Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                 

KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Tarix: 25-10-2013, 17:21 | Çap et
KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Ötən həftə iqtisadi gündəmi bir mövzu zəbt etdi - Rusiyadakı azərbaycanlıların aqibəti və bu ölkəyə kənd təsərrüfatı məhsullarının aparılmasında yarana biləcək problemlər. Oktyabrın 13-də bir rus vətəndaşının öldürülməsində azərbaycanlı Oqtay Zeynalovun şübhəli kimi diqqətə gəlməsi Rusiyada miqrantlara qarşı münasibəti kəskinləşdirdi. Lakin bu mövzu bu sətirlərin müəllifi üçün daha bir məsələ ilə gündəmdə oldu.

İki ay əvvəl müqavilə ilə Rusiyaya tikinti işində çalışmağa gedən sinif yoldaşım Hacıyev Samir hündürlükdən yıxılaraq dünyasını dəyişdi. Onun nəşi oktyabrın 14-də kəndimizə gətirilərək dəfn edildi. Lakin Samirin ailəsinə üz verən faciə bununla bitmir. Atası Məmməd dayı oğlunun tikintidən yıxılması xəbərini alanda komaya düşmüşdü və bir neçə gün əvvəl onun da dünyasını dəyişməsi xəbərini aldım. Bu, Rusiyaya işləməyə gedən və orada qəza nəticəsində həyatını itirən, həmçinin oğlunun dərdinə dözməyərək dünyasını dəyişən ikinci həmkəndlim idi. Təxminən 10-12 il əvvəl elə Samirgillə qonşuluqda yaşayan Afəddinin də Rusiyadan meyiti gətirilmişdi. Atası Əli dayı oğlunun ilinə qalmadı. Elə ondan az sonra 3 qız atası Hüseyn dayı müharibə vaxtı könüllü qoşulduğu Milli Ordu sıralarından tərxis olunaraq Rusiyaya işləməyə getdi. Gedişindən heç bir ay keçməmiş onun da meyiti gəldi. Bir neçə il əvvəl Şəmsəddin, ondan sonra Cəbrayıl Rusiyada öldürüldü. Cəbrayılın atası da oğlunun dərdinə dözməyərək ondan sonra yaşadığı il yarımı yataqda keçirdi. Balaca bir kənd üçün 5 ölü az deyil. Heç Qarabağ müharibəsi bu qədər şəhid ala bilməmişdi kəndimizdən. Cəmi iki nəfər şəhidimiz var...

Rusiyaya bir parça çörək arxasınca gedib orada bu və digər səbəblərdən dünyasını dəyişən insanlarımızın sayının ilbəil artması, eyni zamanda son günlər bu ölkədə miqrantlara qarşı münasibətin sərtləşməsi deməyə əsas verir ki, vəziyyət ciddidir. Bəs insanlarımızı ölkəyə gətirməyin yolu nədir? Bunun üçün hansı tədbirlərə ehtiyac var? Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatı inkişaf edir, iş yerlərinin sayı artır. Belə olan təqdirdə, xaricdə, xüsusilə də Rusiyada yaşayan vətəndaşlarımız niyə geri qayıtmırlar? Bir sıra ekspertlər hesab edirlər ki, Rusiyada olan azərbaycanlıların geri gəlməsi ölkəyə saysız problemlərin gəlməsi demək olacaq. Miqrantlar ölkəyə özləri ilə çoxsaylı sosial-iqtisadi problemlər gətirəcək.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov miqrant axınının çox ciddi problem olduğunu deyir: “Azərbaycan Rusiya münasibətləri son vaxtlar bir qədər yumşalmışdı. Hətta cənab Putinin Azərbaycana səfərindən sonra bir sıra müqavilələr də imzalandı. Və elə də ciddi problem yox idi. Amma son vaxtlar görünür, Avrasiya Gömrük İttifaqının Azərbaycana daxil olmaması ilə əlaqədar məsələ həddindən artıq ciddiləşib. Amma yenə də adi bir məsələni şişirdiblər”. Millət vəkilinin sözlərinə görə, Rusiyanın özündə neçə nəfər Azərbaycanlı öldürülüb, amma heç bir ajiotaj olmayıb: “Bir nəfər rusun öldürülməsi ilə əlaqədar olaraq, azərbaycanlı Orxan Zeynalovu hansı vəziyyətdə daxili işlər nazirinin hüzuruna gətirdilər, nə cür işgəncə verdilər. Bunlar hamısı ümumi şou yaratmaqdan ibarət idi ki, Azərbaycana qarşı hansısa bir təxribat törətsinlər”.

V.Əhmədov Azərbaycanın müstəqilliyinin hər şeydən vacib olduğunu deyir. Onun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: “Amma nə qədər ağır olsa da vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, bu gün Rusiyada 300-500 min azərbaycanlı əmək miqrantı yaşayır: “Burada Rusiya vətəndaşı olmayan azərbaycanlılardan söhbət gedir. Bu insanların birdən-birə ölkəyə gəlişi Azərbaycan üçün problemlər yarada bilər. Bir tərəfdən işsizliklə bağlı problem yarana bilər. Digər bir tərəfdən, müxtəlif məlumatlara görə, il ərzində Rusiyadan Azərbaycana ən azı 1 milyard dollara qədər vəsait göndərilir və bu vəsaitdən məhrum olma var. Nəhayət, başqa bir məsələ Azərbaycandan Rusiyaya malların göndərilməsidir. Diqqət yetirsək, görərik ki, ordakı həmvətənlərimizin çoxu bazarlarda çalışır, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur və bir çox hallarda bu məhsullar Azərbaycandan aparılır. Bu o deməkdir ki, həmin əmək miqrantlarının Azərbaycana qaytarılması ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınmasını məhdudlaşdıran amil ola bilər”.

A.Mehtiyevin sözlərinə görə, həmin miqrantlar ölkəyə qayıdacağı təqdirdə hansı sahədə onları işlə təmin etməyin mümkün olduğunu öyrənmək üçün araşdırma aparılmalıdır: “Bu araşdırma hansı bölgədən daha çox miqrantın xaricə getdiyini, onların getdikləri yerdə hansı sahələrdə çalışdığını, Azərbaycandan niyə getdiyinin səbəbini tapmağı əhatə etməlidir. Doğrudur, son zamanlar ölkədə 1 milyona yaxın yeni iş yerinin açıldığı bildirilir. Amma nəzərə almaq lazımdır ki, yeni açılan sənaye müəssisələri ixtisas, peşə tələb edən sahələrdir, ona görə də geri qayıdan miqrantların bu peşələrə, ixtisaslara yiyələnməsi lazımdır. Bu baxımdan biz görürük ki, xaricdəki miqrantlarımızın qayıdaraq işlə təmin olunması uzun zaman tələb edə bilər ki, bu da sosial problemlərə gətirib çıxarar”.
\ kaspi \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru