Güneydə milli müstəqillik mübarizəsi gedir - Makuyi
Tarix: 12-12-2022, 09:37 | Çap et
 DİA.AZ Güney Azərbaycan Müvəqqəti Milli Məclis Təşkilat Komitəsinin üzvü Elyar Makuyinin 21 Azər Hərəkatı ilə bağlı Axar.az-a müsahibəsini təqdim edir:
- Bu gün 21 Azər Hərəkatının ildönümüdür. Pişəvəridən indiyə qədər nə dəyişdi?
- O gün də, bu gün də Güney Azərbaycan məsələsi gündəmdədir. Ancaq bir fərq var. O vaxt Pişəvəri İran daxilində digər xalqların da haqlarını bərpa etmək istəyirdi. Güney Azərbaycan milli hökumətini qurarkən, “bütün xalqların azadlığını istəyirik” deyib irəli getdi. Bir ildə olduqca böyük uğurlar əldə edildi: ana dilində məktəblər açıldı, işçi qüvvəsi təkmilləşdi, Güney Azərbaycan inkişaf etdi, müstəqil siyasət yürütməyə başladı. Ancaq çevrəsində olan bəzi insanların yanlış məşvərəti nəticəsində Pişəvəri Tehran rejiminə inandı. Elə bu inam da milli hökumətin sonunu gətirdi. O vaxt müstəqil Azərbaycan Cümhuriyyəti yox idi, Türkiyə də indiki gücdə deyildi. Bu gün isə Güney Azərbaycan türklərinin 80 faizi milli məsələdə oyanıb, artıq fars, Tehran mərkəzli hökumətlə bir yerdə olmaq istəmir, onlara inanmır. Daha da önəmlisi bölgədə güclü Azərbaycan və Türkiyə var. Bu gün İranın tərkibində hər bir xalq öz azadlıq mübarizəsini aparır. 1945-ci ildəki hadisələrdən dərs alaraq artıq Tehran mərkəzli hakimiyyətə inanmayacaq, milli hökuməti bərpa etmək üçün əlimizdən gələni edəcəyik.
- Güneyli soydaşlarımızın davam edən etirazları fonunda hərəkatın ildönümü ilə bağlı hər hansı tədbir keçirməsi gözlənilir?
- Güney Azərbaycanda son 70 ildir 21 Azərin ildönümündə müxtəlif tədbirlər keçirilib. Amma bunu açıq şəkildə edə bilmirlər. Çünki hər zaman – həm şah, həm molla rejiminin qadağaları ilə qarşılaşıblar. Hətta rejim ildönümündə proqram keçirənləri nəzarətə götürüb, illərlə həbsə məhkum edib. Ona görə də ildönümünün İranda son 83 gündəki etirazlarla eyni vaxta təsadüf eləməsi təzyiqləri bir qədər də artıracaq. Güney Azərbaycanda bəzi etirazlar olacaq, rejim də indidən buna icazə verməyəcəyini bəyan edib. Fars-molla rejimi, eləcə də şah rejimi 21 Azər hərəkatını qəbul etməyib, indi də etmir, onu İrana böyük xəyanət kimi görürlər. Hətta məktəb vəsaitlərində Pişəvəri xain kimi təqdim edilir. Güney Azərbaycanda 21 Azərdə (1946-cı il – red.) minlərlə insan Qərbin dəstəyi ilə öldürülüb, yaxud edam edilib. Həmin gün bizim üçün qanlı, eyni zamanda, tarixi gündür. Amma İran rejimi bunu əksinə, “Azərbaycanın qurtuluşu” olaraq adlandırır. Orada 30 minə yaxın türkün öldürülməsinə baxmayaraq, həmin tarixi - 1946-cı ilin 12 dekabrını İranın milli günü kimi qeyd edərək, “biz vurduq, öldürdük, Azərbaycanı türklərdən geri aldıq” informasiyasını yayırlar. Bu səbəbdən də bizlərə 1945-ci ilin 21 Azər gününü (Tam bir il yaşayan Milli Hökuməti – red.) qeyd eləməyə heç bir şəkildə imkan vermirlər.
- Aksiyalarda “Azadlıq, ədalət, milli hökumət” şüarları çox səsləndirilən şüarlardandır. Bunu şüardan əmələ keçirmək üçün nə kimi addımlar atılır?
- Bir sıra milli fəal vətəndən kənarda birləşərək Güney Azərbaycan Müvəqqəti Milli Məclisinin qurulması üçün təşkilat komitəsi təşkil ediblər. Yüzlərlə güneyli fəal bu komitəyə dəvət edilib. Onlar Güney Azərbaycan türklərinin səsi olmağı, sözlərini dünyaya çatdırmağı qarşılarına məqsəd qoyublar. Həmçinin, Güneydə yaşayanlarla məxfiliyini qorumaq şərti ilə əməkdaşlıq edir, fikir mübadiləsi aparırıq. Görülən işlərlə mübarizəmizi daha da inamla irəli aparmağa, Güney Azərbaycanın müstəqilliyinin əldə edilməsinə çalışırıq. 27-30 noyabrda Azərbaycan Respublikasında Milli Məclisimizin qurulması ilə bağlı bəzi görüşlər baş tutdu. Əminik ki, bu məclisin qurulması ilə Güney Azərbaycan öz mübarizəsini daha fərqli yerlərə gətirəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25 |
|
|
|
|