“Başdanxarab” və “anormal” adamı hakimiyyətə gətirmək planı təsdiqləndi - Kremldə məxfi toplantı
Tarix: 16-07-2021, 11:23 | Çap et
 Rusiyanın ali rəhbərliyi 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa dəstək vermək və onu hakimiyyətə gətirmək üçün gizli casus əməliyyatının həyata keçirilməsinə icazə verib. Bu barədə “The Guardian” qəzeti “ təsadüfən əlinə keçən” sənədlərə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, həmin sənədlər Kremlə, 2016-cı ilin yanvar ayında Moskvada Rusiya Təhlükəsizlik Şurasının bağlı formatda keçirilmiş iclasına aid idi. Həmin iclasda Rusiya prezidenti Vladimir Putindən başqa o zaman ölkənin baş nazir postunu tutan Dmitri Medvedev, XİN başçısı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, o vaxtkı Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak etmişdilər.
Qeyd olunur ki, görüşdə Rusiya liderinə təqdim olunan məruzədə Trampın prezident seçkilərində qalib gəlməsinin Moskvaya xeyir gətirə biləcəyi haqda danışılıb. Belə ki, məruzədə qeyd olunur ki, Respublikaçılar partiyasının namizədi seçkilərdə qalib gəlsə, ABŞ-ın siyasi sistemində stabillik pozulacaq, sosial partlayış baş verəcək, bu da gələcək Amerika liderinin və onun Administrasiyasının Rusiya ilə danışıqlarda mövqelərini zəiflədəcək. Bununla yanaşı, Trampın özü məruzədə “əqli cəhətdən qeyri-sabit”, impulsiv, “kompleksli anormal insan” kimi göstərilir. Mətndə həmçinin Trampın Moskvaya səfərləri zamanı baş tutan “müəyyən hadisələr” qeyd olunur və deyilir ki, Rusiya tərəfinin əlində siyasətçiyə aid kompromat və ya potensial kompromat sayılan materiallar var.
“The Guardian” yazır ki, iclasın sonunda Amerikada keçirilən seçkilərə müdaxiləyə dair idarələrarası plan imzalanıb. Sənəddə Rusiyanın maraqlarının xeyrinə istifadə oluna biləcək ABŞ-ın “zəif bəndləri” haqda məlumat yer alıb. Söhbət solçu və sağçı qüvvələr arasındakı uçurumun böyüməsindən və ölkədəki quruluş əleyhinə formalaşan düşüncələrdən gedirdi. Bununla yanaşı, Amerika cəmiyyətinə ABŞ sakinlərinin kütləvi şəkildə şüurunun dəyişməsinə kömək edəcək “mediavirusların” salınması üçün KİV və digər media alətlərindən istifadə etmək planlaşdırılırdı.
Daha bir sənədə əsasən, görüşdən sonra Putin Amerika seçkilərinin nəticələrinə təsir etmək üçün yeni idarələrarası gizli komissiyanın yaradılması haqda fərman imzalayıb. Bu komissiyada Şoyqu, Fradkov və Bortnikov təmsil olunacaqdılar. Onların hər birinə Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul olunan planın nəzərdə tutduğu vəzifələrin uğurla həyata keçməsi üçün təmsil etdikləri strukturların və xidmətlərin işinə güclü nəzarət etmək tapşırılmışdı.
Beləki, Müdafiə Nazirliyinə tələb olunan məlumatın toplanılması və sistemləşdirilməsi, həmçinin Amerikanın “həssas” kiberhədəflərini dağıtmaq üçün komanda və alətlərin hazırlanılması tapşırılmışdı. Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi komissiyanın fəaliyyətinə dəstək üçün əlavə məlumat toplamaq, Federal Təhlükəsizlik Xidmətinin vəzifəsi isə əks-kəşfiyyat aparmaqdan ibarət idi. Əlavə olaraq struktur rəhbərlərinə bir həftə vaxt verilmişdi ki, onlar üzərlərinə düşən vəzifələrin yerinə yetirməsi ilə bağlı konkret təkliflər hazırlasın və prezidentə təqdim etsin.
“The Guardian” qeyd edir ki, bu sənədləri görən ekspertlərin fikrincə, onlar həqiqi sənədlərə oxşayır. Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniya qəzetinin sorğusuna cavab olaraq bu cür gizli görüşün keçirilməsi imkanlarına tənqidi yanaşıb. Öz növbəsində, Tramp “The Guardian”-ın sorğusunu cavabsız qoyub.
Qeyd edək ki, Trampın Rusiya tərəfindən şantaj olunması və onun Kremlin xüsusi əməliyyatı sayəsində ABŞ-da hakimiyyət başına gəlməsi haqda məlumatlar yeni deyil. Bu məlumatlar hələ Trampın andiçmə mərasimindən əvvəl yayılıb və xüsusi xidmət orqanları tərəfindən təhqiqat başladılıb. Tramp-Rusiya gizli əlaqələrini araşdırmaq üçün Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Miller xüsusi prokuror təyin edilib.
2019-cu ilin aprel ayında ABŞ-ın xüsusi prokuroru Robert Müller təhqiqatı tamamlayıb və 2016-cı ildə keçirilən, Donald Trampın seçildiyi prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi barədə məruzə ilə çıxış edib. Xüsusi prokuror məruzəsində qeyd edib ki, Moskva həqiqətən Amerikanın seçki prosesinə müdaxilə edib, lakin Rusiya tərəfinin Trampla əlaqəsi haqda şübhələri təsdiq etmək mümkün olmayıb. Bir qədər sonra Vaşınqtonun Federal məhkəməsi də seçkilərə müdaxilə edən “trollar fabrikinin” də Kremllə əlaqəsinin birbaaş sübut olunmadığı haqda qərar qəbul etmişdi.
Virtualaz.org

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11 |
|
|
|
| • Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44 |
|
|
|
| • Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43 |
|
|
|
| • Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40 |
|
|
|
| • HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31 |
|
|
|
| • Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
Bu gün, 06:25 |
|
|
|
| • "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22 |
|
|
|
| • "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16 |
|
|
|
| • Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53 |
|
|
|
| • Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33 |
|
|
|
| • Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25 |
|
|
|
| • Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20 |
|
|
|
| • “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12 |
|
|
|
| • İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05 |
|
|
|
| • Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01 |
|
|
|
| • Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58 |
|
|
|
| • ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55 |
|
|
|
| • Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50 |
|
|
|
| • Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48 |
|
|
|
| • Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22 |
|
|
|
| • Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19 |
|
|
|
| • Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17 |
|
|
|
| • İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16 |
|
|
|
| • "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14 |
|
|
|
| • Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12 |
|
|
|
| • Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45 |
|
|
|
| • Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40 |
|
|
|
| • Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36 |
|
|
|
| • "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34 |
|
|
|
| • Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
| • Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59 |
|
|
|
| • Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40 |
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45 |
|
|
|
|