DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                 

AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN
Tarix: 7-02-2012, 15:45 | Çap et
AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN

ƏHALİNİN MÜLKİYYƏT HÜQUQUNUN TAPDANMASI ADİ HALA ÇEVRİLİB

Azərbaycanda vətəndaşların mülkiyyət, əsasən daşınmaz əmlak hüquqlarının pozulmasının MDB və Yaxın Şərqdə analoqu yoxdur. Tanınmış vəkil Fuad Ağayev belə hesab edir.

“Hətta Heydər Əliyevin dövründə belə Azərbaycanda bu cür hüquq pozuntuları olmayıb”, - F.Ağayev çərşənbə axşamı mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş II vətəndaş forumunda bildirib.

Forumu bir neçə QHT təşkil edib: “Azad iqtisadiyyata yardım”, “İnsan haqları klubu”, “Mülkiyyət komitəsi”, “Maddə 13”, “İnsan hüquqları üzrə hüquqşünaslar üçün məsafəli tədris proqramı”. Tədbir Amerikanın NED (Demokratiyanın Dəstəklənməsi Fondu) və Norveç İnsan Hüquqları Fondunun dəstəyi ilə keçirilib.

Ağayevin sözlərinə görə, dövlət ehtiyacları üçün daşınmaz əmlakın götürülməsi bəhanəsi ilə mülkiyyətin kobud, qanunsuz şəkildə yenidən bölünməsi və torpaqların inzibati metodlarla zəbt edilməsi baş verir.

Hüquqşünas açıqlama verib ki, dövlət ehtiyacları üçün torpaq yalnız Nazirlər Kabinetinin qərarı əsasında və ədalətli kompensasiya ödənilməsi ilə götürülə bilər. Dövlət ehtiyacları dedikdə yolların və kommunikasiyanın inşası, sərhəd zonalarında dövlət sərhədinin etibarlı qorunmasının təminatı, müdafiə əhəmiyyətli obyektlərin, dağ-mədən sənayesi obyektlərinin inşası başa düşülür.

Lakin praktikada bu tələblərə əməl olunmur. “2010-cu il noyabrın 19-da Şəmsi Bədəlbəyli və Füzuli küçələrində onlarla ailənin məcburi köçürülməsi üçün polis əməliyyatı həyata keçirilib. Sakinləri zorla polis şöbələrinə aparıblar. Bu müddətdə onların əmlakını küçəyə atıblar, evləri texnika ilə söküblər”, - Ağayev qeyd edib.

O, bunu “qeyri-insani davranış” adlandırıb.

“Qış bulvarı” adı altında sözügedən küçələrdən 5 minə yaxın adam köçürülüb. Əslində həmin yerdə ticarət mərkəzinin inşası üçün özül qazılıb.

Şəhər hakimiyyəti evlərin sökülməsini Bakının baş planının həyata keçirilməsi ilə əsaslandırır. Halbuki, 1987-ci ildə qəbul edilmiş bu sənədin müddəti 2005-ci ildə bitib. Söküntünün dayandırılması barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, söküntü işləri aparılır. Buna misal olaraq Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsini göstərmək olar.

Ağayevin fikrincə, adamların köçürülməsinin əsl səbəbi bir qrup oliqarxın Bakının mərkəzində torpaq mülkiyyətini ələ keçirməsidir. Burada bir sot torpağın qiyməti 200-700 min manatdır.

Ağayev sosial-iqtisadi repressiyalar və onların qurbanlarına kompensasiyaların verilməsi haqqında qanun layihəsinin hazırlanmasını təklif edib. “Aydın məsələdir ki, indiki parlament onu qəbul etməyəcək, lakin bu, nə vaxtsa baş verəcək”, - o vurğulayıb.

Digər vəkil Şəfa Camalzadə deyib ki, Azərbaycanda ikinci dəfədir ki, vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulur – 20-ci əsrin əvvəllərində və 21-ci əsrdə. Əgər ötən yüzillikdə varlıların mülkiyyəti əllərindən alınırdısa, indi yoxsulların mülkiyyəti alınır”, - o qeyd edib.

Bütün məhkəmə proseslərində Bakı meriyası şəhərin baş planına əsaslanır, lakin vəkillərin vəsatət qaldırmasına baxmayaraq, bu sənəd məhkəməyə təqdim olunmur.

Bakı Apellyasiya Məhkəməsi baş planın təqdim olunmasını meriyanın üzərinə qoyub və cavab alıb ki, bu sənəd meriyada yoxdur (?!), Memarlıq üzrə Dövlət Komitəsində və Nazirlər Kabinetində saxlanılır. Lakin Dövlət Komitəsi baş planının onda olduğunu inkar edib, Nazirlər Kabineti isə ümumiyyətlə cavab verməyib.

Paytaxt meriyası abadlıq məqsədilə evlərin sökülməsi barədə qərarlar çıxarmaqla öz səlahiyyətini aşır.

Şəhərin mərkəzində köçürülən sakinlərə cüzi miqdarda kompensasiya verilir. Məsələn, Nəsimi rayonundakı mənzillərdən birinin sahibinə 1 kv. metrə görə 825 manat, cəmi 21 825 manat verilib. Şəhərin həmin hissəsində 4 beşmərtəbəli evin sakinləri Keşlə qəsəbəsində yaşayış şəraiti pis olan evlərə köçürülüb.

Dövlət Bayrağı Meydanı ərazisindəki 4 doqquzmərtəbəli binanın sakinləri (əsasən zabit ailələri) zorla köçürülüb. Hazırda Aqil Quliyev, 5 ünvanında digər doqquzmərtəbəli binanın sökülməsi həyata keçirilir, halbuki, orada hələ də sakinlər qalır.

Bakı meri Hacıbala Abutalıbov Bayraq Meydanının yanından 2 km. uzunluğunda avtomobil yolunun tikintisi barədə göstəriş verib və buni “tarixi İpək Yolunun bərpası” ilə izah edib.

Camalzadə qeyd edib ki, məhkəmə qaydasında mülkiyyət hüquqlarını müdafiə etmək getdikcə mümkün olmur. Məhkəmələr kompensasiyanın məbləğini 1 kv. metrə görə 1500 manatdan çox artırmayıblar. Odur ki, problem ictimai-siyasi xarakter alır və onun həlli üçün ictimaiyyətin müdaxiləsi lazımdır.

“Azad iqtisadiyyata yardım” QHT-nin eksperti Ülviyyə Əsədzadə Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyətinə dair hesabatı təqdim edib. Araşdırmada qanunvericilik təhlil edilir, hüquq pozuntuları ümumiləşdirilir, bütün faktlar əksini tapır. Hesabatla www.freeeconomy.az saytında tanış olmaq olar.

Forumun yekunlarına əsasən vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsinə yerli və beynəlxalq ictimaiyyətin fəal cəlb olunması qərara alınıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru