Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                 

Seçkidən sonra kimlər yola salınacaq? - GƏLİŞMƏ
Tarix: 30-03-2018, 09:06 | Çap et
Seçkidən sonra kimlər yola salınacaq?
Prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin yenidən növbəti müddətə prezident seçiləcəyinə əksər siyasətçilər və siyasi ekspertlər şübhə etmir. Ona görə də bir çox siyasətçilər və politoloqlar diqqəti seçkidən çox, seçkidən sonraya yönəltməyi doğru sayırlar.

Seçkidən sonra proseslər necə olacaq, siyasi, iqtisadi, idarəetmə islahatlarına gediləcəyi gözlənilirmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan bölgənin açar dövlətidir. Bundan başqa, “Azərbaycanı Avropanın Şərqə açılan qapısı” adlandırırlar. Bu baxımdan, Qərb ölkələrinin Azərbaycandakı siyasi proseslərə və prezident seçkisinə marağı böyükdür. Azərbaycanda siyasi sabitliyin davamı tərəfdaş ölkələr üçün də, xalqımız üçün də vacibdir. Azərbaycanda budəfəki prezident seçkisi keçmişdəki seçkilərdən fərqlənir: “Növbəti prezident ölkəyə 5 deyil, konstitusiya dəyişikliyinə görə, 7 il başçılıq edəcək. Yəni növbəti prezidentin müddəti 2025-ci ildə bitəcək. Bu 7 il Azərbaycan üçün vacib dövrdür, bu dövrdə cəmiyyətin əsas gözləntiləri bunlardır: siyasi sabitliyin davamı; Dağlıq Qarabağ münaqişəsinin həlli; iqtisadi islahatların sürətləndirilməsi; sosial təminatların və maaşların artırılması, insanların alıcılıq qabiliyyətlərinin yüksəldilməsi.

Azərbaycanda formalaşan siyasi sabitliyin önəmi böyükdür. Bu sabitlik iqtisadi inkişafın sürətində əhəmiyyətli rol oynayır. Məhz bu siyasi sabitliyin varlığıdır ki, Azərbaycan böyük regional layihələri reallaşdıra bilir. Bunun əksi olsaydı, yəni məsələn, Ukraynadakına bənzər siyasi xaos Azərbaycanda olsaydı, iqtisadiyyat arxa planda olacaq, regional layihələrin reallaşdırılması risk altında olardı. Ona görə də Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrinə TAP, TANAP və Bakı-Tiflis-Qars layihələri də əlavə olundu. Növbəti 7 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli də vacib olacaq. Cəmiyyətin ən böyük gözləntisi iqtisadi islahatların sürətləndirilməsi ilə və sosial problemlərin həlli ilə bağlıdır. Digər tərəfdən, seçkidən sonra islahatların genişlənəcəyinə və hakimiyyətdə islahata meylli gənc kadrların sayının artacağına da ümidlər böyükdür".

Politoloq qeyd etdi ki, prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır, bunu dövlət başçısı da anlayır, təsadüfi deyil ki, elə son illərdə postlarında şişən nazirlər gənc kadrlarla əvəzləndi: “Seçkidən sonra bu prosesin bir az daha sürətlənəcəyini düşünürəm. Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri Elmar Məmmədyarov da olmalıdır. Elmar Məmmədyarovun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyətdə birmənalı qarşılanmır. Məsələn, Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə ”substansiv danışıqlar aparılmalıdır" deməklə deyil ki. Ermənistan istəmir və böyük dövlətlər İrəvanın işğalçı siyasətinə təsir etmirlər. 2016-cı ilin aprel savaşından sonra belə bir inam var idi ki, beynəlxalq aləm, o cümlədən həmsədr dövlətlər Azərbaycanın gücünü gördülər və əgər müharibənin bir daha təkrarlanmasını istəmirlərsə Ermənistan hakimiyyətinə təsir edəcəklər. Etmədilər, İrəvanın xətrinə dəymədilər və Azərbaycan Xarici İşlər Nazirliyi bu durumu xeyrimizə dəyişmək üçün gücsüz qaldı. Daha sonra Elmar Məmmədyarov həmsədrlə Krakov görüşündən sonda dedi ki, “kreativ təkliflər var”. Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi “kreativ təkliflər” var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb. Bizim vəziyyətdə, yəni torpaqlarımızın işğal olunduğu dövrdə yumşaq, başımızın altına yastıq qoyan əsaslandırılmamış açıqlamalar yox, kəskin bəyanatlar lazımdır ki, mesajlar həm bizi, həm də işğalçını silkələsin. Ermənistan bizim qırımımızı görməlidir və bu, yalnız Müdafiə Nazirliyinin işi deyil, həm də XİN fəal olmalıdır".

Bir sıra digər ekspertlər də seçkidən sonrakı proseslərlə bağlı çox ciddi gözləntilərin olduğunu bildirirlər. Ekspertlərin fikrincə, prezident Əliyev seçkidən sonra komandasını ciddi şəkildə yeniləyəcək, tamamilə yeni komanda, yeni düşüncə tərzi iş başına gələcək.

Bəzi ekspertlər, hətta hakimiyyət təmsilçiləri seçkilərin təxminən 7 ay irəli çəkilməsini həm də hakim komandada hər kəsin gözlədiyi ciddi kadr dəyişikliklərini sürətləndirmək niyyəti ilə bağlayırlar.

Bir çox ekspertlər, deputatlar və siyasətçilər isə Azərbaycanda hökumətin struktur və tərkibinin çox geniş olduğunu bəyan edirlər. Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb - 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökumətin tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20, Ermənistanda 25 nəfər hökumət üzvü var.

Buna görə də hökumətdə aparılacaq islahatlar nəticəsində bəzi qurumların birləşdirilməsi, bəzi vəzifələrin ləğv olunması gözləniləndir. Dövlət başçısı da ötən il çıxışında bildirmişdi ki, idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək: “Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik”.

Kimlərin vəzifədən çıxarılacağı, hansı qurumların birləşdirilərək və ya ləğv edilərək, bu yolla kimlərin hakim komandadan kənarda saxlanacağı prezidentin səlahiyyətində olduğundan, əvvəlcədən qəti fikir söyləmək çətindir.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru