Gözlənilən vaxt yetişdi: “Ukrayna ordusu hər an əks-hücuma başlaya bilər” - GƏLİŞMƏ
Tarix: 19-04-2023, 15:11 | Çap et
 Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi 14 aydan çoxdur ki, davam edir. Hazırda Ukraynanın şərqində ağır döyüşlər gedir. Rəsmi Kiyev bəyanatlarında bildirir ki, qələbə qazanacaqları günədək döyüşləri davam etdiriləcək. Xarici və yerli ekspertlər bu yaxınlarda Ukrayna ordusunun sürətli əks-hücum əməliyyatlarına başlayacağını proqnozlaşdırırlar. Kiyev rəsmiləri də əks-hücum barədə mütəmadi olaraq bəyanatlar verir, buna hazırlıqların görüldüyünü bildirirlər.
DİA.AZ bildirir ki, Ukraynada yaşayan və prosesləri yaxından izləyən azərbaycanlı jurnalist İdrak Camalbəyli son vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandırıb. Jurnalistin sözlərinə görə, hazırda bütün diqqətlər Ukraynanın şərqinə, Donbass vilayətinə yönəlib:
- Baxmut rayonu uzun müddətdir ki, müdafiə olunur. Orada şiddətli döyüşlər gedir. Baxmutla bağlı Rusiya mediasının yaydığı məlumatlar tamamilə dezinformasiyadır. Guya Baxmutun 80 faizini işğal edə biliblər, amma yalandır. Priqojin bəlkə 10-15 dəfə Baxmutu “alıb”. Bunlar hamısı yalandır, hazırda döyüşlər şiddəti ilə davam edir, amma Ukrayna ordusu şücaətlə müdafiəni təşkil etməkdədir. Bəli, Ukrayna ordusunun orada böyük itkilər verir. Çünki küçə döyüşləri gedir.
- Baxmutda olmusunuzmu?
- Olmuşam, amma tam cəbhə xəttində deyil. Çünki oraya jurnalistləri, sıraviləri buraxmırlar. Amma döyüşlərin yaxınlığında müşahidələr aparmışam, döyüşçülərin çoxu ilə söhbətlərim olub. Döyüşçülərin danışdıqlarından belə qənaətə gəlmək olar ki, ağır döyüşlər gedir, müdafiəni təşkil etmək asan deyil. Rusiya demək olar ki, ordusunu o istiqamətə cəmləyib və ərazini işğal etməyə can atır. Amma aylardır bir nəticə əldə edə bilmirlər. Hazırda isə Baxmuta giriş ümumiyyətlə, bağlanıb. Çünki uzun müddətdir Ukrayna əks-hücuma hazırlaşır. Müəyyən hərbi sirlərin yayılmaması, məlumatların yayılmaması üçün həmin ərazi bağlıdır.
- Baxmutda yerli sakinlərdən qalan varmı?
- Son vaxtlaradək qalanlar var idi. Amma Ukrayna hakimiyyəti onlarınm təxliyəsini məcburi şəkildə həyata keçirdi. Çünki ora çox təhlükəlidir. Həm də dediyim kimi, əks-hücuma hazırlıqlar aparılır.
- Əks-hücum demişkən, yaz aylarında gözlənilsə də, bunun şahidi olmadıq...
- Pentaqonun sənədlərinin sızması Ukrayna ordusunun əks-hücumu ilə bağlı planlarda dəyişiklik olduğunu göstərir. Bu hadisə təsir etdi, amma sadəcə zaman amilində özünü göstərir. Əks-hücum olacaq, çünki bu, hazırlanıb. Hər an, hər dəqiqə Ukraynanın əks-hücumu gözləniləndir. Gözləmədiyimiz anda Ukrayna ordusunun əks-hücumunun, işğalda olan ərazilərdən rusları qovacağının şahidi olacağıq.
- Ordunun hərbi və psixoloji vəziyyəti necədir?
- Ordu komplektləşdirilib. Düzdür, müəyyən çatışmazlıqlar var. Bu da silah-sursatla bağlıdır. Ukrayna hərbçiləri silah-sursatdan maksimum qənaətlə istifadə edirlər. Məlumdur ki, silah Qərbdən gəlir. Bunlar barədə verilən qərarlar, göndərilmə müddəti bəzən uzanır və s. Fakt isə odur ki, döyüşlər davam edir, Ukrayna ərazilərini işğalda azad etmək əzmindədir.
- İlin sonunadək müharibənin bitəcəyi söylənilir. Bu, mümkün görünürmü?
- Belə proqnozlar mövcuddur. Güman ki, ilin sonuna kimi müharibə bitəcək. Çünki Ukrayna ordusunun uğurlu əks-hücumu müharibəyə son qoymalıdır. Ukrayna rəhbərliyi, ordu, xalq müharibənin qələbə ilə bitməsini istəyir. Buna Kiyevin gücü və iradəsi var. Çox güman ki, Ukrayna ordusu Xerson və Xarkovda olduğu kimi 950 kilometrlik cəbhə xətti boyunca sürətli əks-hücuma keçəcək, güclü zərbələr endirəcək. Sürətli əks-hücum üçün Ukraynanın zirehkli texnikası və canlı qüvvəsi artıq hazırdır. Ukraynadan fərqli olaraq, Rusiya ordusu sınıq-salxaq texnikasını cəbhəyə çıxarır, canlı qüvvəni zorla döyüşlərə cəlb edir. Bu kimi bir çox nüanslar var ki, Ukraynanın qələbəsini labüd edir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|