Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                 

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu - İki çarpaz baxış...
Tarix: 31-07-2021, 08:32 | Çap et
Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu
Rusiya prezidenti Vladimir Putinin rusların və ukraynalıların eyni xalq olması barədə məqaləsi Ukraynada hiddət doğurub. “Yeni Müsavat” bildirir ki, Ukrayna prezidenti Zelenski buna cavab yazısı dərc etdirib.

Bəzi müşahidəçilərin fikrincə, Putinin bu addımı Ukraynaya barış əli uzatması kimi qiymətləndirilməlidir. Putin qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.

Zelenski isə cavabında bildirib ki, nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya müharibəsi xatırlananda unuduluruq, amma digər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq: “Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”.

Əslində eyni soydan gələn millətlərin bir-birilə vuruşması, düşmənçiliyi dünyaya və regiona böyük bəlalar gətirib. Vaxtilə türklər də bir-birilə müharibə edib - məsələn, Çaldıran döyüşü. Amma bu gün türk dünyasında bir konsolidasiya, mərkəzləşmə, eyni ideya ətrafında cəmləşmə var. Artıq Turan ideyası gerçəyə çevrilir. Türkiyə ilə Azərbaycan vahid maraqlar, strategiyalar üçün birləşib. Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə lideri Ərdoğan Bakıda Qələbə paradında İlham Əliyevlə eyni məqamda, eyni məkanda dayanıb. Bununla da dünyaya mesaj verilib ki, bu zəfərin müəllifi həm də Türkiyədir və eyni millətlərin müharibə aparması yox, dost-qardaş olması lazımdır.

Bəstəkar, kulturoloq Elmir Mirzəyev bu mövzuda yazıb ki, iki əsr öncə rus cəmiyyətində “slavyanofil” ideyaları dolaşmaqda idi. Bu ideya bütün slavyan xalqlarının yek bir dövlətdə, yəni rus imperatorluğu altında birləşməsini ehtiva edirdi. Onun fikrincə, bunun təsirləri çox tezliklə rus xarici siyasətində də təzahürünü tapdı, 1877-78-ci ilin Balkan müharibəsində Osmanlı yenildi, nəticədə müstəqil Serbiya və Bolqarıstan quruldu. Bununla sanki həmin ideyanın reallaşması üçün ilk addımlar atılmış oldu, lakin zaman sübut etdi ki, qurbanlar əbəs yerə imiş.

E.Mirzəyev qeyd edir ki, elə həmin Bolqarıstan hər iki dünya müharibəsində süngüləri Rusiyaya qarşı çevirdi, I Dünya müharibəsindən sonra balkanlarda yaranmış böyük slavyan dövləti Yuqoslaviya da Sovet İttifaqı ilə yaxşı münasibətlərdə deyildi, hətta II Dünya müharibəsindən sonra Yuqoslaviya formal olaraq sosialist olsa belə, bu vəziyyət dəyişmədi, Polşa və Çexoslovakiya barədə heç danışmağına belə dəyməz - orada Rusiyaya münasibət tarixi səbəblərdən nifrətə yaxın bir həddə olub.

E.Mirzəyev hesab edir ki, hazırda növbə Ukrayna və Belarusa çatıb: “Ukraynanın məsələsi aydındır, əgər Krım hadisələrinə kimi orada kimdəsə hansısa illüzor yaxınlıq hissi qalmışdısa da, 2014-dən sonra artıq münasibətlər hamıya gün kimi aydın oldu. Belarusda da hazırda bu proseslər getməkdədir, orada insanlar artıq bir ildən çoxdur ki, faktiki Rusiyanın tarixi düşməni olmuş Rzeczpospolita bayraqları altında üsyan edir - bu da ruslar üçün çox konkret mesajdır. Belə görünür ki, bu proseslər qarşısıalınmazdır”.

E.Mirzəyevin fikrincə, bu ilin əvvəlində elanı verilmiş “Turan” layihəsi, şükür ki, hansısa illüziyalar yox, konkret sırf logistika və qarşılıqlı maraqlar üzərində qurulub, bütün iştirakçılarının da məsələlərə çox gerçəkçi baxışları var.

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, istər Rusiya, istər Ukrayna, istərsə Belarus olsun - slavyan xalqlarıdırlar: “Onların adət-ənənələri, dini etiqadları eynidir. Amma böyük dövlətlər bu münasibətləri parçalamaqdadır. Ukrayna bir alətə çevrilib və ABŞ slavyan xalqlarını bölməklə Rusiyanı təkləməkdədir. Putin bunu yaxşı anlayır və məqalədə də qeyd edir ki, ukraynalılarla eyni soydanıq. Putin məqalədə onu da deyir ki, Ukrayna xalqı dövlətin idarəçiliyini böyük dövlətlərin əlinə verib. Təbii ki, həmin güclər ictimai rəydə antirus təbliğatını artırır, mətbuatda anti-Rusiya əhval-ruhiyyəsi hiss olunur”.

A.Məsiyev hesab edir ki, xalqların siyasi məqsədlər üçün istifadə edilib parçalanması yolverilməzdir: “Biz bunun tarixi nümunələrini görmüşük. Putinin məqaləsi Ukrayna xalqına xitabdır, dostluq əhval-ruhiyyəsi sezilir. Amma açıq deməsə də eyham vurur ki, Ukrayna dövlətini Amerika idarə edir. Bu gün Putin slavyan xalqlarının birliyinin qorunmasında maraqlıdır. Sadəcə, bunu qəbul etmək istəməyən Qərbyönümlü siyasətçilər var”.

Ekspertin fikrincə, slavyan xalqları ilə türk xalqlarının birliyi bir qütb deməkdir: “Bu yöndə proses gedir, Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması iki xalqın yaxınlaşması deməkdir. Amma Qərb həm türkdilli, həm slavyan xalqlarının birliyinə mane olmaq istəyir. Putinin bu məqaləsi də slavyan xalqlarının birliyini yaratmağa hesablanıb”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru