Bu zəlzələdən Türkiyə siyasəti SAĞLAM ÇIXA BİLƏCƏKMİ? - İNCƏLƏMƏ...
Tarix: 9-02-2023, 15:26 | Çap et
 Türkiyədəki güclü zəlzələnin ortaya qoyduğu fəlakətli nəticələr Ankaranın xarici siyasət prioritetlərinin icrasında axsamalarla müşayiət oluna bilər. Türkiyə, təbii ki, qlobal məkanda yaranan geosiyasi boşluqlara sızaraq oyunçuluq qabiliyyətini yüksəltmək iddialarından vaz keçmir. Ancaq ölkədə yaranmış faciəli mənzərə, humanitar fəlakət xarici siyasətdəki məqsədlərdən müvəqqəti yayınmalara gətirib çıxarmaq həddindədir. Türkiyənin rəqibləri zəlzələdən sonra ölkə daxilində əlavə təxribatların müəllifi ola bilərlər. İkinci tərəfdən, onlar Ankaranın Yaxın Şərq, Cənubi Qafqaz, Afrikadakı maraqları ilə ziddiyyət təşkil edən proseslər üçün fürsət axtaracaqlar. Gümanla, bunlar bir-birilə zəncirvari bağlılıq formasında təzahür edəcək, ancaq Türkiyə özünün strateji maraqlarından qopmayacaq. Türkiyənin strateji hədəfləri istiqamətindəki ləngimələrdən PKK istifadə etməyə cəhd göstərə bilər. PKK himayədarlarının dəstəyi ilə Suriya və İraqda təxribat zonasını genişləndirməyə can atmaq eşqi ilə alışıb-yanır. Hərçənd ki, PKK-nı Türkiyəyə qarşı qılınc kimi istifadə etməyə çalışan ölkələr belə, Ankaraya humanitar yardımlar edirlər və zəlzələ fəlakətinin aradan qaldırılması üçün səylər göstərirlər. Bu, dövlət etikasıdır və Ankara da gələcəkdə qarşılığını verəcək. Ancaq strateji stereotiplər qalmaqdadır ki, humanitar böhran məqsədlərini həyata keçirmək üçün rəqiblərə şans verir. Türkiyə zəlzələnin vurduğu zərərlərin xarici siyasətdə əks-səda verməməsi üçün ölkə daxilində qabaqlayıcı tədbirlər görməli və zərərçəkənlərə kompensasiya ödənişini, yenidənqurma işlərini sürətli proqramla icra etməlidir. Türkiyə imkanı yaxşı olan ərəb ölkələrindən külli miqdarda yardım ala bilər, bu siyahıya Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Artıq müəyyən məbləğlərdə yardımlar da edilib, lakin bunun davamlı olacağını söyləyə bilərik. Türkiyə ölkə daxilində və xaricdəki prioritetlərini qorumaq üçün öz strateji müttəfiqi Azərbaycanla, əlaqələrdə yeni səhifə açdığı İsraillə məlumat mübadilələrini genişləndirə bilər. Üç ölkənin Cənubi Qafqaz regionundakı üçtərəfli maraqları Azərbaycan-Ermənistan münasibətlərindəki kor düyünlərin açılmasına köklənə bilər. Çünki bu düyünlərin açılmasını istəməyən İran vəziyyəti regional eskalasiya nöqtəsinə gətirir (bu barədə informasiyalar dövriyyədədir). Türkiyəyə və Azərbaycanın strateji maraqlarına dəstək olan güclər yeni alovlanmanın qarşısını almaqdan ötrü bir sıra addımlar atacaqlar. Azərbaycanın edə biləcəyi güclü informasiya əməliyyatları hazırlayıb ona qarşı olan gücləri ifşa etmək, paralelində isə Silahlı Qüvvələri hazırlıq vəziyyətində saxlamaqdır. Bu paralel Azərbaycana qarşı oyun qurmaq istəyənlər üçün real effekti ola biləcək konsepsiyadır. Beləliklə, Türkiyədəki zəlzələ fürsətcillər üçün göydəndüşmədir və onlar rəqabətin arealını müxtəlif səviyyələrə qaldırmaqda maraqlıdırlar. Türkiyə müxalifəti isə Ankaranın xarici siyasətinə dəstək verir, hərçənd ki, üzdə bir sıra tənqidlər səslənir. Müxalifət ona görə dəstək vermək məcburiyyətindədir ki, strateji maraqlar ölkənin xarici siyasətindəki təməldir və bu bünövrəni sarsıtmaq Ankaranı oyunçuluqdan kənarlaşdırar. Türkiyə isə strateji oyunçu olmaq məcburiyyətindədir. Birincisi: Ölkənin yerləşdiyi coğrafiya qarışıq və mürəkkəb proseslərlə zəngindir; İkincisi: Xaricdən Türkiyənin özünə yönəlmiş əlavə cəbhələr açılır. Türkiyə aktor kimi qalmaqla bunların öhdəsindən gəlir və müxalifət də bunu gözəl anlayır. Aqşin Kərimov, Siyasi şərhçi DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25 |
|
|
|
|