Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                 

PƏRVİZ HƏŞİMLİ İŞİNDƏ DAHA BİR ŞOK GƏLİŞMƏ
Tarix: 23-09-2013, 11:29 | Çap et
PƏRVİZ HƏŞİMLİ İŞİNDƏ DAHA BİR ŞOK GƏLİŞMƏ
HƏBS OLUNAN JURNALİSTİN BÖYÜK MƏMUR В«ÇEVRƏSİВ» MÜƏYYƏN OLUNUB

DİA.AZ: - Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ağır ittihamlarla həbs olunan В«Bizim YolВ» qəzetinin əməkdaşı və В«moderator.azВ» portalının direktoru Pərviz Həşimli ilə bağlı müəmmalı durum hələ də davam etməkdədir. Amma buna rəğmən bir sıra dairələr tərəfindən dövriyyəyə ilginc məlumatlar buraxılır.

Elə DİA.AZ-ın redaksiyasına da maraqlı bir məlumat daxil olub. Redaksiyamızın elektron poçtuna göndərilən informasiyada qeyd olunur ki, Pərviz Həşimli fəaliyyətdə olduğu dönəmdə xeçli sayda deputatlarla, icra başçıları və məmurlarla dostluq münasibətlərində olub. Qeyd edək ki, artıq onlardan bəzilərinin adları mətbuatda deşifrə olub.

Məsələn, bildirilir ki, Pərviz Həşimliyə davamlı olaraq ən böyük dəstəyi В«AzəryolservisВ» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanov verib. Hətta Pərviz Həşimlinin azadlığa buraxılması üçün yaxınlarının Cavid Qurbanova dəstək verməsi üçün ağız açdığı da iddia edilir.

Eyni zamanda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin da zaman-zaman Pərviz Həşimliyə müxtəlif formada В«xüsusi diqqətВ» ayırdığı iddia olundu və bunun sübutu kimi başçı tərəfindən jurnalistə Gəncədə yaradılan şərait diqqətə çatdırıldı. Doğrudur, artıq Elmar Vəliyev Pərviz Həşimliyə aid olduğu söylənilən çay evini В«şumlatdırıbВ». Amma münasibətlər inkar olunmayıb.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, artıq danışmağa başlayan Pərviz Həşimlidən münasibətdə olduğu məmurlar barəsində də soruşulub: В«Burada məqsəd mətbuata ötürülən faktların qaynaqlarının müəyyənləşdirilməsindən gedir. Maraqlıdır ki, В«mənbəВ» qismində çıxış edənlər sırasında çox ciddi dövlət adamları da müəyyənləşib. Hətta Daşkəsənin icra başçısı postunu tutan keçmiş deputat Əhəd Abıyevin də zamanında Pərviz Həşimliyə müxtəlif informasiyaları təqdim etdiyi müəyyənləşibВ».

Hər halda, bu faktların hansı məqsədlə və hansı istiqamətdə istifadə olunacağını zaman göstərəcək. Gözləniləndir ki, bu hadisə təkcə Pərviz Həşimlinin həbsi ilə yekunlaşmasın. Ən azından ittihamda səslənən maddələrin mahiyyəti bunu diqtə edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Pərviz Həşimlinin həbsini həyata keçirən Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu barədə xüsusi məlumat yaymışdı. Məlumatda deyilirdi: В«MTN-ə daxil olan məlumatlar əsasında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İran İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.

2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş, hazırda Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonu, D. Bünyadzadə küçəsi, ev 120 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. P. Həşimov və T. Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışlar. Məlum olub ki, Pərviz Həşimov və Təvəkkül Qurbanovla Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib.

Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırıb, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb.

Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi В«Volkswagen CaddyВ» markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də MTN-in əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu В«Volkswagen CaddyВ» markalı avtomobil saxlanılıb.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilmiş baxış zamanı avtomaşının salonunda 6 ədəd В«MakarovВ» tipli tapança, В«MakarovВ» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək müsadirə olunub. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilirВ».








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru