"Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                 

İSMƏT ABBASOV KƏNLİNİN BAŞINA NECƏ CORAB HÖRÜR
Tarix: 4-06-2013, 10:06 | Çap et
İSMƏT ABBASOV KƏNLİNİN BAŞINA NECƏ CORAB HÖRÜR
BANK İŞİNİ BİLMƏYƏN KƏNDLİ KTN ŞEFİNİN DOLAŞIQ MAXİNASİYALARINDA

DİA.AZ: - Ötən günlərdə zərərçəkmiş Kredit İttifaqının rəhbəri kimi KTN-nin şefi İsmət Abbasovun və onun yaxın adamı olan “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC - İKA-nın Direktoru Arif Əliyevin qanunsuz hərəkətləri barədə sizə məlumat vermişdik. İndi isə DİA.AZ redaksiyasına İKA-nın analoqu olmayan kredit siyasəti barəsində olduqca ilginc faktlar daxil olub.

Bu barədə DİA.AZ-a göndərilən materialda deyilir: “Qeyd etmək istərdim ki, İsmət Abbasovun göstərişi ilə İKA kredit verərkən aldığı “şapka”ları rəsmiləşdirib, hətta etdiyi əməllərdən çəkinməyərək bu barədə məlumatı nümayiş də etdirir. Belə ki, İKA-nın rəsmi saytında (http://ia-az.net/aze/ ) kənd təsərrüfatı sahəsinə verilən kreditlər haqqında aşağıda qeyd olunan məlumatlar öz əksini tapmışdır:

Məbləğ: 500 — 50.000 AZN
Müddət: 12 ay
Faiz dərəcəsi: 0%
Əvvəlcədən ödəniş: 50% və daha artıq
Ödəniş növü: aylıq annuitetlə (hər ay bərabər hissələrlə)
Komissiyalar: Kreditin verilməsinə görə — kredit məbləğinin 9.3%-i
Kreditin rəsmiləşdirilməsinə görə: kredit məbləğinin 0.5%-i
Nağdlaşdırma: 1% (min. 15 AZN)

Kənd təsərrüfatı sahəsinə güzəştli kreditlər verməkdənsə, İKA sıfır faiz dərəcəli kredit adı altında kredit sistemindən başı çıxmayan yoxsul kənd sakinlərini və kiçik sahibkarları aldadaraq onlardan ilkin balansla verilən məbləğin 21 faizi məbləğində əvvəlcədən pul alır. Əvvəlcədən ödənişin 50% və daha artıq olması nə deməkdir? Hansı banklarda və ya bank olmayan kredit təşkilatlarında pul kredit şəklində verilərkən müştərilərdən əvvəlcədən həmin məbləğin 50%-i geri alınır? Onu da qeyd edim ki, pulun 50%-ni əvvəlcədən geri almalarına baxmayaraq, həmin kredit məbləğinin 100%-ni nəzərdə tutaraq komissiyalar, kreditin rəsmiləşdirilməsinə və nağdlaşdırılmaya görə cəmi 10,8% məbləğində əlavə pul alırlar. Məsələn, 10000 manat məbləğində kredit alan müştəri 10,8%-1080 manat komissiya haqqını və 5000 manatı əvvəlcədən Təşkilata ödəməlidir. Əlində 3920 manat məbləğində kredit qalmasına baxmayaraq həmin müştəri 10000 manatın komissiya haqqını ödəyir, eyni zamanda 3920 manatı geri qaytarmaqdansa, ondan 5000 manat (10,8 %-i əlavə edərək) məbləğin geri qaytarılmasını tələb edirlər. Belə ki, İKA sıfır faiz dərəcəli kredit adı altında müştəriləri aldadaraq onlardan ilkin balansla əvvəlcədən ödənilməsi şərtilə 21,6 faiz məbləği mənimsəyir. Bəs niyə görə 0 faizlə verilən kreditlər deməklə əhalini aldadırlar? Yoxsa özlərini bu qədər savadlı və əhalini isə bisavad hesab edirlər? Buradan da görünür ki, onlar aldıqları “şapka”nı rəsmiləşdiriblər. Komissiyalar ilə nağdlaşdırma və kreditin rəsmiləşdirilməsi arasında nə fərq var ki, bunun üçün də müxtəlif adlar qoyaraq kasıb kənd sakinlərini fırıldaqcasına aldadırlar. Bu zamana qədər banklar tərəfindən istifadə olunan və bizim eşitdiyimiz komissiya terminini üç eyni məzmunlu terminlərə bölərək müştərilərdən müxtəlif faiz dərəcəli əlavə haqq toplayırlar. Görünür bu ideyanı onlara uzunmüddət Mərkəzi Bankda və Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin Direktoru vəzifəsində işləməsi ilə öyünən və hazırda Maliyyə Nazirliyində Dövlət Borclarının Qaytarılması şöbəsində çalışan və İsmət Abbasovun həmkarı, eyni zamanda İKA-nın Baş Direktoru Arif Əliyevin himayadarı olan deputat Əhməd Vəliyevin qardaşı Razim Vəliyev vermişdir.

İKA utanmadan öz strategiyasında 2015-ci ildə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıqdan bəhs edir. Bunlar hansı əməkdaşlıqdan bəhs edirlər? Halbuki, dünyanın ən böyük donor təşkilatı olan Dünya Bankı iki ildən çoxdur ki, bunlardan üz döndərmiş, layihənin saxlanmasını tələb etmiş və hətta İsmət Abbasovun özündən və çirkin əməllərindən Azərbaycanın rəsmi dairələrinə şikayət edərək tədbir görməyi tövsiyyə etmişdir. Belə ki, İKA Dünya Bankından alınan kreditləri tam büdcəyə geri qaytarmadan özlərinin gəlir əldə etməsi üçün istifadə edir, gələcəkdə isə bu borc hökumətin üzərində qalaraq Azərbaycan xalqı tərəfindən ödənilməlidir.

Bu növ yollarla Dünya Bankından alınan 18,8 milyon ABŞ Dolları məbləğini mənimsəyən, pulun kənd təsərrüfatı sahəsinin kreditləşməsi üçün nəzərdə tutulmasına baxamayaraq, istehlak kreditləri kimi istifadə edən, eyni zamanda qurumu qanunsuz yollarla özəlləşdirən və indi də onları Hökumət evindən çıxararaq izini itirmək istəyən Nazir indi də Aqro Bank yaratmaq niyyətindədir. Demək İsmət Abbasov İKA-nın Direktoru Arif Əliyev və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyin Direktor müavini vəzifəsində çalışan Famil Rüstəmov kimi adamların əli ilə qabaqcadan 50% krediti geri alıb, yalandan 0%-lə vəd verib kasıb kənd sakinlərini yoxsul vəziyyətinə salmaq istəyir.

Ümumiyyətlə dövlətin büdcəsini talayan, beynəlxalq təşkilatlar qarşısında ölkəmizin nüfuzunu aşağı salan, kasıb fermerləri ölkədən didərgin salan, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Kredit İttifaqlarını və bu gün onlara Prezident İlham Əiliyevin dəstəyi ilə ölkənin müxtəlif layihələrinə cəlb olunan həmin Kredit İttifaqlarını müflis edən Nazir bu əməlləri ilə seçki qabağı kimə nə demək istəyir? Xalqamı, yoxsa dövlət rəsmilərinəmi meydan oxuyur?”

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru