TƏLƏBƏ QƏBULU MAFİYASININ ŞOK ƏMƏLLƏRİ
Tarix: 7-02-2012, 13:20 | Çap et
QURBANLAR İLGİNC FAKTLARI AÇIQLADILAR
Təranə Yusifova və Nəzakət İbadova AzadlıqRadiosunun В«Qaynar xəttВ»inə başlarına gələn dələduzluqdan danışıblar. Demələrinə görə, 4 il əvvəl imtahandan kəsilmiş övladlarını ali məktəb tələbəsi görmək üçün Sabrina Alxasova adlı qadına qeyri-qanuni pullar veriblər və aldanıblar. Təranə Yusifova deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 16 min manat verib:
В«9 aydır hüquq-mühafizə orqanları bizi bu işdə süründürür. İş Yasamal polisindən Nəsimi polisinə, ordan Bakı şəhər Baş Polis İdarəsinə, ordan da Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə ötürülüb. Orda müstəntiq var - Telman Əmənov, indi də o, süründürür bizi. O qadını tutdular, bir gün saxlayıb buraxdılar. O vaxtdan da həmin qadın zəng edir bizə, deyir ki, sizə verəcəyim pulu istintaqçılara vermişəm, sizə pul verməyəcəmВ».
Təranə Yusifova deyir ki, oğlu Dövlət İqtisad Universitetinin imtahanından kəsildikdən sonra Sabrina Alxasovanın Rusiya ali məktəblərinə tələbə düzəltdiyini eşidib və həmin qadınla tanış olub:
В«Dedi ki, 4 illik təhsil haqqını məktəbə ödəməklə uşağı Dağıstan Dövlət Universitetinə düzəldə, sonra da ordan Bakıdakı ali məktəblərdən birinə köçürə bilərəm. Mən də aldandım. 16 min manat vermişəm, 4 ildir geri ala bilmirəm. Bu qədər şikayət etmişəm, hər yerə yazıram. Bu ölkədə şikayətə baxan yoxdur. Bir dəfə müstəntiqə zəng etdim, mənimlə kobud danışdı. Dedim, şikayət edəcəyəm, dedi get, hara istəyirsən şikayət elə. İş orasındadır ki, qadın da müstəntiqin dediyini deyir. Baxıram ki, doğurdan da onu tutmurlar. Sonradan bilmişik ki, bu qadın ali məktəbə düzəltmək adı ilə nə qədər adamları aldadıbВ».
В«OĞLUM GETDİ UNİVERSİTETƏ, QAPIDAN İÇƏRİ BURAXMADILARВ»
Nəzakət İbadova isə deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 10 min manat verib. 3 min manatını birtəhər geri ala bilib. Ancaq 7 min manatı hələ də ala bilmir:
В«Pulu verdim. Bir müddətdən sonra bir sənəd gətirib verdi, guya, mənim oğlum artıq Moskva Açıq Universitetinin tələbəsidir. (Bu universitetin fəaliyyəti dayandırılıb, ötən yay Bakı Ağır Cinayətlər Məhkəməsində rektorunun və baş mühasibinin məhkəməsi keçirilib – E.C.) Oğlumun adına olan В«zaçotnikВ» verdi, tələbə bileti verdi. Oğlum getdi həmin universitetə, heç qapıdan içəri buraxmadılar ki, sən buranın tələbəsi deyilsən. Düşdüm bu qadının arxasınca, dedi bu gün düzəldəcəyəm, sabah düzəldəcəyəm, axırda başa düşdüm ki, aldanmışam. Polisə şikayət etdim. İş əldən-ələ gəzə-gəzə gəlib çıxıb Daxili İşlər Nazirliyinə. Mən cəmi bircə dəfə Baş Polis İdarəsinə çağırmışdılar, üzləşmə olmuşdu, yazdılar, pozdular, vəssalam. Ondan sonra çağırıb dindirməyiblərВ».
SABRİNA ALXASOVA ÇOX ADAMI ALDADIB
Bu şikayətlərlə bağlı DİN Baş İstintaq İdarəsində cinayət işi başlanıb. İşi aparan müstəntiq də idarənin baş müstəntiqi Telman Əmənovdur. Məlum olub ki, Təranə Yusifova və Nəzakət İbadova Sabrina Alxasovanın aldatdığı nə birinci, nə də sonuncu adamdır. Onlara qədər də son bir neçə il ərzində Sabrina Alxasovanın əməllərindən hüquq-mühafizə orqanlarına çoxlu şikayət daxil olub. Hazırda Bakının bir neçə rayon polis şöbəsində onun barəsində cinayət işi açılıb.
Bunu В«Qaynar xəttВ»ə DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. O, bildirib ki, Sabrina Alxasovanın cinayət əməlləri çoxepizodludur ki, biri də bu iki qadının şikayəti ilə bağlıdır. Ancaq DİN sözçüsü Təranə Yusifovanın və Nəzakət İbadovanın istintaq haqda dediklərini obyektiv hesab etmir. Deyir ki, DİN Baş İstintaq İdarəsinin baş müstəntiqi Telman Əmənov onların hər ikisini ifadə vermək üçün idarəyə dəvət etsə də, qeyri-müəyyən səbəblərdən gəlməyiblər.
Orxan Mansurzadə: В«Faktla əlaqədar ötən ilin avqust ayında Cinayət Məcəlləsinin В«külli miqdarda ziyan vurmaqla dələduzluqВ» maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın 17-də isə Sabrina Alxasovanın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb. Səbail məhkəməsi əvvəlcə onun barəsində həbs tədbiri seçib, öhdəsində iki azyaşlı uşağı olduğuna görə sonradan həbs ev dustaqlığı ilə əvəz edilib. İstintaq davam edirВ».
Sabrina Alxasova isə В«Qaynar xəttВ»in suallarını cavablandırmaqdan imtina edib. O, bildirib ki, hər iki qadının şikayətlərini hüquq-mühafizə orqanları araşdırır, bundan başqa heç nə deyə bilməz.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
| • "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11 |
|
|
|
| • Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05 |
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
| • “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24 |
|
|
|
| • Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
| • Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58 |
|
|
|
| • Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57 |
|
|
|
| • Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51 |
|
|
|
| • “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49 |
|
|
|
| • “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47 |
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12 |
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
| • Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38 |
|
|
|
| • Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28 |
|
|
|
| • “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
|