AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ TƏHLÜKƏLİ NÖQTƏDƏ
Tarix: 20-01-2012, 16:36 | Çap et
EKSPERT RƏYİ
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin Bakıda əcnəbi ictimai xadimlərin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etməsi Azərbaycanın rəsmi Tehranı ittiham etməsi kimi başa düşülməlidir. Eyni zamanda, dövlət televiziyasının reportajında terrora hazırlığın yəhudi müəllimlərə qarşı olması fikrinin səsləndirilməsi situasiyanı daha da gərginləşdirir.
Terrora hazırlığın ötən ilin oktyabrında ifşa edilməsi və bu barədə məlumatın ictimaiyyətə Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi iddiaları ortaya atıldıqdan sonra açılmasını da təsadüf saymaq olmaz. Yeri gəlmişkən, yazıçı-publisist Rafiq Tağı da noyabrın 19-da qətlə yetirilib. O, İran rəhbərlərini tənqid edən “İran və qloballaşmanın qaçılmazlığı” məqaləsini dərc etdirdikdən sonra qətlə yetirilib.
Azərbaycan MTN dünən Bakıda əcnəbi ictimai xadimlərinin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etdiyi barədə məlumat yayıb. Məlumatda deyilir ki, qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilib, hazırlanan terror aktlarının digər mühüm iştirakçısı, əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşov hazırda İranın Ərdəbil şəhərində gizlənir. MTN terrora hazırlıq üçün İrandan keçirilərək Azərbaycan ərazisində gizlədilmiş çoxsaylı silah, sursat və avadanlığı aşkar edərək götürüb.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, bu məlumat İran-Azərbaycan münasibətlərinin təzahürünün göstəricisidir. ”Məlumatın nə qədər həqiqət olub-olmamasını iddia edə bilmərəm. Amma bir fakt məlumdur ki, Azərbaycan-İran münasibətlərinə ciddi müdaxilələr görünür. Bu da vəziyyətin gərginləşməsinə xidmət edir. O cümlədən, Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi və əksinə İran saytlarına haker hücumlarının Azərbaycanın cavab tədbiri olması barədə iddialar buna xidmət edir. Bu iddialar qeyri-rəsmi idisə, Azərbaycanda yəhudi müəllimlərə qarşı terrora hazırlığın İran tərəfindən hazırlanması barədə məlumatlarda rəsmi Tehran ittiham olunur”, - deyə politoloq qeyd edib.
Hüquq müdafiəçisi Eynulla Fətullayev MTN-nin məlumatına şərh verməyin hələ tez olduğunu bildirib. “Ancaq bildirəm ki, terrora hazırlıqda adı hallanan Balaqardaş Dadaşovun adı Hacı Məmmədovun cinayət işində keçir və o vaxtilə aktyor Hacıbaba Bağırovun ögey oğlunu oğurlayıb. B.Dadaşovun 90-cı illərdə Bakı Şəhər Baş Polis İdarəsinin agent şəbəkəsi ilə əlaqəli olduğunun ehtimal edilməsi barədə məlumatlar səslənib. O, artıq 10 ildən çoxdur İranda gizlənir”, - E.Fətullayev qeyd edib.
Bununla yanaşı, hüquq müdafiəçisi bu terrora hazırlıqla yazıçı Rafiq Tağının qətli arasında paralellər aparıb. “İndiki terrora hazırlıqla Rafiq Tağının qətli eyni aylara təsadüf edir. Amma MTN-nin məlumatının təhlili göstərir ki, İran kəşfiyyat orqanları qətl hadisələrini kameraların qarşısında törətməkdən çəkinir. Ona görə snayper silahından istifadə variantını seçir. Amma Rafiq Tağının qətli çoxsaylı kameranın qarşısında və primitiv üsulla həyata keçirilib”,- o vurğulayıb.
Ekspertlər həmçinin dövlət televiziyasının nümayiş etdirdiyi silah, sursat və avadanlıqların yalnız bir qətl hadisəsi üçün nəzərdə tutulmadığı qənaətindədir. Həmin silah, sursat və avadanlıqları İrandan gətirilməsi, gizlədilməsi və sonradan istifadə ediləcəyi nəzərə alınarsa, istintaq çoxsaylı üzvü olan mütəşəkkil dəstəni və ya qrupu üzə çıxarmalıdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12 |
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
| • Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38 |
|
|
|
| • Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28 |
|
|
|
| • “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
| • Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20 |
|
|
|
| • Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15 |
|
|
|
| • Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05 |
|
|
|
| • Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01 |
|
|
|
| • Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59 |
|
|
|
| • Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
| • Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54 |
|
|
|
| • Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47 |
|
|
|
| • Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
| • Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40 |
|
|
|
| • Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39 |
|
|
|
| • "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22 |
|
|
|
| • "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07 |
|
|
|
| • Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46 |
|
|
|
| • Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41 |
|
|
|
| • Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00 |
|
|
|
| • Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44 |
|
|
|
| • Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38 |
|
|
|
| • Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15 |
|
|
|
| • Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11 |
|
|
|
| • AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08 |
|
|
|
|