Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                 

"SƏFƏR ƏBİYEVİ YIXMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR"
Tarix: 9-04-2013, 11:11 | Çap et
"SƏFƏR ƏBİYEVİ YIXMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR"
“BU HƏM DƏ ALİ BAŞ KOMANDANA QARŞIDIR”

DİA.AZ: - Suallarimiza Tərtər rayonunun sabiq icra başçısı, rayonun özünümüdafiə batalyonuna komandirlik etmiş Sərdar Həmidov cavab verib. O, əsasən Azərbaycan Ordusunda baş verən əsgər ölümlərindən, bunun səbəbindən və qarşısını almaq imkanlarından danışıb.

- Sərdar bəy, zamanında sizdə batalyon kamandiri olmusunuz, müharibənin aktiv iştirakçısısınız. Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri faktını necə qiymətləndirirsiniz?
- Mən 1992-1994-cü illərdə orduda olmuşam. Təcrübəmə əsasən deyə bilərəm ki, məqsədli bir şey olmayanda insan heç çətin vəziyyətdə xəstəxanada belə dünyasını dəyişməz. Məsələ burasındadır ki, biz normal məntiqlə hadisələrə yanaşsaq görərik ki, əsgər ölümləri faktının şişirdilməsi müdafiə nazirinə qarşı olan prosesdir. Yəni nazir vəzifəsinin öhdəsindən gəlmir və s fikrini yaratmağa hesablanıb. Fikrimcə, əsgər ölümləri halı həm də Ali Baş Komandana qarşı olan hadisədir. Guya orduda nizam-intizam yoxdur. Əslində bu belə deyil. Ehtimal edirəm ki, bunu qəsdlə və bilərəkdən törədənlər var. Sizə adi məqam deyim. Şəmkir Korpusunun komandanı general-leytenant Rövşən Əkbərov durur. R. Əkbərov 1993-cü ilin əvvəllərində xüsusi təyinatlı batalyonla Tərtərdə olub və müharibədə iştirak edib. Baxın, orduda dünyasını dəyişən övladlarımızın çoxu Şəmkir korpusunda baş verir. Yəni R. Əkbərovun komandan olduğu korpusda. Bu hərəkətlə müdafiə naziri olmaq ehtimalı olan şəxsə təzyiq göstərilir. Qənaətimcə, R. Əkbərov nazir olmağa daha yaxın hərbçidir. Əgər indiki nazir nə zamansa vəzifədən getsə onun yerinə Əkbərovun gəlmə ehtimalı daha çoxdur. Əkbərov həmdə 1995-ci ildə əsgər olaraq Ali Baş Komandanın əmrlərini yerinə yetirib, dövlətçiliyin qorunması prosesində öndə olub. Özü də cəsur və qoçaq oğlandır. Bu gün daha çox əsgər ölümləri ona görə bu şəxsin komandan olduğu korpusda baş verir ki, onu nazir vəzifəsinə gətirməsinlər. Bu təxribat həmdə Ali Baş Komandana qarşıdır. Hesab edirəm ki, orduda dəyişikliklər olmalıdır. Bu proses aşağı komandirlərdən tutmuş birqada komandirlərinə qədər əhatə etməlidir. Ordu ilə ciddi maraqlanmaq lazımdır. Bir daha qeyd edirəm ki, əsgər ölümləri Səfər Əbiyevə və Ali Baş Komandana qarşı hazırlanan əməllərdir.

- Bəs bunu kimlər hazırlayır?
- Çox güman ki, orduda Əbiyevi yıxmaq istəyən qüvvələr var. Bu qüvvələrin kimliyini mən bilmirəm. Nəzərə alın ki, mən ordudan 1994-dən getmişəm.

- İddia edilir ki, ordu daxilində əsas mübarizə Əbiyevlə Baş Qərargah rəisi Nəcməddin Sadıqov arasında gedir...
- Bu Əbiyev-Sadıqov qarşıdurması deyil. Və ya ola bilər ki, bu məsələnin sadəcə bir tərəfi olsun. Mən bunu bilmirəm. Məsələ ondadır ki, Tərtər döyüşlərindən keçən Nəcməddin Sadıqov, Rövşən Əkbərov, Kərim Vəliyev, Elman Cəfərov, Altay Mehdiyev sonradan general rütbəsinə layiq görülüblər. Başqa sözlə desək, ordumuzun döyüşən generallarının 60 faizinin yolu Tərtət döyüşlərindən keçib. Azərbaycanın heç bir rayonunun düşmənlə Tərtər qədər uzun cəbhəsi olmayıb. Ağdam işğal edildikdən sonra erməni silahlı qruplaşmaları Qapanlı istiqamətində də Tərtərə ciddi hücumlar təşkil edirdilər. Amma bunun da nəticəsi olmadı.Adını saydığım generalların çoxu bu müharibələrdə iştirak ediblər, müdafiə naziri Əbiyev isə o zaman Baş Qərargahdan Tərtərə təhkim edilib. O zaman Tərtərdə əsasən könüllülər vuruşsa da, cağırışçılardan ibarət nizamlı ordu birləşmələri də var idi. Bu saat Dağıstanla sərhəddə oturan general-mayor Hikmət Mirzəyev güclü kadrlardan biri idi. Mən ancaq Tərtər müharibəsindən keçən Elmar Ağayevi görmürəm. Bu şəxsdə mərd hərbçi idi. Bildiyiniz kimi, mən icra başçısı vəzifəsini daşımaqla yanaşı həm də Tərtər batalyonunun komandiri idim və bu vəzifəni də öz xoşumla götürməmişdim. Sadəcə olaraq mənə qədər bu batalyon faktiki olaraq yox idi, məndən sonra isə batalyon bir qədər düzəldi, rayonunun müdafiəsində ciddi fədakarlıq göstərdi. Sonradan Kəlbəcər yolu açıldı və mən hətta atamın məzarını ziyarət etmək üçün ora getdim.

- Baş Qərargah rəisi Nəcməddin Sadıqov Kəlbəcərin işğal olunmasında günahlandırılır. Bir neçə gün əvvəl kəlbəcərlilər növbəti dəfə bu haqda danışıblar. Bu mövzu haqqında siz nə deyə bilərsiniz?
- Bəli, bu yaxınlarda Kəlbəcərdən olan bir qrup şəxs rayonun məhz Sadıqov tərəfindən satıldığı haqqında fikirlər səsləndirib. Düzdür, bu sözü deyirlər, amma kəlbəcərlilər N. Sadıqovu tanımırlar. Kəlbəcər ərazilərinin birqada komandirirəhmətlik general Zaur Rzayev idi. Sonradan Zaur Rzayevi işdən götürüb yerinə Qənizadəni gətirdilər. Mən məşhur Qənizadəni deyirəm, hansı ki, o Şuşada, Laçında olmuşdu. Onu Kəlbəcər briqadasına gətirdilər və rayonda işğal olundu. Onun hazırda harada olduğu mənə məlum deyil. Qeyd edim ki, hələ müharibə başlamazdan öncə Azərbaycanda dörd atryad yaranmışdı. Onun birinin komandiri rəhmətlik Rey, birinin komandiri Qənizadə, birinin komandiri isə belarus Mudrak idi. Bu adamlar işğal olan rayonların hamısından keçiblər. Elbrus Orucovdan general kimi Kəlbəcərə təhkim edilmişdi. Səhv etmirəmsə, o indi Karsda ataşe işləyir. O da Şuşa da olmuşdu. İndi bu məsələlər haqqında danışan yoxdur. Mən ordudan gedəndə və işdən azad olunanda artıq atəşkəslə bağlı saziş imzalanmışdı. Bir il sonra məni həbs etdilər. Uzun illər həbsdə qaldım. Sonradan İlham Əliyev prezident seçildi və məni əfv etdi. Əgər 3-4 ayda həbsxanada qalsaydım vəfat edə bilərdim. Həbsdən çıxan kimi gedib xaricdə müalicə olundum. Mən əlbəttə, buna görə ona sağ ol deyirəm. Amma qeyd etdiyim məsələlərdə araşdırılmalıdır. Həmdə Kəlbəcərin rəhbərliyinə sual olunmalıdır ki, Kəlbəcərin məhz Nəcməddin Sadıqov tərəfindən satıldığı haqqında sözü kəlbəcərlilər haradan tapıb. Bəyəm sən bilmirsən ki, N. Sadıqov həmin vaxt Kəlbəcərdə deyil, Tərtərdə yerləşən 703 saylı birqadanın komandiri olub.

- Sizin dövrünüzdə orduda əsgər ölümləri baş verirdimi?
-Xeyr. Yalnız bir dəfə Lənkəran birqadası gəlmişdi və Marquşavan istiqamətində yerləşdirilmişdi. Yalnız bir dəfə orada əsgər ölümü baş vermişdi. Orda iki əsgər bir-birilə dalaşmış və nəticədə bir əsgər ölmüşdü. Bu Əlikram Hümmbətovun komandiri olduğu hərbi hissə idi. O zaman ölüm halları ancaq cəbhədə olurdu. Amma ümumi ölkə üzrə mən bir söz deyə bilmərəm. Bəlkə də əsgər ölümləri faktı var idi, amma o zaman mətbuat bu haqda yazmırdı. Mən bildiyim qədər o dövrdə əsgər ölümləri halı yox idi. O dövrdə əsgər də az idi, əsasən könüllülər döyüşürdü. Döyüşmələrinə baxmayaraq ortada nəticə yox idi. Bu gün Tərtərdən başqa bir nəticə yoxdur. Əsgər cəbhə rayonlarımız işğal edilib.

- Əsgər ölümlərinin qarşısını almaq olarmı?
- Əlbəttə olar! Bunun üzərinə getmək, məsələni araşdırmaq lazımdır. Ordu təmsilçilərindən prezidenti əsasən generallar görür. Amma prezidentin inandığı adamlar orduda iş aparmalıdır. Mən istintaq aparılmasını nəzərdə tutmuram. Sadəcə olaraq ordu ilə maraqlanmalı, hərbi hissələrdə olmalı, əsgərlərlə söhbət etməlidirlər. Və real vəziyyət haqqında da prezidentə məlumat verilməlidir. İndi deyirlər ki, əsgər özünü güllələyib. Əslində müasir dövrdə ekspertlər bunu dərhal müəyyən edə bilirlər. Əgər əsgərə güllə yaxın məsafədən dəyibsə, deməli özünü güllələyib. Yox əgər güllə 15 metrdən atılıbsa, deməli əsgər güllələnib. Xüsusi idarə var, prezidentin yanında hərbi məsələlər üzrə şöbə var. Fikrimcə, onlar bu məsələlərlə bağlı daha çox işləməlidirlər.

- Hər kəs bilir ki, dövlət büdcəsindən orduya böyük miqdarda maliyyə ayrılır. Söhbət bir neçə milyard manatdan gedir. Bəlkə orduda bu pulun bölünməsi və xərclənməsi uğrunda mübarizə gedir?
- Pulu orduya rəhbər şəxslərin bölüşməsi üçün verməyiblər ki, bunun üstündə bir-birini qırsınlar. Onlar pulu ayrı şeylərdən qazanırlar və bunu da bir-birindən gizləyirlər. Bu məsələnin əsgər ölümü ilə heç bir əlaqəsi yoxdur. Məsələn, əsgərə 5-6 gün gizli icazə verirlər və o da geri qayıdanda pul gətirir. Əslində birqada komandirinin, hüquqşünaslarının, orta dərəcəli komandirlərin oturduqları kabinetləri araşdırılsa sual yaranar ki, bu kabinetləri belə yüksək səviyyədə kim təmir edib və nəyə görə, əsgər kazarmaları belə yüksək səviyyəli təmir görməyib. Mən orduda korrupsiyanın olmasını inkar edə bilmərəm. Orduda düyün də, makaronu da, çörəyi də satırlar. Belə hallar mümkündür. Amma ali baş komandana da deyirlər ki, orduda təminat yüksək səviyyədədir, hər şey əladır və s. Ancaq Azərbaycan müharibə vəziyyətindədir, ölkənin 20 faiz ərazisi işğal altındadır. Yaxşı olar ki, prezidentin ətrafında olan şəxslər siyasətdən danışana qədər avtomobilə əyləşib döyüş bölgələrinə getsinlər, birqadaya girsinlər, avtomobillərin və zirehli texnikanın işlək durumuna baxsınlar. Bəlkə sabah ölkədə bir nömrəli vəziyyət elan olundu və ya erməni hücumları başladı. Heç olmasa istehkamların vəziyyətinə baxsınlar, bu işlərlə maraqlansınlar.
Əslində mən heç hərbi ekspertlərin fikirləri ilə də razı deyiləm. Onlar da əsasən “obivatelin” xoşuna gəlmək məqsədilə danışırlar. Baxın, onlar əsasən nazirdən danışırlar, amma nazirə qədər nələrin olduğundan bəhs eləmirlər. Mən naziri də döyüşlərdə görmüşəm. Fikrimcə, zəif hərbçidə deyil. Ümumiyyətlə Tərtər döyüşlərindən keçən və sonradan hərbi elitada yer alan hərbçilərin heç biri zəif mütəxəssis deyil. Mən o zaman deyirdim ki, ya hamımız burada öləcəyik, ya da Tərtərin sərhədi qorunmalıdır. Çünki əsgəri, oğulu sabah da ana doğa bilər, amma vətəni heç bir ana doğa bilməz. Sonradan həbsdə oldum, uzun müddət cəza çəkdim və səhhətimlə bağlı ciddi problemlər yaşandı. Əgər İlham Əliyev mənim bu durumumu nəzərə alıb əfv siyahısına salmasaydı, yəqin ki, indi həyatda yox idim. Görürsünüz ki, hazırda da səhhətim yerində deyil. Mən bu mövzuda danışmaq istəmirəm. Amma hər halda buna görə, İlham Əliyevə də təşəkkürümü bildirirəm.

- Sərdar bəy, siz hazırda nə işlə məşğulsunuz?
- Heç bir işlə məşğul deyiləm, oturmuşam evdə. Nə özüm işləyirəm, nə də oğlum işləyir. Bilmirəm niyə.

- Oğlunuz hərbçidir?
- Xeyr, Ukraynada dövlət universitetini bitirib və ehtiyatda olan hərbçidir. Hərbi xidmətini leytenant kimi çəkib. Hazırda işləmir. Mən yuxarıda döyüş yolu Tərtərdən keçən onlarla generalın adını çəkdim. Bəyəm onların zəhmətinin 30 faizi qədər mənim zəhmətim olmayıbmı bu vətənin qorunması üçün? Mən illərdir ki, işsizəm. Əşi işsiz qalmağım bir yana, elə xof var ki, guya Sərdar Həmidov bu dövlətin düşməni olub. Sərdar Həmidov bu dövlətin bir parçasının qoruyucusu olub, vətənin bir hissəsinin düşmən əlinə keçməsinə imkan verməyib. Heydər Əliyevin dövründə də ən ağır döyüşlər Tərtər istiqamətində olub və məndə bu döyüşlərin başında durmuşam. Buna şübhə edən varsa, buyurub həmin generallardan soruşsun. Yeri gəlmişkən, mən həbsdən azad edildikdən sonra müraciət etdim ki, milli qəhrəmanlıqla bağlı məsələyə baxsınlar. Həmin vaxt mənə milli qəhrəman verilməsi ilə bağlı sənəd Müdafiə Nazirliyindən keçmişdi və Prezident Aparatının müvafiq şöbəsində idi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru