Əfqanıstanın nəzarəti hazırda Türkiyənin əlindədir - GƏLİŞMƏ
Tarix: 23-07-2021, 08:26 | Çap et
 ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəisi general Mark Milli brifinq keçirib. O, açıqlamasında bildirib ki, üç aydan az müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının, demək olar ki, 95 faizi tamamlanıb. General bildirib ki, paytaxt Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqan təhlükəsizlik qüvvələrinə verilib. Maraqlıdır ki, bundan sonra Türkiyə hansı addımı atacaq?
Mövzu ilə bağlı BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə fikirlərini dəyərləndirib. Politoloq qeyd edib ki, Amerikanın Əfqanıstandan qəfil çıxma qərarı almasının ən maraqlı tərəfi digər ətraf və maraqlı ölkələrin təhlükəsizlik planlarına gözlənilməz zərbə vurması olub:
"Ümumiyyətlə, Amerikanın bu qərarına elə bu kontekstdən yanaşmaq lazımdır.
Çünki həqiqətən də hazırkı durumdan bütün ölkələr çox narahatdırlar. Narahatlıq elə həddə çatıb ki, Rusiya, İran, Çin özlərini itiriblər, nə edəcəklərini bilmirlər. Dünya miqyasında terrorçu kimi tanınan "Taliban" təşkilatı ilə açıq-aşkar görüşmələrini belə heç olmasa gizli şəkildə bağlı qapılar arxasında etmək belə ağıllarına gəlmir. "Taliban"la görüşürlər, özlərinə ürək-dirək verirlər ki, "Taliban" onlara söz verib ki, hücum etməyəcək. Ancaq görünən odur ki, Rusiyanın Qırğızıstandakı 201-ci hərbi bazası gücləndirilir, orada təlimlər keçirilir və güc göstərişi edilir. Sonra isə deyirlər ki, biz "Taliban"ı idarə edirik. Əlbəttə, Amerika hər şeyi dəqiq hesablayıb. Uzun aylar "Taliban"la bir sıra danışıqlar aparılıb və nəticədə belə qərar alınıb. Bu, heç vaxt təsadüf ola bilməz. Amerika bu addımı ilə özünü güclü hesab edən Rusiya və Çini fakt qarşısında qoyub. Bu proseslərə də nəzarəti Türkiyəyə tapşırıb".
A.Qasımov əlavə edib ki, regiondakı bütün ölkələr Türkiyənin Əfqanıstandakı fəaliyyətinə möhtac duruma düşüblər:
"Türkiyə Əfqanıstanda "Həmid Karzai" adına hava limanını idarə və müdafiə edir. Bu nüansda bütün mətləblər aşkar görünür.
Belə ki, Əfqanıstanla tək hava əlaqəsi olan bir mühüm obyektin idarəsi Türkiyədədir. Belə olduğu təqdirdə ondan soruşulmamış hansı dövlətin rəsmisi və ya digər əlaqə yaratmaq istəyən şirkəti ora gələ bilər? Deməli, hazırda Əfqanıstanın nəzarəti Türkiyənin əlindədir. Türkiyə digər özünü itirmiş ölkələrdən fərqli olaraq özünü sivil və beynəlxalq hüquqa hörmət edən dövlət kimi aparır. Türkiyə "Taliban"la açıq ya gizli danışıq aparmasa da, əslində "Taliban"ın Türkiyəyə və onun Prezidenti R.T.Ərdoğana münasibəti müsbətdir. "Taliban" rəsmisi yaxın günlərdə: "Biz Türkiyəni və Ərdoğanı sevirik. Ərdoğan müsəlman dünyasının lideridir. İstəyirik ki, Türkiyə NATO ölkəsi kimi yox, özü kimi Əfqanıstanda olsun" - demişdi. Hesab edirəm ki, Türkiyə "Taliban"la Rusiyada, İranda və Qətərdə aparılan separat danışıqlara rəsmi şəkildə qatılmamaqla öz-özünü qoruyur və gözləmə mövqeyi seçib".
Politoloq hesab edir ki, "Taliban"ın Əfqanıstanda uğur qazanması və ölkənin ərazilərinin zəbt edilməsi bir müddət davam edəcək:
"Bu müddətdə də "Taliban"la Türkiyənin kənardan nəzarətində görüş aparılacaq. Əgər "Taliban" rəsmi əfqan hökuməti ilə razılığa gəlib ölkənin idarəsində birlikdə iştirakı qəbul etsə, Türkiyə buna şərait yaradacaq. Yox əgər razılığa gəlməsələr, Türkiyə Suriyada da olduğu kimi rəsmi əfqan hökumətinin tərəfində çıxış edərək talibləri güc yolu ilə tutduğu ərazilərdən geri atacaq. Təbii ki, taliblər də ölkənin vətəndaşları kimi ordu yaratmalıdırlar. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin onlara güc tətbiq etməsindən sonra əgər taliblər anlasalar ki, artıq paytaxt Kabili tutmaq mümkün deyil, o zaman danışığa gedəcəklər".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40 |
|
|
|
| • HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31 |
|
|
|
| • Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
Bu gün, 06:25 |
|
|
|
| • "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22 |
|
|
|
| • "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16 |
|
|
|
| • Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53 |
|
|
|
| • Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33 |
|
|
|
| • Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25 |
|
|
|
| • Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20 |
|
|
|
| • “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12 |
|
|
|
| • İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05 |
|
|
|
| • Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01 |
|
|
|
| • Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58 |
|
|
|
| • ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55 |
|
|
|
| • Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50 |
|
|
|
| • Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48 |
|
|
|
| • Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22 |
|
|
|
| • Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19 |
|
|
|
| • Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17 |
|
|
|
| • İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16 |
|
|
|
| • "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14 |
|
|
|
| • Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12 |
|
|
|
| • Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45 |
|
|
|
| • Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40 |
|
|
|
| • Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36 |
|
|
|
| • "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34 |
|
|
|
| • Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
| • Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59 |
|
|
|
| • Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40 |
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20 |
|
|
|
|