Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                 

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?
Tarix: 19-05-2022, 11:57 | Çap et
Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`...
Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində qanunsuz tikililər neçə illərdir ki, çox ciddi problemə çevrilib.
Hətta məsələ o dərəcədə ciddiləşib ki, Beynəlxalq Təşkilatlar Azərbaycandakı 500 mindən artıq olan qanunsuz tikililərin sənədləşdirilməsi üçün lazım olan vəsaiti ayırmağa hazır olduqlarını bəyan ediblər.
Bu barədə dəfələrlə cənab Prezident İlham Əliyev də müvafiq dövlət qurumlarına göstəriş verib ki, qanunsuz tikililərin sənədləşdirilməsi üçün bütün lazım olan materiallar toplanılsın. Hətta bir-iki il əvvəl bu məsələyə girişdilər də.
Sözümüzün canı odur ki, qanunsuz tikililərin sayı yenə durmadan artır.
Bu isə ciddi problemlər deməkdir. Birincisi həmin qanunsuz tikililərdə yaşayan 10 minlərlə vətəndaş uçotdan kənar qalır. Sabah hər hansı cinayət hadisəsi baş verəndə onu operativ həll etmək olmur.
Digər problem odur ki, ərazidə yaşayan əhalinin uçotu olmadığı üçün məktəb, xəstəxana, uşaq bağçası və digər obyektlərin kontingentini müəyyən etmək çətin olur.
Ən dəhşətlisi odur ki, bu qanunsuz tikililər sabah söküləndə, dövlət büdcəsindən milyonlarla kompensasiya ödənməli olacaq.
Axı, nəyə görə, hansısa məmur 5 min alıb qanunsuz tikiliyə icazə versin və əvəzində sabah dövlət 50 min kompensasiya ödəsin.
Sözün düzü, bu məsələ ekspertlər tərəfindən dəfələrlə ciddi müzakirə olunduğu üçün üzərində geniş dayanmaq istəmirik.
Ancaq onu qeyd edə bilərik ki, bu qanunsuz tikililərə mülkiyyət hüququ verilsə….büdcəyə mülkiyyət vergisi olaraq külli miqdarda pul gələr.
Digər tərəfdən vətəndaş öz sənədli mülkiyyətini banka qoyub kredit götürə, iş qura bilər. Yəni bu cox ciddi məsələdir. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmır. Nəinki tapmır, hətta qanunsuz tikililərin sayı durmadan artır.
Belə qanunsuz tikinti poliqonlarından biri də Sabunçu rayonudur.
Bəli, paytaxtın mərkəzi rayonlarından fərqli olaraq Sabunçu kənd tipli rayondur, rayonun az qala onlarla kəndi və qəsəbəsi var. Yəni bu rayonda qanunsuz tikinti üçün münbit şərait var.
Və biz əminliklə qeyd edə bilərik ki, bu məsələdən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tam məlumatlı deyil, yəni icra başçısının ərazi üzrə nümayəndələri bundan istifadə edərək külli miqdarda pul qazanır və insanların həyatını təhlükəyə atırlar.
Belə ki, Sabunçu RİH başçısı Adil Vəliyevin rəhbərlik etdiyi rayonda, Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Osmanov Arif Məlik oğlu olaraq, ərazidə əməlli-başlı tikinti “bazarı” açıb.
Arif Osmanov hər yerdə deyir ki, mənim icazəm olmadan kimsə Ramanada daşı-daş üstə qoya bilməz, gəlib məni görməlisiniz, sonra tikintiyə başlamaq olar. Bu adam özünü az qala rayonun sahibi kimi aparır. Olsun, biz heçnə demirik. Bu gün dövlətin adından möhürü, ştampı olan Ramana qəsəbə isra nümayəndəliyi fəaliyyət göstərir. Rəsmi sənəddə olduğu kimi, gərək problemlərin həllində də bu məmur adını daşıyan Arif Osmanov məsuliyyət hiss etsin. Yəni, mən bu qəsəbənin ərazi icra nümayəndəsiyəm, əlimə “tüpürüm” bütün torpaqların üzərində icazəsiz tikinti aparılmasına şərait yaradım, əsla belə olmaz. Tikinti aparmaq üçün arxitektura komitəsinin qarşısında illərlə gözləyib, qanuni sənəd ala bilməyənlər var. Bu haqda sonrakı yazımızda…
Nə isə, Ramananın problemləri bitib-tükənən deyil. Bütün bunlar azmış kimi rayonun məşhur neft milyonçusu Murtuza Muxtarovun adını daşıyan qəsəbədə isə vəziyyət dözülməz həddə çatıb.
Birincisi, onu qeyd edək ki, qəsəbə zir-zibil içərisində itib batır. Lap rəhmətlik Maksim Qorkinin keçən əsrin əvvəllərində təsvir etdiyi mazutlu ərazini xatırladır. Amma əraziyə məsul şəxslər nəinki kənar ərazini, hətta neft quyularının kənarlarını da tikinti obyektləri üçün satırlar. Yəni bu xırda məmurların gözünü pul o qədər tutub ki, sabah baş verəcək fəlakətləri nəzərə almırlar.
Axı, neft quyusunun ətrafında sabah iraq olsun hər cürə yanğın, partlayış və digər qəza halları baş verə bilər.
Belə olan halda kim məsuliyyət daşıyacaq..?
Biz Sabunçu rayonu ərazisində baş verən qanunsuz tikinti poliqonlarından bir neçəsinin adını çəkdik. Hətta lazım olarsa əlimizdəki samballı və kifayət qədər dəqiq informasiyaları təqdim edə bilərik.
Yaxud başqa bir nümayəndəliyə nəzər salaq.
Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin Bakıxanov qəsəbəsi üzrə təyin etdiyi nümayəndə Orucov Ruhin Eyvaz oğlu, qəsəbənin İvan Anaşkin küçəsini əməlli-başlı tikinti meydançasına çevirib. Küçə başdan-başa 3-4 mərtəbəli villalarla əhatə olunub. İcazəsiz mülklərin tikintisi əlbəttə külli miqdarda rüşvət müqabilində tikilə bilər. Yəni, 1 mərtəbəyə icazəsi olan şəxslər, 3 mərtəbəli mülklər ucaldırlar. Hətta, məktəb ərazisi üçün ayrılan bataqlıq ərazilərin qurudularaq müxtəlif şəxslərə satılması əyani sübutdur.
Hətta qəbristanlıqların ətrafı, məktəblərin ərazisi, ərazidəki gölün ətrafı, bataqlıq ərazilər tikinti üçün müxtəlif şəxslərə satılır. Heç kim nəzərə almır ki, Anaşkin küçəsinin bütün hissələri bataqlıq ərazilər olub. Günün birində çökmə baş versə kim məsuliyyət daşıyacaq, dəymiş ziyanı kim ödəyəcək? Suallar çoxdur. Amma bu suallara cavab tapmaq üçün gərəkir ki, əziyyət çəkilsin.
Redaksiyamıza müraciət edən Ramana sakinləri bildirirlər ki, qəsəbənin icra nümayəndəsi Arif Osmanov deyir ki, mən icra başçısı Adil Vəliyevin qohumuyam.
Biz bir media olaraq bəyan edirik ki, kimin kimlə qohum olması önəmli deyil, önəmli olan dövlətin maraqlarıdır.
Adil Vəliyev bizim də dostumuz ola bilər. Və biz Adıl Vəliyevi təsərrüfatcıl, işgüzar icra başçısı kimi tanıyırıq və inanırıq ki, bu qanunsuz tikinti halları barədə onun kifayət qədər məlumatı yoxdur.
Ona görə də Adil müəllimdən xahiş edirik ki, zəhmət olmasa kabinetinizdən bayıra çıxasınız, əraziləri, qəsəbələri gəzib-dolaşasınız və təyin etdiyiniz nümayəndələrin qanunsuz əməlləri ilə tanış olasınız. İnanın, bu belədir, onlar sizi aldadırlar.
Yoxsa bəzi işbazlar, maklerlər, pulu hər şeydən üstün tutanlar neft quyularının, göllərin, bataqlıqların ərazisini Arif Osmanov kimi məmurlarla birləşib satacaqlar.
Əgər icra başçısı hörmətli Adil Vəliyev istəsə biz rayon ərazisində baş verən qanunsuz tikinti ilə bağlı faktları çatdıra bilərik.
Həm də, cənab başçı, nəzərə almalısınız ki, qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyev cənabları konkret fikrini bildirib. Buna qarşı getmək sizin nümayəndələr üçün yaxşı heç nə vəd etmir.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
//gundelik-baku.com//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru