Rusiyanın yalanları: "çirkli bomba"dan AES-lərdəki sursat anbarlarınadək - AKTUAL
Tarix: 27-01-2023, 08:24 | Çap et
 Rusiya Ukraynanı nüvə stansiyalarından sursat anbarı kimi istifadədə ittiham edib. Moskva mətbuatı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti Sergey Narışkinin müvafiq bəyanatını yayıb. Xüsusilə, o bildirib ki, Ukrayna qatarla silah idxal edir və partnyorlar tərəfindən Ukraynaya verilən ağır silahları Rivne AES-in sənaye sahəsində saxlayır.
Nəzərə almaq lazımdır ki, 2022-ci il sentyabrın əvvəlində Zaporojye AES-in 1 və 2-ci enerji bloklarının mühərrik otaqlarına hərbi texnikanı, döyüş sursatını gətirən, onu estakadaların altına və reaktor bölmələrinin yanına yerləşdirən Rusiya hərbçiləri idi. Hərbçilər sənaye meydançasında kazarmalar qurur və fövqəladə böhran mərkəzindən bomba sığınacağı kimi istifadə edərək, AES-in personalının oraya girişini əngəlləyir. Hərbi ağır texnikanın yerləşdirilməsi faktları MAQATE-nin hesabatında bütün bunları öz gözləri ilə görən baş direktor Rafael Qrossi tərəfindən şəxsən qeyd olunub. O, hesabatı sentyabrda BMT Təhlükəsizlik Şurasının iclasında təqdim edib. İndi isə Rusiya Ukraynanı AES-də silah saxlamaqda ittiham edir.
Bu, rusların ilk yalanı deyil. Xatırladaq ki, hələ 2022-ci il mart ayının əvvəlində Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti iddia edirdi ki, “sonradan nüvə başlıqlarının dizaynında istifadə oluna biləcək nüvə partlayıcı qurğunun yaradılması üzərində iş bir neçə elmi sahədə aparılıb. Sahələrdə əsas rol Xarkov Fizika və Texnologiya İnstitutunun alimlərinə həvalə edilib və onlara Ukraynanın bütün elmi müəssisələrindən, o cümlədən Nüvə Təhlükəsizliyi Problemləri İnstitutundan kömək gəlib. Çernobıl atom elektrik stansiyası zonasında həm "çirkli bomba” istehsalı, həm də plutoniumun buraxılması ilə iş gedir. Çünki Çernobıl zonası üçün adiləşən artan radiasiya fonu bu cür işlərin aparılmasını gizlədir”. Bu iddia təbii ki, ağ yalan idi.
2022-ci ilin oktyabrında “həşərat və qazlarla mübarizə” fantaziyaları işə yaramayanda yenidən “çirkli bomba” haqqında saxtakarlıq peyda oldu. Ruslar iddia etdi ki, “çirkli bombaların istehsal edildiyi yerlərdən biri” Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutudur. Akademiya bəyanatlarla saxtakarlığa cavab verdi və Ukrayna bu müəssisələri yoxlamaq üçün MAQATE-nin mühafizə müfəttişlərini dəvət etdi.
Yeri gəlmişkən, Ukrayna MEA-nın, eləcə də “VostGOK”un nüvə məsələləri ilə məşğul olan qurumları MAQATE-nin nüvə materialının və nüvə texnologiyalarının yayılmaması zəmanəti altındadır. Təkcə son iki il ərzində, o cümlədən hərbi vəziyyət dövrü ərzində MAQATE bu qurumlarda nüvə materialının inventarlarını və ondan istifadə üzrə fəaliyyətləri yoxlamaq, habelə Ukrayna ilə MAQATE arasında təminatlar haqqında Sazişin, bu Sazişə Əlavə Protokolun digər müddəalarına və tələblərinə əməl edir.
Bu yoxlamalar bəyan olunmamış nüvə fəaliyyətinə dair heç bir sübut aşkar etməyib. Eləcə də "çirkli bomba" yaratmaq işi ilə bağlı fərziyyələrə səbəb ola biləcək iş yoxdur...
Buna görə də, Rusiya Xarici Kəşfiyyat İdarəsi təlimata əsasən və Putinin sevimli ifadəsinə uyğun olaraq saxtakarlıqlar yaymağa davam edir. Faktiki olaraq, rus təbliğatçıları Ukraynanı özlərinin etdiklərinə görə ittiham edirlər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Ukraynanın atom elektrik stansiyalarından düzgün istifadə etməməsi ilə bağlı Rusiya yalanı Rafael Qrossinin və MAQATE ekspertlərinin Rivne AES, Cənub AES və Çernobıl AES-də daimi əsasda qalması ilə bağlı geniş yayılmış faktlardan sonra ortaya çıxıb.
Aydındır ki, rusların yalan məlumatı daxili auditoriya üçün nəzərdə tutulub. Amma beynəlxalq aləmi də unutmurlar.
“Həşəratlarla zəhər yayma, "çirkli bombalar" haqqında digər fantastik versiyalar və Zaporojye AES-in atəşə tutan Ukraynadır” yalanları ilə BMT Təhlükəsizlik Şurasının üzvlərini dinləmək məcburiyyətində qoyur. Çünki Rusiya daim öz tələblərinə uyğun olaraq iclaslar çağırır. Ümid edirəm ki, ukraynalı diplomatlar artıq Rusiyanın BMT Təhlükəsizlik Şurasından və MAQATE-nin rəhbər orqanlarından kənarlaşdırılması məsələsi üzərində fəal işləyirlər.
Müəllif: Olqa Koşarna - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert, Ukrayna Nüvə Cəmiyyətinin üzvü. Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25 |
|
|
|
|