"AQROLİZİNQ" QUYUSUNA DÜŞƏN BÜDCƏ PULLARI
Tarix: 1-10-2013, 09:51 | Çap et
Kənd TəsərrüfatıNazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən В«AqrolizinqВ» Açıq Səhmdar Cəmiyyətindəki (ASC) maliyyə maxinasiyaları səngimək bilmir. Qeyd edək ki, ASC ölkə prezidentinin В«Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqındaВ» sərəncamı əsasında 2004-cü ildə yaradılıb. В«AqrolizinqВ» ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatında aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib.
Məlumat üçün bildirək ki, səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan В«AqrolizinqВ»in 2013-cü il üzrə büdcəsi 35 milyon manat müəyyənləşib. 2005-2012-ci illərdə bu quruma 67 milyon manata yaxın dövlət investisiyası yatırılıb. ASC-yə dövlət tərəfindən bu qədər vəsaitin ayrılmasına baxmayaraq, fermerlər ən çox əziyyəti məhz texnikasızlıqdan çəkir. Apardığımız araşdırmalardan sonra məlum oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitlər mənimsənilir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" rəhbərliyi, xüsusən də sədr Əli Bayramov vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. ASC tabeliyində olan texnikaları fermerlərə çox ağır şərtlərlə təklif etdiyi üçün bu da sonda ciddi problemlərin yaranması ilə nəticələnir. Heç kimə sirr deyil ki, hər il taxıl biçini zamanı müxtəlif rayonlarda texnika çatışmazlığı hiss olunur. В«AqrolizinqВ»in balansında kifayət qədər texnika olsa da, bunların bir hissəsi fermerlərin istifadəsinə verilmir. Və bəzi səlahiyyətli şəxslər texnikaları təyinatdan kənar işlədərək milyonlarla manat gəlir qazanırlar. Kənd təsərrüfatı üzrə mütəxəssislər isə hesab edir ki, bu sahədəki problemləri aradan qaldırmaq üçün В«AqrolizinqВ» ASC-ni ümumiyyətlə ləğv etmək lazımdır. Çünki sözügedən qurum bu sektordakı problemləri nəinki aradan qaldırdı, əksinə daha ciddi fəsadların yaranmasına səbəb oldu. Vurğulayaq ki, В«Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafıВ» Dövlət Proqramının icrasının dördüncü ilinin yekununa həsr olunmuş konfransda kənd təsərrüfatına subsidiyaların verilməsində mənfi hallardan danışılmışdı. Bildirilmişdi ki, subsidiyalar ünvanına çatmır, ya da onları kimsə mənimsəyir. Subsidiyaların bir hissəsi bəzi məmurların cibinə gedir. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Lakin bütün tədbirlərə, dövlət tərəfindən edilən maliyyə dəstəyinə baxmayaraq, В«AqrolizinqВ» işini şəffaflıq prinsipləri üzərində qurmayıb. Mütəxəssislər hesab edir ki, adıçəkilən qurum göstərdiyi fəaliyyətlə bağlı müntəzəm olaraq cəmiyyətə hesabat verməlidir. Amma bunu etmir. В«AqrolizinqВ» 2005-ci ildən bu yana xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, В«AqrolizinqВ»in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılırВ», deyə ekspertlər vurğulayırlar. Nəzərinizə çatdıraq ki, aqrar sektorun, xüsusilə də heyvandarlığın ləng inkişafında bu qurumun günahı çoxdur. ASC özünü doğrultmayıb. Yazının əvəllərində də qeyd etdik ki, В«AqrolizinqəВ» bu ilin dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, qurum yaranandan bu vaxta qədər dövlət büdcəsindən 100 milyondan çox vəsait alıb. Maraqlıdır, görəsən, bu pullar hara xərclənib? Əgər ASC rəsmilərinin söylədikləri kimi inkişaf varsa, biz və yüzlərlə fermer niyə bunu görmürük? Deməli, qurumun ictimaiyyətə görülən işlərlə bağlı açıqladığı məlumatların bir çoxu həqiqətə uyğun deyil. Buna görə də, aidiyyəti hüquq-mühafizə orqanlarından, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəhbərliyindən xahiş edirik ki, В«AqrolizinqВ»in fəaliyyətini dərindən araşdırsınlar.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
| • Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
| • Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42 |
|
|
|
| • "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38 |
|
|
|
| • Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33 |
|
|
|
| • "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25 |
|
|
|
| • Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04 |
|
|
|
| • Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56 |
|
|
|
| • Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51 |
|
|
|
| • Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46 |
|
|
|
| • Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41 |
|
|
|
| • “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01 |
|
|
|
| • Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59 |
|
|
|
| • LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33 |
|
|
|
| • Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31 |
|
|
|
| • “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24 |
|
|
|
| • Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16 |
|
|
|
| • Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14 |
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00 |
|
|
|
|