bir töhfə demək deyil. Sadəcə pul qazanıb, toy mərasimlərinə getmək, mədəniyyətlə məşğul olmaq anlamına gəlmir. Sual yaranır, sən xalq, millət üçün nə etmisən? Opera oynamısan, dramda işləmisən? Hər hansı töhfən olub ki, bu gün səni dəyərləndirsinlər?

Bəzən efirlərdə deyirlər ki, dövlət niyə fəxri ad vermir. Əllərinə mikrofon verilir və görürsən ki, özlərini idarə edə bilmirlər. Camaat da elə bilir, düzgün danışırlar. Buna görə də belə hallara televiziyalarda nəzarət edilməlidir. Efirə ziyalılarımız, şairlərimiz dəvət olunmalıdır, eyni şəxsləri dəfələrlə televiziya ekranlarında görmək düzgün deyil.

Mənim övladım musiqi cəhətdən biliklidir, amma bəzi ailələr uşaqlarına axşama qədər lazımsız musiqilər dinlədirlər. Bir neçə ildən sonra musiqi zövqü tamamilə dəyişəcək. Bizim zamanımızda efirdə Şövkət Ələkbərovanı, Arif Babayev, İslam Rzayev və Sara Qədimova kimi böyük sənətkarların ifasını izləyirdik. Bu, bizim musiqi zövqümüzün formalaşmasına və beynimizə yeridilməsinə kömək edirdi. Təəssüf ki, bu gün efirlərdə daha çox lazımsız musiqilər səslənir, şou proqramları və reytinqlər ön plandadır.

İllər keçdikcə bu, gənc ifaçıların və uşaqlarımızın musiqi zövqünə mənfi təsir göstərəcək. Sanki bəzi televiziyaların rəhbərləri bunu görmürlər.


- Son vaxtlar bir sıra sənətçilər Mədəniyyət Nazirliyinə qarşı müəyyən iddialar səsləndiriblər. Bildirilib ki, fəxri adlar pul müqabilində verilir. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mən həmin prosesləri yaşamamışam, ona görə də münasibət bildirə bilmirəm. Mən Akademik Opera və Balet Teatrından fəxri ad almışam, 28 yaşımda Əməkdar artist, 34 yaşımda isə Xalq artisti fəxri adını qazanmışam. Mənim təqdimatım Akademik Opera və Balet Teatrından gedib. Bilirsiniz ki, fəxri ad almaq üçün müəyyən şərtlər var – operada müəyyən sayda tamaşa oynamalı, solo konsert verməli və ölkəni xarici ölkədə təmsil etməli və sair. Nazirlik də bunu nəzərdən keçirir və son fərmanı Prezident imzalayır.

Mən məlumatsız olduğum üçün baş verən hadisələr haqqında danışa bilmirəm. Həmişə Akademik Opera və Balet Teatrında çalışan ifaçılar ən tez fəxri ad alanlar olublar. Çünki xanəndənin sənəti güclü olmalıdır. Səsi mikrofonsuz belə, zalın sonuncu stuluna qədər eşidilməlidir.

- Son olaraq nə demək istərsiniz?

- Arzum budur ki, gənclərimiz sənətimizi sevsinlər. Muğam çox gözəl sənətdir. Bəzi ifaçılar isə sənəti yalnız maddi qazanc vasitəsi kimi görürlər. Bizim məqsədimiz Azərbaycan klassik muğamlarını təbliğ etmək və onları dünyaya çatdırmaqdır. Arzum budur ki, gənc ifaçılarımız da bu sənəti sevərək öyrənsinlər və irsi davam etdirsinlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru