Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                 

Spikersiz parlament, Konqresdə daxili çəkişmələr və... – ABŞ-da Ukrayna ilə bağlı iki mövqe
Tarix: 7-01-2023, 08:49 | Çap et
Spikersiz parlament, Konqresdə daxili çəkişmələr və...
Amerika-Ukrayna Konqresinin kommunikasiyalar üzrə direktoru, politoloq Andrey Dobryanski UNIAN-a müsahibəsində ABŞ Konqresindəki siyasi böhrandan, ABŞ Parlamentinin nə vaxt işə başlaya biləcəyindən, 2023-cü ildə Ukraynaya dəstəklə bağlı hansı məsələlərə baxılacağından danışıb. DİA.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Cənab Andrey, 118-ci ABŞ Konqresinin bir neçə gündür spiker seçə bilməməsinin səbəbini izah edə bilərsinizmi?

- Onlar inadla Respublikaçılar Partiyasından olan Kevin Makkartini (ABŞ Nümayəndələr Palatasında respublikaçıların lideri) spiker seçmək istəmirlər. Kevin Makkarti bu vəzifəyə namizəd olmaqdan imtina edənə qədər onların səsverməni davam etdirməsi mümkündür. Onda rəhbərlik Stiv Skalizəyə keçə bilər. O olmasa, siyahıda daha beş-altı adam var... Belə bir vəziyyət bir əsr əvvəl, 1923-cü ildə də baş verib. Eyni zamanda, 1998-ci ildə, Respublikaçılar Partiyasının siyahısında altıncı şəxs spiker seçilib. Yəni ki, belə hallar olur.

- Lakin o zaman vəziyyət daha sakit idi və bu gün Nümayəndələr Palatasının sədrinin seçilməsi aktual məsələdir. Axı yeni Konqres işə başlamalıdır...

- Məncə, bu həftə artıq məsələ öz həllini tapacaq. Hər kəs spikerin 6 yanvar cümə gününə kimi seçilməsini istərdi. Daha sonra onlar öz dairələrinə səyahət etmək üçün həftəsonunu seçə bilərdilər. Bundan əlavə, spiker seçilmədiyi üçün yeni seçilən Konqres üzvləri and içməyiblər. Və əgər yanvarın 13-nə qədər razılıq əldə olunmasa, o zaman məsələn, konqresmenlərin köməkçiləri bu il ilk maaşlarını ala bilməyəcəklər.

- Konqresmen Kevin Makkarti “Ukrayna boş çek almayacaq” dedikdən sonra məşhurlaşıb. Əgər o, nəhayət spiker seçilərsə, sizcə, bu, yeni Konqresdə Ukraynanın dəstəklənməsinə mənfi təsir göstərə bilərmi?

- Aralıq seçkilər ərəfəsində namizədlərin dediklərini nəzərə almaq lazım deyil. Sonra çoxlu yaxşı sözlər də dedilər. Lakin bütün bunlar seçkiqabağı bəyanatlardır.

Məsələn, Ohayodan olan yeni senator seçki kampaniyası zamanı keçmiş Prezident Donald Trampın yanında olduğunu bildirib. O, ABŞ-ın Ukraynaya nə qədər pul verdiyini hamının bilməli olduğunu deyirdi. Amma indi o, xeyli ukraynalının yaşadığı ştatın senatoru olub. Ola bilsin ki, indi fikrini dəyişəcək ki, Ohayoda seçiciləri ilə dil tapa bilsin.

Tezliklə məni Daniel Qoldman qəbul edəcək. Bu, Ukrayna təşkilatlarının ən çox cəmləşdiyi şəhər olan Nyu-Yorkda yeni konqresmendir. Seçkidən əvvəl onun Ukrayna ilə bağlı mövqeyi yox idi, lakin indi o, böyük bir icmanı təmsil edəcək və Konqresdə Ukrayna ilə bağlı məsələlərdə aktiv iştirak etməli olacaq. Biz icmamızı təqdim etməyə və onunla əməkdaşlıq etməyə hazırıq.

- Demək istəyirsiniz ki, Nümayəndələr Palatasına kim başçılıq edirsə, bu, Ukraynaya dəstəyə təsir etməyəcək – təbii ki, çox radikal namizəd seçməsələr. Bəs bütün Palatanın dəstəyi olmadan radikal namizəd necə sədr olacaq?

- Ukrayna üçün ən pis vəziyyət spikerin seçilməsinin iki ay gecikdirilməsi olacaq. Axı fəal Nümayəndələr Palatası olmadan mühüm qanun layihələri qəbul edilə bilməz. Razılaşmanın olmaması səbəbindən bölünmüş konqresmenlər və "donmuş" Amerika düşmənimizin görmək istədiyi haldır.

- Sizcə, yeni Konqresdə Ukraynaya ikipartiyalı dəstək qalacaqmı?

- Ukraynaya dəstək ikitərəflidir. Ölkəmizi dəstəkləyən konqresmen və senatorlardan ibarət Ukrayna qrupu var. Senatda təxminən on beş nəfər, Konqresdə dörd həmsədr və təxminən qırx-əlli konqresmen var.

Məsələn, Respublikaçılar Partiyasının komandasına Ukrayna qrupunun həmsədri Brayan Fitspatrik daxildir. O, Ukraynada olub və Ukrayna ictimaiyyətini çox yaxşı tanıyır. Bu, Ukrayna üçün çox güclü və təsirli səsdir.

Ukrayna tərəfdarlarının digər həmsədri Demokratlar Partiyasının nümayəndəsi Marsi Kapturdur. O, bəzi komitələrə sədrliyin demokratlara veriləcəyi təqdirdə Respublikaçılar Partiyasından spiker vəzifəsinə fərqli namizədə səs verəcəklərini deyən konqresmenlərdən biri oldu. Gördüyünüz kimi, hər iki partiyada Ukraynanın çox nüfuzlu dostları var.

- Dediniz ki, spiker seçilməsi yubandığından Ukrayna ilə bağlı bəzi qanun layihələri qəbul oluna bilmir. Söhbət hansı sənədlərdən gedir?

- Söhbət ötən ilin dekabrın sonunadək 117-ci sessiyada baxılmayan bütün qanun layihələrindən gedir. Yəni onların hamısı yenidən təklif olunsun, yeni yardımlar olsun.

Məsələn, Rusiyanın terrorun sponsoru olan dövlət kimi tanınması məsələsinə hələ də baxılmayıb. Söhbət həm də Rusiyanın hərəkətlərinin Ukrayna xalqının soyqırımı kimi tanınması ilə bağlı qətnamədən gedir. Bundan başqa, “Vaqner”in terror təşkilatları siyahısına salınması ilə bağlı qanun layihəsini də qeyd etmək olar. Yardım haqqında qanun layihələrinin əksəriyyəti hələ bütün komitələr tərəfindən nəzərdən keçirilmədiyi üçün baxılmağa belə başlanmayıb.

Bəzi layihələrə bir ay ərzində komitələrdə baxıla bilər. Yeri gəlmişkən, konqresmenlərdən biri Cerri Konolli 2014-cü ildən bəri hər il Krımın Rusiya tərəfindən ilhaqının rəsmən tanınmaması haqqında qanun layihəsi hazırlayırdı. O, bir neçə dəfə belə ayrıca qanun layihəsi təklif edib. Amma bu məsələ sonda başqa bir layihəyə salındı. İndi 2016-cı ildən başlayaraq hər il Amerika büdcəsində Rusiyanın işğal etdiyi ərazilərin tanınmaması ilə bağlı sətir var.

- Qeyd etdiyiniz qanun layihələrindən hər hansı birinin 2023-cü ildə qəbul ediləcəyini gözləmək olarmı?

- Fikrimcə, Konqresdə daxili çəkişmələrinin aradan qalxmasını gözləmək lazımdır. Biz artıq bilirik: Nümayəndələr Palatasının spikeri kim olursa olsun, Respublikaçılar Partiyası Prezident Co Baydenə qarşı müxtəlif qalmaqallar yaratmaq istəyir. Onlar bir çox məsələləri ictimai şəkildə araşdırmaq istəyirlər. Yəni onların hansı işlərlə məşğul olacağını anlayırıq. Lakin biz gözləyirik ki, bu ilin sentyabrına qədər respublikaçılar və demokratlar əməkdaşlıq etmək imkanı tapacaqlar. Yəni sentyabrda büdcə bitəndə onun müddəti uzadılmalı olacaq. Amma düşünmürəm ki, biz yaydan əvvəl Ukrayna ilə bağlı hər hansı qanun layihəsi görəcəyik.

Buna görə də Konqresin 2022-ci ilin sonuna qədər Ukraynaya yardım üçün 45 milyard dollar ayırdığı 2023-cü il üçün hökumət büdcəsini razılaşdırması çox vacib idi.

- Konqres yeni il ərəfəsində respublikaçı senator Lindsi Qrem tərəfindən rusiyalı oliqarxların aktivlərinə həbs qoyulması və onların Ukraynaya verilməsi ilə bağlı düzəlişi də dəstəkləyib. Sözügedən məbləği və ABŞ-ın onu nə vaxt Ukraynaya köçürə biləcəyini bilirsinizmi?

- Hazırda biz Xəzinədarlıq Departamentindən Konqresə mövcud vəsaitlər haqqında məlumat verəcək rəsmi hesabatı gözləyirik. Bu, qanunun imzalanmasından sonra 90 gün ərzində baş verməlidir. Hələlik məlumdur ki, söhbət bir neçə yüz milyon dollardan gedir. Amma rəsmi rəqəmləri mart ayında konqresmenlərdən eşidə biləcəyik.

Martın 8-9-da yeni seçilmiş Konqresdə “Ukrayna günləri” keçiriləcək. Bu günlər ABŞ-dakı Ukrayna icmasının Vaşinqtonda toplaşacağı günlər olacaq. Biz konqresmenlərlə Ukraynaya yardım, köçkünlərə dəstək və xüsusən də bu məsələni müzakirə edəcəyik.

- 2022-ci ilin sonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi respublikaçılar tərəfindən irəli sürülən Ukraynaya hərbi yardımın auditi ilə bağlı qətnaməni rədd edib. Niyə ABŞ ümumiyyətlə yardım auditindən danışır və yeni Konqres bu məsələyə qayıda bilərmi?

- Hesab etmirəm ki, auditin qərarı ədalətli təklif idi. Amma dürüst bir təklif olsaydı, məncə, dəstək olardı. Axı, Ukraynanın ABŞ Konqresindəki bir çox dostu da auditin olmasını istərdi. Mən Trampı dəstəkləyənləri nəzərdə tutmuram. Məsələn, bəziləri istəyərlər ki, niyə fondlar vasitəsilə Ukraynaya kifayət qədər humanitar yardım çatmayıb. Söhbət milyardlarla dollarlıq yardımın göstərilməsi ilə bağlı imzalanmış qanun layihəsindən gedir. Ancaq çoxlu suallar var: hər şey birbaşa Ukraynaya gedir, yoxsa hər şey beynəlxalq fondlar, məsələn, BMT, Qırmızı Xaç və başqaları vasitəsilə gəlir. Yəni konkret səbəblər var ki, araşdırmalar və auditləri görməliyik.

Məsələn, 2014-cü ildə artıq Senatda oxşar araşdırmalar olub. Daha sonra senator Makkeyn Obamanın müşavirlərinə Ukraynaya yardım haqqında imzalanmış qanunun icrası ilə bağlı sual verib. Siyahıya baxıb soruşdu ki, məsələn, Ukraynaya yorğan-döşək verilir, amma termal kameralar niyə verilmir? Yaxud da, ABŞ-ın Ukraynaya vəd etdiyi bütün yardımlar haradadır? Yəni söhbət yardımın göstərilməsindən gedirdi, amma nə Ukrayna, nə də ABŞ başa düşürdü ki, dövlətlər bunu həqiqətən də köçürüblər. Bütün bunlar 2014 və 2015-ci illərdə yoxlanılıb. İndi vəziyyət dəyişib, çünki artıq hər bir məsələnin araşdırılması üçün xüsusi müfəttişlər var.

- İstənilən halda audit mövzusu həmişə rezonans doğurur. Belə bir fikir var ki, respublikaçıların ritorikası ABŞ vətəndaşlarının fikirlərində öz əksini tapır. Məgər Amerika vətəndaşları başa düşmürlər ki, Ukraynaya nə üçün yardım göstərilməlidir?

- Konqresdə Ukraynanın əksinə olanlar dəstək üçün nə qədər pul ayrılmasından danışmaq istəyirlər. Yalnız rəqəmlərdən danışmaq istəyənlər yəqin ki, Ukraynaya kömək etmək istəmirlər. Onlar bu yardımın ABŞ-a nə qədər baha başa gəldiyindən insanların şoka düşməsini istəyirlər. Məsələn, bir “Patriot” batareyası bir milyona başa gələ bilər dikri çox səslənir...

Bilirsiniz, mən ukraynalı jurnalistlərlə yardım haqqında danışanda soruşurlar: “Niyə bu qədər azdır?”. Amerikalı jurnalistlərlə danışanda isə onlar soruşurlar: “Niyə bu qədər çoxdur?”. Ona görə də cəmiyyətlə ünsiyyəti yaxşılaşdırmaq lazımdır. İnsanlar rəqəmlərə baxır, amma ötürülən silahların mənasını və sayını anlamırlar. ABŞ-ın niyə daha çox yardım verməli olduğunu daha çox izah etmək lazımdır.

Yeri gəlmişkən, Ukraynaya dəstək verilməməsi üçün səslər əsasən ABŞ-ın keçmiş Prezidenti Donald Trampı dəstəkləyən siyasətçilərə məxsusdur. Amma onlar yalnız hansısa müxalif fikrə sahib olmaq üçün bu məsələdə israr edirlər.

- Trampın tərəfdarlarından söz düşmüşkən, onların ABŞ Konqresində qanadı nə dərəcədə təsirlidir? Onlar Ukraynaya dəstək verən hər hansı qərarın qarşısını ala bilərlərmi?

- Ola bilsin ki, Trampı 40-50 nəfər dəstəkləyir. Amma hər ay biz onun Konqresdə dəstəyinin onunla bağlı qalmaqallara görə zəiflədiyini görürük. Məsələn, eşitdik ki, “6 Yanvar” komitəsi ötən ay öz işini başa vurub (Nümayəndələr Palatasının komitəsi 2021-ci il yanvarın 6-da Kapitoliyaya hücumu araşdırıb və ABŞ Ədliyyə Departamentinə Trampa qarşı dörd maddə üzrə cinayət işi açmağı tövsiyə edib). Bu, Trampın nüfuzunu bu il daha da azalda bilər.

Deyilənlərə görə, Tramp onu dəstəkləməyə çağırdıqdan sonra da Makkarti yenidən səs itirib. Hazırda Makkartini spiker postuna seçmək istəməyən Tramp tərəfdarlarıdır. Konqresdəki vəziyyətə və onun Ukraynanı dəstəkləməsinə gəlincə, hər şey komitələrə kimin başçı olacağından asılıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru