Göyçayda bir ailə FACİƏLİ DURUMDA, rəsmilərsə nağıl danışır... - VALLAH, AYIBDIR...
Tarix: 21-08-2021, 10:31 | Çap et
 Sosial şəbəkələrdə Göyçay rayonunun Bığır kəndində acınacaqlı vəziyyətdə yaşayan uşaqlarla bağlı məlumat və fotolar yayılıb. Bildirilir ki, uşaqların atası, ikinci qrup əlil Kamil İbrahimovun aldığı pensiya özünün müalicə xərclərini qarşılamağa belə kifayət etmir. Görüntülərdən də aydın olur ki, uşaqların geyinməyə paltarları belə yoxdur.
“Qafqazinfo” azyaşlıların əmisi Tural İbrahimovla əlaqə saxlaya bilib. O saytımıza bildirib ki, ailənin vəziyyəti uşaqların babası Vahid İbrahimovun ağır xəstəliyə tutulması və dializ aparatına qoşulmasından sonra pisləşib:
“Hazırda ata evimizdə qardaşımın ailəsi ilə bərabər ümumilikdə 8 nəfər yaşayırıq. Atam dializ xəstəsidir, uşaqların səs-küyünə dözə bilmir. Ona görə də bankdan kredit götürüb qardaşım Kamilin ailəsinə bir otaqlı ev tikdirdik. İçərisinə suvaq vurulub, amma su, qaz, işıq çəkməyə imkanımız olmadı, ona görə də köçə bilmirlər. Qardaşım II qrup əlildir, damar tutulması var, çox hərəkət edə bilmir. Üstəlik də gözlərində ciddi problem var, günəşə çıxıb işləyə bilmir. Cəmi 130 manat müavinət alır. Ailəni mən fəhləliklə dolandırıram. Amma mən də işləməyə imkan tapa bilmirəm. Çünki atamı həftədə 3 dəfə dializə aparıram, çatdıra bilmirəm”.
T. İbrahimov deyir ki, dəfələrlə aidiyyati qurumlara yardım üçün müraciət olunsa da, köməklik edilməyib: “İstəyirik ki, evə işıq, qaz çəkilməsinə köməklik olunsun. Həmçinin uşaqlara aylıq yardım verilsin. Böyük qız artıq 4-cü sinfə keçir. Onda da atasındakı kimi görmə ilə bağlı problemlər var. Oğlu birinci sinfə getməli idi, lakin məktəb götürmədi. Çünki anadangəlmə raxitdir, ayaqları tutulur, bir az yeriyir yıxılır, başının ortası çökəkdir. Kiçik qızı da məktəbəhazırlığa getməli idi, onu da imkansızlıqdan məktəbə qoya bilmədik. Həm də məktəb bizdən 3 kilometr uzaqlıqda yerləşir. Uşaqları məktəbə mən aparıb gətirirdim, indi onu da çatdıra bilmirəm...”
İbrahimovlar ailəsinin problemi ilə bağlı Göyçay RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxladıq. O isə bildirdi ki, ailə özü İcra Hakimiyyətinə müraciət etməlidir: "Əgər İcra Hakimiyyətinin səlahiyyəti daxilindədirsə, onlara köməklik olunacaq".
Dövlət Sosial Müdafiə Fondundan isə sorğumuza cavab olaraq bildirildi ki, İbrahimov Kamil Vahid oğlunun müraciəti əsasında ailəsi ziyarət olunub və sosial təminat hüquqları müəyyən edilib:
“Hər hansı ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun olub-olmamasına baxılması üçün həmin ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği hesablanmalıdır. Bunun üçün də ailənin yaşadığı evin kommunal xidmətlər üzrə sayğaclarının olması əsas şərtlərdən biridir. Məlum olub ki, Kamil İbrahimovun ailəsinin yaşadığı evdə elektrik sayğacı yoxdur. Sayğac quraşdırıldıqdan sonra vətəndaş elektron qaydada müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranıb-yaranmayacağına baxılacaq”.
Fonddan həmçinin bildirilib ki, bu barədə ailəyə məlumat verilib. Ailə sayğacın quraşdırılması üçün artıq aidiyyəti üzrə müraciət edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
|