Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                 

Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...
Tarix: 4-06-2025, 09:28 | Çap et

Azərbaycan təhsil sistemini çürük alma kimi qurd içindən yeməkdə davam edir. Elm və təhsil naziri Emin Əmirullayevin “üstü bəzək, altı təzək” siyasəti təhsilin tamamilə repetitorluğa çevrilməsi ilə nəticələnib. İndi məktəb formal xarakter daşıyır. Elə bir abituriyent ola bilməz ki, oxuduğu məktəbin hesabına tələbə adını qazana bilsin. Bu da məhz məktəblərdə təhsil verilməməsinin göstəricisidir.
Artıq təhsil ocaqlarına da ehtiyac yoxdur. 9 ay ərzində bir yandan bayramlar, tətillər, digər tərəfdən isə müəllimlərin yaxşı təhsil verməməsi bu acınacaqlı mənzərəni yaradıb. Həmçinin dərs vəsaitləri olduqca mürəkkəbdir. Məsələn, 3-cü sinif şagirdinə yaşına uyğun olmayan, hələ anlaması çətin olan, təxminən 5-ci sinif şagirdinin başa düşəcəyi dərs keçirilir.
Bundan əlavə, məktəblərdə keçirilən proqramla Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün hazırladığı test vəsaitləri arasında böyük uçurum var. Bu da DİM-lə ETN arasında koordinasiyasız iş görməyin bədəlidir ki, əziyyətini məktəblilər çəkir. Bu, bəlkə də təhsil siyasətində hiylədir. Yəni valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur olsunlar. Axı necə ola bilər ki, məktəb dərsliklərində olan sual və ya tapşırıqların əksəriyyətinə qəbul imtahanlarında rast gəlmək olmur? Absurddur!
Deməli, tələdir, təxribatdır, təhsili və uşaqları şikəst etməkdir. Bu da azmış kimi, son günlər DİM rəhbəri Məleykə Abbaszadə təhsil ekspertlərini ittiham edir. Halbuki təhsil mütəxəssisləri də sübutlar ortaya qoyurlar ki, suallar düzgün hazırlanmayıb, yaxud kifayət qədər çətindir və abituriyentin taleyi ilə oynamaqdır.
Anxeber.com yazır ki, bir sözlə, M.Abbaszadə-E.Əmirullayev tandemi Azərbaycan təhsilində ciddi problemlər yaratmaqdadır.
Misal üçün l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.
Valideynlər və ekspertlər isə buna etiraz ediblər. Qeyd ediblər ki, DİM bu sualın cavabını şagirdlərin xeyrinə hesablasa belə, abituriyentlərin zaman itkisi, psixoloji vəziyyəti və bunun digər sual tapşırıqlarının yazılmasına təsiri nəzərə alınmır.
Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı fikri diqqət çəkir: "DİM deyir ki 8 min ekspertimiz var. Bəli, biz də gördük o “ekspertləri”. 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”.
Ötən gün I ixtisas qrupu üzrə riyaziyyatda buraxılan texniki səhvə görə uşaq 5-10 dəqiqə vaxt itirib, təşvişə düşüb, zamanını planlaya bilməyib. DİM-sə deyir, “Sual düzgün cavablandırılmış sayılacaq”.
DİM məsələni balla ölçür, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət? 16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır”.
Beləliklə, nazir Əmirullayevin fəaliyyəti nəticəsində məktəblər bərbad vəziyyətdədir, normal təhsil yoxdur, bu səbəbdən əksəriyyət repetitor yanına qaçır, illərlə valideyn pullar xərcləməli olur, sonda ən həyəcanlı gün gəlir – abituriyent imtahana girir, burada isə məlum olur ki, indi də M.Abbaszadənin “ekspert”ləri sualı səhv hazırlayıblar. O baxımdan nazirlə DİM sədrinin birgə “külüng vurduğu”, daha dəqiq desək, baltaladığı Azərbaycan təhsilinin nə qolu, nə budağı, nə kötüyü qalıb.
Üstəgəl bura məktəb direktorlarının il ərzində ənənəvi pul yığımını da əlavə etmək lazımdır. Məktəblərdə olmayan təhsilin üzərinə hələ bir rüşvət də istənilir. Bu da dəyişməz reallıqdır. Keçmiş nazir Misir Mərdanovun dövründən qalma, az qala ehramlar, qədim Misir tarixindən gəlib çıxan bir yığımdır ki, E.Əmirullayevin dönəmində də davam edir.
Bura daxildir – gah fond pulu, gah bayram xonçaları, 8 Mart, Müəllimlər Günü, ən nəhayət, tədris ilinin sonuna yaxın nəfəsini dərmək istəyəndə “Son zəng” pulu. Elə son həftələrdə bir neçə məktəb direktorunun səsyazıları yayılıb, qalmaqala səbəb olub, bəziləri işdən azad edilib, amma nəticə dəyişməyib. Çünki direktoru vəzifəsindən azad etmək çıxış yolu deyil. Bütövlükdə təhsil sistemi və yanaşması dəyişməlidir. Bir dünyaya açılmaq, inteqrasiya etmək lazımdır. Baxaq Çin, Sinqapur təhsil sistemlərinə, Finlandiya, Belçika kimi ölkələrin təhsil proqramlarına, bir də işə yaramaz dərsliklərimizə nəzər yetirək, hansı ki test suallarında rast gəlmək olmur. Beləliklə, Azərbaycan təhsili həm neqativ halları – yeyinti, maliyyə pozuntuları, pul yığılması, həm də bərbad dərsliyi ilə uçurumun kandarındadır...

AnXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru