Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                 

ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: - Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz
Tarix: 21-07-2021, 08:16 | Çap et
ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”:
“Rusiya qazdan "strateji silah kimi" istifadə edəcəyi təqdirdə Almaniya ona qarşı cavab tədbirləri görəcək".

Ovqat.com xəbər verir ki, dünyanın ən məşhur iqtisadi portalı kimi tanınan “Bloomberg” nəşri Vaşinqtonla Berlinin “Şimal axını-2” layihəsi ilə bağlı müzakirələrdə ilkin razılıq əldə etdiklərini irəli sürüb.

Portalın məlumatına görə, iki dövlət arasında əldə olunan ilkin razılaşmaya əsasən, Rusiya qazdan strateji silah kimi istifadə edəcəyi təqdirdə, Almaniyanın cavab tədbirləri onun enerji ixracına qarşı sanksiyalara qədər vara bilər. Qeyd edilir ki, saziş yaxın günlərdə rəsmiləşdiriləcək.

İddialara inansaq, ABŞ və Almaniya “Şimal axını-2” layihəsi tamamlandıqdan sonra Ukraynanın qarşılaşacağı zərərin kompensasiyası barədə də düşünüblər. Liderlər Ukraynanın "yaşıl fond"una bir milyard dollara yaxın sərmayə yatırmaq barədə razılığa gəliblər. Məqsəd Ukraynanın ekoloji cəhətdən təmiz enerjiyə keçməsinə kömək etməkdir.

Razılaşmaya əsasən, Berlin həmçinin Kiyevlə ikitərəfli enerji layihələrini dəstəkləmək üçün “xüsusi səfir” təyin edəcək. Bu missiyanın maliyyələşdirilməsinə isə təxminən 70 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Bundan əlavə, Almaniya öz üzərinə hazırda qüvvədə olan və bitmə müddəti 2024-cü ildə başa çatan Rusiya qazının Ukrayna vasitəsilə tranzitinə dair müqavilənin ən azı on il uzadılmasına yardım etmək öhdəliyi götürür.

Xatırladaq ki, Almaniya ilə Rusiyanın birgə çəkmək istədiyi və digər bir neçə digər Qərb ölkələrin enerji şirkətlərinin də dəstəklədiyi "Şimal Axını 2" layihəsində Baltik dənizi vasitəsilə Almaniyaya qədər ildə 55 milyard kubmetr həcmində qaz nəql edən boru kəmərinin tikintisini nəzərdə tutulur. Kiyev bu kəmərin rus qazının Ukrayna üzərindən tranzitini kəsməyə yönəlik proje olduğunu düşünür və buna kəskin etiraz edir. ABŞ da bu arqumentlə razılaşır, üstəlik, layihənin Avropanı enerji inhisarına almağa hesablandığını əsas gətirərək dayandırılmasını istəyir. Vaşinqton bunun əvəzinə özünün LNG qazını almağı məsləhət görsə də, Berlin “Şimal axını-2” layihəsinin çəkilməsi fikrindən daşınmır. Almaniya hökumətinin fikrincə, ölkənin enerji təhlükəsizliyi naminə təchizat diversikasiyası aparılmalı, müxtəlif kanallardan qaz alınmalıdır. “Şimal axını-2” layihəsi, böyüdükcə daha çox enerjiyə ehtiyac duyan Almaniya sənayesi üçün vazkeçilməz və ən ucuz mənbədir.

Co Bayden ABŞ prezidenti seçildikdən sonra Merkel hakimiyyəti ilə sürdürdüyü danışıqlar heç bir nəticə verməyincə, 2019-cu ildən etibarən “Şimal axını-2” layihəsinə tətbiq olunan sanskiyaların dayandırılmasına qərar verdi, bu isə Kiyevdə sərt reaksiya ilə qarşılandı. Kiyev layihənin tamamlanacağı təqdirdə Ukraynanın qarşılaşacağı zərərin kompensasiya olunmasını tələb etməyə başladı. Ukraynanın dövlət qaz şirkətinin hesablamalarına görə, zərərin ildə 4-5 milyard dollar olacağı gözlənilir. Üstəlik, Ukraynanın özü də Rusiyadan aldığı qazın kəsiləcəyi təqdirdə ciddi enerji çatışmazlığı təhlükəsi ilə qarşılaşa bilər.

Ukrayna prezidenti Zelenski ilə Almaniya Baş naziri Merkel arasında bu yaxınlarda keçirilən görüşdə də qaz nəqli məsələsi müzakirə olunmuş, tərəflər heç bir razılığa gələ bilməmişdilər. Rəsmi Kiyev Berlinin mövqeyini Ukraynanı Rusiyaya satmaq kimi dəyərləndirmiş, Merkel hökuməti ilə razılaşan ABŞ-ı da açıq şəkildə təhdid etmişdi. Kiyev Qərbin bu xəyanəti ucbatından Çinə yönələ biləcəklərini vurğulamışdılar.

“Bloomberg”in ABŞ-la Almaniya arasında aparılan gizli danışıqlardan sızdırdığı məlumat göstərir ki, tərəflər Ukraynanın həssasiyyətlərini nəzərə alıb və ölkənin alternativ enerji mənbələrinə keçməsini təmin etmək üçün 1 milyard dollara yaxın vəsait ayırıb. Fikrimizcə, razılaşmanın bu bəndi Ukraynanı ekoloji təmiz enerji ilə təchizatından çox, ümumiyyətlə alternativ enerjiyə keçməsini təmin etməyə hesablanıb. Çünki yaxın gələcəkdə Rusiyanın Ukraynaya qaz nəqlini tamamilə dayandıracağı istisna olunmur. Bundan əlavə, rus qazının ən azı 10 il müddətində Ukrayna üzərindən nəqlinə nail olmaq üçün ümumi razılığa gəlinib.

Təbii ki, rus qazının Avropaya nəqlinin marşrutu barədə son sözü nə Berlin, nə də Vaşinqton deyə bilər. Buna ilk növbədə Moskva qərar verməlidir. Moskva isə sırf iqtisadi səbəbləri əsas gətirib Ukraynadan qaz nəqlinin səmərəli olmadığını iddia edir. Çünki 1980-ci ildə çəkilən Ukrayna kəməri köhnəlib və yenidən inşa olunmalıdır. Bu isə yeni kəmər çəkmək qədər məsrəfli işdir. Üstəlik, Ukrayna vaxtaşırı tranzit xərclərinin artırılmasını tələb edir. Onsuz da inşası tamamlanan və Ukrayna üzərindən qaz nəqlinə alternativ kimi çəkilən “Şimal axını-2” layihəsinin isə bu cür problemləri yoxdur. Baltik dənizindən keçən “Şimal axını-2” kəmərinin tranzit xərci ümumiyyətlə yox səviyyəsindədir.

Digər tərəfdən, Rusiyanın Avropaya qaz nəqlində məhdudiyyət limiti var. Avropanın qaz ehtiyacının 45%-nə təqabül edən bu limiti aşmaq Aİ qanunvericiliyinə görə, mümkün deyil və buna Qərb razılıq verməz. Əks təqdirdə Rusiya qitəni enerji inhisarına ala bilər. Belə vəziyyətdə Rusiyanın həm Ukrayna üzərindən, həm də “Şimal axını-2” kəmər vasitəsilə eyni anda Avropaya qaz göndərməsi müşkülə çevriləcək. Deməli, Rusiyanın ABŞ-la Almaniya arasında əldə olunan razılığa uyğun şəkildə Avropaya qaz nəqli üçün bir kəmərlik qaz həcmini iki kəmərə bölməlidir. Məşhur atalar sözündə deyildiyi kimi: “anam bir gündəni ikiyə bölüb çörək yapdı, atam ikisini yeyib bir saydı”. Dərd burasındadır ki, kündədən fərqli olaraq, bir kəmərlik qazın iki kəmərlə nəqli rentabeli azaldır, və bu da Rusiyanın “ikisini yeyib bir sayması”nı çətinləşdirir. Rusiyanın rentabelsizliyə etiraz edib bu təkliflə razılaşmayacağı təqdirdə isə, “Bloomberg”in iddiasına görə, Almaniya ona qarşı sanksiya tətbiq edəcək.

Rusiyanın “qazdan strateji silah kimi istifadə etməsi” fikri də təsadüfi deyil. ABŞ-ın mülahizələrinə görə, “Şimal axını-2” layihəsi əslində iqtisadi yox, siyasi projedir. Məqsəd Avropaya inteqrasiya yolunu tutan Ukraynanı enerji mənbəyi ilə sınağa çəkmək, sənayesini çökdürmək, əhalisini qışda soyuqdan dondurmaqdır və Qərbi Avropa ölkələri, o cümlədən Almaniya bu oyuna gəlməməli, Qərb dəyərləri üçün hər cür fədakarlığa gedən Ukraynanı Rusiya qarşısında tək buraxmamalıdır. Prinsipcə, bu mülahizənin ciddi əsasları da var. Çünki Ukraynanın Rusiya tərəfindən qaz imtahanına tutulması dəfələrlə təkrarlanıb. İstər 2006-cı, istər 2008-2009-cu, istərsə də 2014-cü illərdə Kiyev Qərblə inteqrasiya prosesinə qoşulan kimi, Rusiya ona qaz nəqlini tamamilə dayandırıb.

Heydər Oğuz,
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru