`Kitayski` SÜLH PLANI... - İNCƏLƏMƏ...
Tarix: 27-02-2023, 15:10 | Çap et
 Avroatlantik məkanın təhlükəsizliyinin Ukraynadakı müharibə səbəbindən ağır təhdid altına düşməsi, deyəsən, Çini da cuşa gətirir. Çinin Ukraynadakı münaqişədə siyasi və praktiki əhəmiyyətini artırmaq üçün aktivləri bir əldə cəmləməsi cəhdi NATO-nun qaydalarına əsaslanan nizamla uyğunluq təşkil etmir. Münhen Təhlükəsizlik Konfransından sonra Çin amilinin münaqişədəki iştirak səviyyəsinin koordinatlarını müəyyənləşdirməsi bir sıra dərin mətləblərin açarını təqdim edir. ABŞ-nin təbirincə desək, Çin Rusiyaya ölümcül silahlar ixrac etməyi ciddi şəkildə nəzərdən keçirir – bu, Ukraynanın hərb meydanındakı nisbəti Kremlin xeyrinə dəyişdirə bilər. Qərb üçün ən təhlükəli tərəf Çin dronlarının və ballistik raketlərinin Rusiyaya tədarük edilməsi riskləridir. Beləcə, NATO-nun Ukraynanı, İranın Rusiyanı silahlarla təmin etməsinin davamını Çin gətirir. Yəni Qərb-Kiyev ittifaqına qarşı Moskva-Tehran-Pekin oxu formalaşdırılır. Çin münaqişənin nəticələrinin iqtisadi yekunlarında monopoliya yaratmaq üçün oyunçuluğunu gücləndirməyi zərurət hesab edir, yəni Pekin Moskvanı və Tehranı mühafizə etməyi deyil, onların vasitəsilə özünəməxsus qaydalar qurmağı hədəfləyir. Çin məqsədlərinə çatmaq, yəni münaqişənin mümkün həllindən sonra yaranan iqtisadi mənzərələrdən maksimal qazanclar əldə etmək üçün 12 bəndlik sülh planını da hazırlayıb. Belə bir planın ərsəyə gəlməsi Çinin Rusiyaya silah verməsi barədə həyəcanlı məlumatlar, bəyanatlar fonunda bir məsələni dəqiqləşdirir: Çin ölümcül silahlarla Qərbi qorxudur, məqsədi NATO-nu Ukrayna meydanından geri çəkib, prosesləri öz sülh planına uyğun tərtib etmək və yarana biləcək nəticələri Rusiya ilə bölməkdir. Hərçənd ki, Çin Xarici İşlər Nazirliyinin açıqladığı 12 bəndlik sülh planının narrativləri zahiri cəhətdən qulağa xoş səslənir (rəy bölümündə). Bəndlərin mahiyyəti NATO-nun genişlənmə siyasətinin ziddinədir və Alyansa xəbərdarlıq tonundadır. Çünki təhlükəsizliyə dair Çin baxışı ilə Qərbin mövqeləri bir-birindən uzaqdır. Çinin təklif etdiyi sülh təklifləri uzaqlaşmış mövqeləri bir-birinə yaxınlaşdıra biləcək potensiala malik deyil. Pekin özü bunu yaxşı bilir, ona görə də güc vasitəsilə, yəni Rusiyaya silah ixracını stimullaşdırmaqla Qərbin geri çəkilməsinə çalışıb, özünü üstün mövqelərə çıxarmaq istəyir. Qərb Pekinin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış etmək üçün beynəlxalq etimadının olmadığını əsas gətirərək Çinin sülh planını böyük ölçüdə kənara tullayır. Beləliklə, Çin Ukraynadakı müharibəni yekunlaşdıra biləcək etibara malik olmadığından onun sülh planı münaqişədə Rusiyanın tərəfini tutan tezislərin inkişaf etdirilməsi kimi şərh oluna bilər. Çin baş verəcəkləri hesablayır, bilir ki, onun Ukrayna müharibəsində Rusiyanın xeyrinə aşkar manevrlər etməsi Pekini sanksiya zərbəsinə tuş gətirə bilər. Belə olan təqdirdə, sanksiyalardan yayınmaq üçün ən münbit ölkə Belarusdur, buna görədir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri gözlənilir. Lukaşenko Kremlin təlimatları ilə Rusiya və Çinə sanksiyalardan yayınmaqda kömək etmək vəzifələrini icra etmək məsuliyyətini daşıyır. PROQNOZLAR: 1. Çinin sülh tezisləri Ukraynadakı müharibənin danışıqlar yolu ilə nizamlanması üçün ciddi plan deyil və əsasən, NATO tərəfindən rədd edilməyə davam edəcək. Çünki NATO düşünə bilər ki, Çinin sülh planı Rusiya əvəzinə, Ukrayna və Qərbin təqsirkar olduğunu təlqin edir və Rusiyanın müharibəni təşkil etməsini dəstəkləyir. 2. Çin yaranan qeyri-müəyyənlikdən Avropa bazarlarına çıxışı saxlamaq səyləri üçün istifadə edəcək və daha böyük gəlir əldə etmək üçün çalışacaq. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|