"SİYAVUŞ NOVRUZOV ŞƏRLƏMƏKLƏ MƏŞĞULDUR"
Tarix: 17-09-2013, 15:31 | Çap et
“Yeni Azərbaycan Partiyası Milli Şuranın təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı “Azadlıq” qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. S. Novruzov qeyd edib ki, C. Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb: “Cəmil Həsənli Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozub, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, təbliğat – təşviqat kampaniyası aparıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən “Azadlıq” qəzetinin də onun təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. MSK-nın saytında da seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək mətbuat orqanları siyahısında da “Azadlıq” qəzetinin adı yoxdur. Məsələn, bu gün biz “Azərbaycan” qəzetində pulsuz yazı dərc etmək üçün püşkatmada iştirak elədik. Eyni hal “Xalq”, “Respublika” qəzetlərinə də aiddir. Bu, qanunun tələbədir. Amma Milli Şuradakılar qanunun tələbini ciddi şəkildə pozurlar. İstədikləri yazını, istədikləri reklamı say çoxluğu ilə, özü də əvvəldən təşviqat kampaniyasından rəsmi imtina edən bir qəzetdə yayımlayırlar. “Azadlıq” qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirir”. S. Novruzov deyib ki, bu, Seçki Məcəlləsinə ziddir: “Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, “Azadlıq” qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. Əgər proses yenə davam edərsə, MSK daha ciddi qərarlar qəbul etməlidir. Bu məsələyə çox ciddi fikir verilməlidir”. S. Novruzov deyib ki, YAP “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür: “Çünki təbliğatdan rəsmən imtina edən bir qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır”. YAP rəsmisi bildirib ki, onlar beynəlxalq təşkilatların seçki müşahidə missiyaları ilə görüşdə də C. Həsənlinin seçki ərəfəsində namizəd olaraq qanun pozuntularına yol verdiklərini bildirəcəklər: “Əgər onun bu gündən bu kampaniyanı dayandırmasalar, biz beynəlxalq qurumlara da müraciət ünvanlayacağıq”.
Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov isə “Yeni Müsavat”a açıqlamasında Siyavuş Novruzovun əsassız danışdığını, əksinə hakimiyyətin namizədinin təbliğatının kampaniyaya start verilməzdən öncə aparıldığını bildirdi: “Siyavuş Novruzovun şər-böhtandan başqa deyəcəyi heç nə yoxdur. Ona görə də yenə öz tərbiyəsinə uyğun olaraq şərləməklə məşğuldur. Təbliğat kampaniyasından öncə Cəmil Həsənlinin təbliğatı və təşviqatı istiqamətində heç bir material yayılmayıb. Cəmil Həsənlinin heç bir platforması açıqlanmayıb. Cəmil müəllimin seçki kampaniyası Seçki Məcəlləsinə tam uyğun aparılıb və aparılır. Siyavuş Novruzov yaxşı olar ki, YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqatı istiqamətində neçə aydır açıq-aşkar aparılan təbliğata görə cavab versin. Telekanalları günün yarısını İlham Əliyevin təbliğinə həsr edirlər neçə aylardır. Sentyabrın 16-da səhər bütün məktəblərdə İlham Əliyev dərsləri keçirilib. Məktəblərdə bütün şagirdlərə və müəllimlərə İlham Əliyevin fəaliyyətini əks etdirən kitab və disklər paylanıb. Biz yaxın günlərdə həmin kitabı və diski MSK-ya təqdim edəcəyik. Həmçinin məsələ qaldıracağıq ki, hökumətin strukturu olan İqtisadi İnkişaf Nazirliyinin maliyyəsi ilə çap edilən və tirajı göstərilməyən bu kitab nə üçün hakim partiyanın prezidentliyə namizədinin təbliğatı üçün yayılıb. MSK qarşısında tələb qoyacağıq ki, bu məsələyə qanuni qiymət verilsin. Həmin kitabın və diskin milyonlarla tirajda hazırlanıb yayıldığı dəqiqdir. Siyavuş Novruzov qanunları açıq şəkildə özlərinin ayaqaltı etməsinə görə zəhmət çəkib cavab versin”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
|