Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                 

ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?
Tarix: 10-07-2021, 09:52 | Çap et
ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi
Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar.

“Yeni Müsavat” xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə iyulun 8-də məlum olub. “Talibançılar” Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir. Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.

Rusiya yenidən Əfqanıstana qayıdır? Amerikalılardan sonra o ölkəyə Türkiyənin nəzarət edəcəyi haqda məlumatlar vardı. Hətta Türkiyə bəzi hava limanlarına nəzarət etməyə başlamışdı. Ola bilər ki, Türkiyə və Rusiya Əfqanıstana birgə nəzarət edəcəklər. Bunun Yaxın Şərqdəki münaqişə ocaqlarında xeyli örnəyi var. Həmçinin Qarabağ məsələsində də Türkiyə ilə Rusiyanın ortaq işinin olduğu kimsəyə sirr deyil. Ağdamdakı Monitorinq Mərkəzində Rusiya ilə Türkiyə hərbçiləri eyni sayla, eyni hüquqla təmsil olunurlar.

Bundan əlavə, “Taliban”ın üç qanadından biri Rusiyadakı dairələrlə işləyir. Yəni təşkilatda monolitlik yoxdur və bu pərakəndəlik müxtəlif mərkəzlər tərəfindən idarə olunur. Rusiyaya gedən “Taliban” üzvləri də, ehtimal ki, Moskva ilə əlaqəsi olan qruplaşmadır.

Danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq “taliban”çılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. O deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir.

Bayden isə deyib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Prezidentin bu qərarı verməsinin arxasında əsas səbəb var. O, 20 ildir davam edən bu müharibənin sonunun olmadığını düşünür. ABŞ-ın çıxışı ilə qiyamçılar Əfqanıstanın 400-dən çox rayonundan azı 150-sinin nəzarətini ələ keçiriblər. Əfqanıstan rəsmiləri bildirib ki, hökumət tərəfdarı qüvvələr “Taliban” qiyamçılarını ölkənin şimal-şərqində bir şəhərin bəzi hissələrindən qovublar və saatlarla davam edən şiddətli döyüşlər nəticəsində rəsmi binaların nəzarətini geri alıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ 20 il Əfqanıstanda heç nəyə nail ola bilmədi. Onun fikrincə, Amerikanın yaxın tarixində belə ağır təcrübələri az deyil. Politoloq hesab edir ki, ABŞ Vyetnama daxil olanda minlərlə insan öldü, sonra ölkəni biabırçı şəkildə tərk etdilər: “Talibanı da məhv edəcəklərini söyləyirdilər. Ancaq bu təşkilat ABŞ-ın Əfqanıstanda olduğu dövrdə zəifləmədi. Amerika eyni səhvləri təkrar etdi. 20 ildə NATO qoşunları və ABŞ Talibanı ram edə bilmədi. Taliban hakimiyyəti götürsə belə sakitlik olmayacaq, ona itaət etmək istəməyən qüvvələr ortaya çıxacaq”.

Ekspertin sözlərinə görə, Türkiyə paytaxt Kabulun hava limanını qoruyacaq: “Ankara Pakistanla sıx əlaqələrə malikdir. Pakistan da Talibanla əlaqəlidir. Yəni Türkiyənin Talibanla münasibətləri var.

Rusiyanın da taliblərlə əlaqəsi. Sadəcə, bura Əfqanıstandır. İnanmıram ki, Taliban hansısa ölkələrlə razılaşmasına axıra qədər əməl etsin. Ola bilsin ki, indi Taliban hiylə işlədir, Rusiya ilə görüşə gedir, amma bu təşkilat Pakistanı belə tam eşitmir. Sadəcə, Əfqanıstanda təkhakimiyyətlilik istəyirlər. Rusiyanın qorxusu isə sərhədlərlə bağlıdır. Üstəlik, Mərkəzi Asiyada hərbi bazaları var".

E.Şahinoğlunun fikrincə, Əfqanıstanda heç vaxt sabitlik olmayıb və bundan sonra da Talibanı ram etmək çətin olacaq: “Taliban çox vəd verə bilər. Əfqanıstanda heç zaman intizam olmayıb. Liderləri öldürüblər, asıblar, Nəcibullanı edam ediblər.

Amma maraqlıdır ki, Əfqanıstanla Azərbaycanın yaxşı əlaqələri olduğu halda, əgər Taliban hakimiyyətə gəlsə, münasibətlər necə qurulacaq. Azərbaycanın heç vaxt Talibanla təması olmayıb".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru